Koronavirusa yoluxma riskini azaldan sadə üsul açıqlandı
Nəfəs aldığımız hava koronavirusa yoluxma şansına təsir edir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok xəbər verib.
O bildirib ki, COVID-19-a yoluxanlar ən çox ağciyər problemindən təsirlənirlər. Koronavirus tənəffüs sistemini zədələyir, buna görə havanın keyfiyyəti infeksiya riskini və xəstəliyin şiddətini təsir edir.
Həkim havanın oksigenlə doyması halında bütün tənəffüs yolları xəstəliklərinin gedişini asanlaşdırdığını vurğulayıb.
"Havanın tərkibində oksigen nə qədər çox olarsa, insanın koronavirus infeksiyası da daxil olmaqla tənəffüs yollarının xəstəliklərinə dözməsi o qədər asan olacaq", - deyə Vladimir Bolibok əlavə edib.
Allerqoloqun sözlərinə görə, çirkli hava əksinə, koronovirus da daxil olmaqla bütün viral infeksiyalara həssaslığı artırır.
"Buna görə daim təmiz hava axını təmin olunmalıdır. Yataq otaqlarına xüsusi diqqət yetirilməlidir - yaxşı havalandırılmalı, tozdan təmizlənməlidir, çünki günün əhəmiyyətli bir hissəsini orada keçiririk", - deyə o vurğulayıb.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir