"Koronavirus xəstəsi evdə tam müalicə oluna bilər" - Adil Qeybulla

"Koronavirus xəstəsi evdə tam müalicə oluna bilər" - Adil QeybullaKoronavirusun (COVID-19) spesifik, patoqnomonik simptomu yoxdur. Bu bir atipik respirator virus infeksiyasıdır. Bu baxımdan xəstəlik tam şəkildə evdə də müalicə oluna bilər.
Publika.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla feysbuk hesabındakı paylaşımında qeyd edib.
Professor bildirib ki, yuxarı tənəffüs yollarının məlum soyuqdəymə əlamətlərini (boğaz qıcıqlanması, asqırma, öskürmə (quru və ya yaş), burun axması, burun-boğaz quruluğu, subfebril qızdırma və s.) hiss etdikdə qripdə olduğu kimi özünüzü ayrı otaqda təcrid edin, yataq rejiminə keçin, qətiyyən panikaya düşməyin: "Bu simptomlar qripdə (H1N1), adi bakterial və ya virus pnevmoniyasında, digər infeksiyalarda da baş verə bilər. Hər şeydə koronavirus axtarmayın və koronavirusu kabus kimi görməyin. Nəzərdə tutun ki, çox vaxt qrip, adenovirus, rinovirus mənşəli soyuqlama xəstəlikləri koronavirusdan daha ağır gedişə malik olur".
Adil Qeybulla aşağıdakı qaydalara riayət etməyin vacib olduğunu vurğulayıb:
1. Yatdığınız otağı gündəlik bir neçə dəfə yaxşıca havalandırın. Virus havadan keçmir, xəstə insanın danışarkən, öskürərkən, asqırarkən xaricə çıxan burun aerozolundan yaxındakı adama keçə bilir. Otaq havasını bir qədər nəm və sərin edin. Təmasdan qaçın, yanınıza kimisə buraxmayın, maska taxın.
2. Bol maye (ilıq su) için. Su bir tərəfdən burun-udlaqda hüceyrələrdən virusun replikasiya edərək yenicə xaricə çıxan virionları mədəyə aparır, orada turşu onları neytrallaşdırır, beləliklə, virusun miqdarını artmağa qoymur. Digər tərəfdən isə intoksikasiya zamanı bədəndə su sərfi artdığından homeostazın (daxili sabitlik) pozulmasının qarşısını alır.
3. Hərarətiniz qalxıbsa (38°C-yə qədər), dərhal endirməyə çalışmayın. Bu virusa qarşı orqanizmin reaksiyasıdır. Hərarət hüceyrə daxilində virusun replikasiyasını dayandırır. Hərarət qalxmaqda davam edərsə, yaxud dözmək mümkün deyilsə, qeyri-steroid ağrıkəsicilərdən deyil, "Parasetamol"dan (500 mg gündə 2 dəfə) istifadə edin. "Sink" (Sinkored 15 mg, gündə 2 həb (1 həbdən 2 dəfə) yemək vaxtı) qəbul edin. Elmi nəticələrə görə, sink virusların replikasiyasına əngəl törədir. Bol vitaminlər (tablet və ya ampul şəklində vitamin C 200 mg-a qədər, Vit B6, E) qəbul edin.
4. Yağda qızardılmış yeməkləri azaldın, kərə yağı daha məsləhətdir.
5. Meyvə-tərəvəzə üstünlük verin.
Rejimə ciddi əməl etsəniz xəstəliyiniz tədricən keçəcək. Əgər davamlı quru öskürək, tənginəfəslik, döş qəfəsinə basqı, tənəffüsün nəzərə çarpan çətinləşməsi müşahidə olunarsa, qaynar xəttə zəng vurun, həkim çağırın.
Tağı Həsənov

Sağlamlıq     Baxılıb: 2378   Tarix: 02 aprel 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

turlar.az

hamiləlik gelinlikler toy makiyajlari uzun saclarin yigilmasi tutma reseptleri morugun faydalari qadinda cinsi isteksizlik kosmetika rus dilini oyrenek 2ci ders səməd vurğun mikayıl abdullayev geyim atalar sözləri