Koronavirusa görə vətəndaşlara müraciət etdi - VİDEO
Xalq artisti Faiq Ağayev vətəndaşlara müraciət edib.
Open.az xəbər verir ki, məşhur müğənni koronavirusdan qorunmaq üçün maska və əlcəkdən istifadə etməyi, sosial məsafəni qorumağı rica edib.
Sənətçinin videomüraciətində deyilir: "Əziz, sevimli dostlar. Neçə zamandır sizinlə üzbəüz görüşmürəm. Səhnə, tamaşaçılar və dinləyicilər üçün darıxmışam. Siz iş yoldaşlarınız, əzizləriniz, doğmalarınız üçün darıxırsız. Şəhərimiz, gəzib dolaşdımız küçələr üçün darıxırıq. Səbəb isə bəllidir- COVID- 19 və pandemiya!
İlk gündən qatıldığım hər verilişdə, sosial şəbəkələrdə maska taxmağın, əlcək geyinməyin, sosial məsafənin qorunmasının vacibliyi barədə danışıram. Lakin son günlərin dinamikası heç də ürəkaçan deyil!
Və sizə təkrar müraciət edirəm. Rica edirəm, biri-birimizi qoruyaq. Maska taxaq, əlcək geyinək, məsafəni qoruyaq və həkimlərimizin fədakar əməyinə qiymət verək. Ölkə başçısı, 1-ci vitse-prezident qatıldığı hər bir görüşdə maska və əlcəkdən istifadə edir. Gəlin, bu gözəl nümunəyə biz də hay verək. Görün, neçə evin çırağı söndü. Azərbaycan odlar yurdudur. Burada hər bir ocağın çırağı gur yanmalıdır.
Cənab Prezident, Mehriban xanım, xalqımız naminə, xəsətliklərin, ölümlərin sayının artmamağı üçün etdiklərinizi hamı kimi mən də yüksək qiymətləndirirəm. Bir olaq, yumruq olaq, güclü olaq. Çünki biz birlikdə güclüyük".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür