Koronavirus uşaqlarda da ağırlaşma yaradır: Nələrə diqqət olunmalıdır? - Pediatrdan TÖVSİYƏLƏR

Koronavirus uşaqlarda da ağırlaşma yaradır: Nələrə diqqət olunmalıdır? - Pediatrdan TÖVSİYƏLƏR"Əvvəl koronavirusun uşaqlarla işi yox idi. Uşaqlar yoluxsa da ağırlaşmırdı, çox yüngül keçirirdi, əksəri simptomsuz olurdu. Aparılan təcrübələrdə onların yoluxucu olmasının da əhəmiyyətsiz olduğu isbatlanmışdı. Bu dalğada isə koronavirus uşaqlara da toxunmağa başlayıb".
Bunu həkim-pediatr Aytən İsmayılzadə açıqlayıb. Valideynləri dərhal panikaya düşməməyəyə çağıran mütəxəssis bir sıra tövsiyələr verib:
"Əlbəttə, uşaqlar ən həssas yerimizdir. Nəyə diqqət etməliyik? Pediatr olaraq təcrübəmi sizinlə bölüşməliyəm. Son iki həftədə qəbul etdiyim uşaqlar arasinda 5 nəfəri Covid-19 ağırlaşması ilə oldu. Onlarda 5 gün ərzində hərarət çox yüksək 39-40, çox halsızlıq, iştahsızlıq, qarında ağrılar, qusma, ishal, dəridə gedib-gələn qızartılar, gözlərdə qızartı (ikisi qan dolmuş kimi), boyun limfa düyünlərinin böyüməsi, ağrılı olması (limfadenit) analizlərdə CRP 150- 350-dən yuxarı( norma 5-ə kimi), EÇS 60-80 (norma 5-15) leykositlər 20000 civarında, neytrofilyoz göründü.
Bəli, bu əlamətlər digər virus qrip infeksiyalarinda da ola bilir. Amma biz başqa infeksiyanın epidemiyasını yaşayırıq. Həm də bu virus mutasiya uğrayıb əvvəl etmədiyini sonra edə bilir. Əgər evdə Covid infeksiyası olubsa, yaxud onun ən kiçik bir əlaməti kimdəsə olubsa, məsələn, dadbilmənin itməsi, o zaman evdə uşaq daxil hər kəsin yoluxduğunu bilin. Amma uşaqlara antiviral dərmanları verə bilmərik. Çunki "favipiravir" uşaq orqanizmi uçun ağırdır, arbidol isə virus uçun zəifdir. İzləyəcəyik. Kim virusu necə keçirir. Hər kəs artıq sağaldı dediyimizdə bir uşağın hərarətinin yüksək rəqəmlərə qalxmasi məhz onun ağırlaşması ola bilər. Koronavirus immuniteti çox yoran, tükəndirən bir gücə malikdir. İmmunitet zəiflədiyində əlbəttə, bakteriyaların aktivləşməsi baş verəcək. Covid-də bu proses sürətlə baş verir. Mutləq CRP və qan umumi analizini verin. CRP yəni C reaktiv protein bədəndə iltihabın səviyyəsini göstərir. Qanın umumi dəyərlərini həkiminiz təhlil etməlidir. Yəni evdə Covid olduğu halda uşaqda olan yüksək hərsrəti digər virus infeksiyaları kimi üç gun gözləmədən araşdırmalıyıq.
Baş verən ağırlaşma əslində sadəcə, bakterial aktivləşmə ilə bağlı olmur. Multiorqan iltihab sindromu baş verə bilir. Prosesə ürək, böyrəklər, ağciyərlər, qaraciyər, mədəaltı vəz də cəlb oluna bilir.
Bir covid pozitiv uşaqda bir həftə sonra poliserozit görüldü və xəstəxanaya yatırıldı. Poliserozit yəni döş qəfəsi, qarın boşluğu seroz qişalarından maye ifrazı artımıdır. USM muayinədə qarın boşluğunda, plevral boşluqda maye yığılması muşahidə edildi. Yəqin ki, bu hal böyrək yumaqcıqlarının virus ilə zədələnməsi səbəbindən nefrotik sindrom inkişafı ilə bağlı oldu.
Uşaqlarda covid ağırlaşması ilə görulən halsızlıq sadəcə, kefsizlik deyil, uşaq qolunu qaldırmaqda belə çətinlik çəkir. Və bu halsızlıq ishal, qusma olmasa da olur. İştahsızlıq isə valideynlərin həmişə şikayət etdiyi iştahsızlıq olmur.
Qan dəyərləri, döş qəfəsi rentgeni, lazim olarsa Exo-kq, Usm muayinəsindən sonra kimin evdə, kimin xəstəxana şəraitində mualicəsinə qərar verilir. Geniş spektrli antibiotik təyinindən sonra hərarətin tədricən düşməsi, limfa düyünlərində ağrının, şişkinliyin azalması, gözlərdə qızartının azalması yaxşılaşma əlamətidir. Halsızlıq, iştahsızlıq daha sonra düzələn əlamətlərdir. Ürək, böyrək zədələnməsi olduqda xəstəxana şəraitində steroidlər, immunoqlobulin və s. ilə mualicə həyata keçirilir.
Gəlinən nəticəmiz budur :
- Uşaqlar da ağırlaşa bilir.
- Ağırlaşma yoluxmadan bir həftə, on gun sonra da baş verə bilər.
- Evdə kovid xəstəsi varsa uşaq yoluxmuşdur.
- Xəstə olan izolə olunsa və maska taxsa yaxşı olar.
- Ağırlaşma olmasın deyə verəcəyimiz bir dərman yoxdur.
- Analiz və muayinələri vaxtında etmək lazımdır.
- Müayinəsiz müalicə ilə vaxt itirə bilərik
-Proqnoz hələ ki yaxşıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1773   Tarix: 23 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

hamiləlik kosmetoloq qadin dunyasi hicablar sağlam qida xercengden qoruyan qidalar sellulit kosmetika vətən haqqında bayatı arxadan olmag cinsi elaqe zehmet ve zinet gözəllik