Koronavirusa yoluxub sağalan insanlarda... - Tədqiqat
Koronavirusa yoluxub sağalan insanlarda COVID-19-a qarşı immunitet qalır.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Euronews-un məlumatına görə, bunu İnsbruk Tibb Universitetinin mütəxəssisləri kəşf ediblər.
Avstriyalı alimlər bir il əvvəl Avropada koronavirusa yoluxmanın episentrinə dönən İşgil dağ-xizək kurortunda böyük araşdırma aparıblar.
"Məlum oldu ki, ilkin tədqiqatda iştirak edən, sonra təkrar müayinəyə gələn insanların 90%-də anticisimlər qalıb. Eləcə də bizim hüceyrə immunitetini müayinə etdiyimiz adamların 70%-də də hüceyrə aktivliyi qorunub saxlanır", - tədqiqatın rəhbəri Vegener Borena deyib.
Bu tədqiqatın nəticələrinə istinad edən alimlər komandası ümid edir ki, cəmiyyətdə kollektiv immunitet formalaşacaq.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi