Koronavirusa yoluxmayan şanslılar kimlərdir? - ARAŞDIRMA

Koronavirusa yoluxmayan şanslılar kimlərdir? - ARAŞDIRMADünya mediasında vaxtaşırı müxtəlif qan qrupları ilə əlaqəli olan koronavirus infeksiyasının seçiciliyinə dair məqalələr yer alır. Yalnız bir neçə gün əvvəl dünyanın bütün aparıcı nəşrləri "Blood Advances" jurnalında dərc olunan iki tədqiqatın nəticələrini əsas gətirərək mövcud pandemiyada şanslı olan qan qruplarını açıqlayıb.
Milli.Az xəbər verir ki, həkim Maypinder Sehonanın rəhbərliyi ilə danimarkalı mütəxəssislər böyük statistik məlumatlara əsaslanaraq ikinci və üçüncü, eyni zamanda dördüncü qan qrupundan olan insanların Birinci qan qrupu olan insanlarla müqayisədə COVID-19-a daha çox meylli olduğunu irəli sürüb.
"Blood Advances" dərc olunan araşdırmanın nəticələrinə görə, Birinci qrupdan olan insanlar koronavirus infeksiyasına daha az yoluxur, həm də xəstəliyə daha çox dözmülü olur. İkinci və Dördüncü qan qrupu olan xəstələrin süni nəfəs aparatı tələb etməsi ehtimalı daha yüksəkdir. Bu da həmin qan qruplarının COVID-19-dan daha çox ağciyər zədələnməsinin tezliyini göstərir. Eyni zamanda İkinci və Dördüncü qan qruplarından olan xəstələrin böyrək çatışmazlığını müalicə etmək üçün dializə daha çox ehtiyacı olduğu iddia edilib. Ümumilikdə koronavirusa yoluxan Birinci qan qrupundan olan xəstələr xəstəxanalarda daha az vaxt keçirir və daha az reanimasiyada olurlar.
Araşdırmanın müəllifi Dr. Maypinder Sehon əldə edilən bu nəticələri xəstəliyin gedişini təsnif etmək üçün son dərəcə əhəmiyyətli adlandırıb. Eskpert əmindir ki, SARS-CoV-2 koronavirusu yalnız ağciyər və böyrəklərə deyil, digər həyati orqanlara da seçici olaraq "zərbə vurur".
Koronavirusun İkinci, Üçüncü və Dördüncü qan qruplarında daha ciddi fəsadlara yol açması yeni xəbər deyil. Çinlilər bu barədə ilk dəfə baharın başlanğıcında, pandemiya yeni başlayanda məlumat vermişdi. Bu haqda məqalə "Medrxiv"də 11 mart 2020-ci il tarixində yayımlanmışdı. Ancaq amerikalılar bu məlumatlara şübhə ilə yanaşırdılar. Yalnız mövcud tibbi sənədlərə əsaslanan retrospektiv tədqiqatların olduqca şübhəli olduğunu söyləyirlər.
Amerikalı həkim Sanni Smitin sözlərinə görə, mövcud nəticələr qan qrupları ilə SARS-CoV-2 infeksiyası halları arasında statistik bir əlaqəni göstərən epidemioloji tədqiqatdır. "Epidemioloji tədqiqatlarla tanış olanlar bilirlər ki, korrelyasiya səbəbi göstərmir. Nəticələrə digər amillər təsir edə bilərdi" , - qeyd edib.
Harvard Universitetinin alimləri də qan qrupu ilə COVID-19 şiddəti arasında heç bir əlaqə aşkar etmədiyini elan edib.
Başqa bir amerikalı alim Bob Geyersə oxucuların reytinqini artırmaq üçün qan qrupunun kovid xəstəliyi riskinə təsiri barədə başlıqları təxribatçı addım adlandırıb. "Qaranlıq bir otaqda olmayan qara pişik axtarmayın" , - o, əlavə edib.
Xatırladaq ki, amerikalılardan fərqli olaraq, yayda avropalı mütəxəssislər qan qrupunun infeksiya riski ilə əlaqəsi olduğu barədə yayılan Çin fərziyyələri ilə həmrəy olduqlarını elan etmişdi. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1317   Tarix: 23 oktyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qaşların formalari gozel gorunmek qadin dunyasi zorlama aysel əlizadənin toyu bolqar biberinin faydasi xiyar tutması kosmetika arıqla faydalı məsləhətlər şəhid uzeyir hacibeyli maraqli hakistalar