Koronavirusla bağlı həyəcanı belə dəf edin. Analara tövsiyələr

Koronavirusla bağlı həyəcanı belə dəf edin. Analara tövsiyələrDünyada COVİD-19 virusu ilə bağlı cərəyan edən hadisələr hamilə və əmizdərən analara da bilavasitə təsir edir. Analar narahatlıq hissi və artan həyəcanla bağlı müxtəlif suallara cavab axtarırlar.
Sosial şəbəkələrdə artıq koronavirusla bağlı ətraflı məlumat əldə etmək olar. Bu məlumatlar hər gün yenilənir və gün keçdikcə COVİD-19 ilə bağlı daha ətraflı tədqiqatlara əsaslanan məlumatlar yayılır.
Bu məqalənin əsas məqsədi analarda yaranan stress və həyəcan hissinin əmizdirmə prosesinə təsirinə aydınlıq gətirmək və stressi adlamaq üçün müxtəlif yolları izah etməkdir.
Beləliklə, stress ana südünə necə təsir göstərir?
Stress körpənin ana südü ilə qidalanmasına iki yolla təsir edə bilər:
- süd ehtiyatınızın miqdarına
- südünüzün tərkibinə.
Streslə qarşılaşdığınız zaman bədəniniz kortizol, adrenalin və norepinefrin hormonlarını ifraz edərək ona cavab verir. Bu hormonlar bədəninizə müvəqqəti köməklik göstərsə də, zaman keçdikcə sizə həm fiziki, həm də emosional cəhətdən mənfi təsir göstərə bilər. Məsələn, "kortizol" adlanan hormon ana südünə daxil olaraq onun tərkibinə təsir edir.
Stress süd ehtiyatına birbaşa təsir göstərmir. Vücudunuzdakı südün miqdarı körpənizin nə qədər tez-tez süd əmməyindən asılıdır. Körpə nə qədər süd əmərsə, vücudunuz bir o qədər çox süd ifraz edər.
Lakin stress dolayı yolla süd ehtiyatınıza təsir göstərə bilər. Gərgin və ya həyəcanlı bir vəziyyətlə üzləşdikdə, körpənizi ehtiyac duyduğu qədər tez-tez əmizdirmək üçün vaxtınız yoxdursa və ya keçirdiyiniz həyəcan hissindən dolayı kifayət qədər maye içib normal qidalana bilmirsinizsə, bu halda südünüzün azalma ehtimalı çoxalır.
Stress körpələrə necə təsir edə bilər?
Tədqiqatlar nəticəsində ana südü ilə qidalanan körpələrin bədənində süni qidalanan körpələrə nisbətən təxminən 40% daha çox kortizolun aşkarlanması və ana südünün tərkibində olan kortizol hormonunun səbəb olduğu irəli sürülmüşdür.
"İkinci əl kortizol" kimi dəyərləndirilən hormon körpənin bağırsaq traktına daxil olur və beynin duyğuları tənzimləyən bölgələrinə neyromediator siqnallarını verir.
Körpələrdə ikinci dərəcəli kortizolun uzunmüddətli təsiri məlum olmasa da, Arizona Dövlət Universitetinin tədqiqatçılarının həyata keçirdiyi araşdırma nəticəsində məlum olub ki, kortizolun  səviyyəsi tez ağlayan və ya əsəbləşən körpələrdə daha yüksəkdir. Məsələn, əgər ana uzun müddət uşağın həyəcan siqnallarına diqqət vermirsə və ya müəyyən səbəblərdən ana uşaqdan ayrı olmaq məcburiyyətində qalırsa (bu bir neçə saat da, bir neçə gün də ola bilər) müşahidə oluna bilər.
Eyni hal COVİD-19 ilə yoluxan analara da aiddir. Dünya Səhiyyə Təşklatı yoluxmuş əmizdirən analarla bağlı tövsiyələrində təhlükəsiz əmizdərməni, körpələrlə birgə qalaraq onlarla dəri-dəriyə təmas qurmağı məsləhət görür. Bu tövsiyələr körpənin passiv immunitetinin formalaşmasına təsir edən immun komponentlərinin mövcudluğu ilə yanaşı, eyni zamanda uşaqların anadan ayrı qaldığı vaxtlarda onlarda stress və həyəcan hissinin aradan qalxması üçündür. Bu səbəbdən körpənizlə aranızdakı xüsusi bağlara diqqət yetirin; bu, həm sizin, həm körpənizin həyəcan səviyyəsinin azalmasına müsbət təsir göstərəcək.
Stresdən qurtulmağın yolları
Stress səviyyənizi azaltmaq həm özünüz, həm də körpəniz üçün faydalıdır. Yaranan stressi azaltmaq yolları:
- Dərin nəfəsalma texnikalarını tətbiq edin
- Sizi sakitləşdirə biləcək bir dostunuzla danışın
- Kitab oxumaq kimi zövq aldığınız bir işlə məşğul olmaq üçün gündə 15-20 dəqiqə ayırın
- Mümkün qədər yuxu alın. Əlavə istirahət üçün körpəniz yatdıqda yatmağa çalışın.
Bir şeyi xatırlamaqda çətinlik çəkir, yuxusuzluq, həddindən artıq yorğunluq, iştahsızlıq hiss edir və ya əvvəllər sevdiyiniz işlərdən zövq ala bilmirsinizsə, stresli vəziyyətiniz depressiya ilə nəticələnə bilər.
"You 1, Anxiety 0" kitabının müəllifi, psixoterapevt və təşvişli hallar üzrə mütəxəssis Jodi Amanın dediyinə görə, o, ani narahatlığın aradan qaldırılmasının bir forması kimi öz xəstələrinə istiliyi təklif edir.
"Mən özüm narahat olduqda isinmək və qızınmaqdan istifadə edirdim. Sağalmaqda olduğum zaman səhhətimə görə yeməkləri həmişə isti-isti yeyirdim: şorba, çay".
O, zamanda həyəcanı artıran maddələrdən, o cümlədən şəkər, kofein və spirtli içki qəbul etməkdən çəkinirdi. Amanın sözlərinə görə, isti yemək, ayaqlarınıza isti su yastıqçası qoymaq və ya yorğanın altına girmək özünüzü təhlükəsizlikdə hiss etməyə kömək edən qızınma fəaliyyətləridir.
Çikaqo mərkəzi klinik psixoloqu John Mayer xəstələrini sakitləşdirmək üçün onlara isti vanna qəbul etməyi təklif edir. "İsti vanna narahatlığı fiziki cəhətdən müalicə edən sakitləşdirici fermentlərin sərbəst ifrazına kömək edir".
Əlavə etmək lazımdır ki, istilik  süd ifrazını qıcıqlandırmaq üçün gözəl bir vasitədir. Jodi Amanın həyəcanı aradan qaldırmaq üçün verdiyi məsləhətlər eyni zamanda əmizdirən analar üçün də çox münasibdir:
- Sizi rahatlaşdıran səslər dinləyin; bunlar sakitləşdirici təbiət səsləri və ya bəyaz küyün hər hansı bir forması ola bilər.
- Körpənizi sinənizə yaxın tutun. Dəri-dəriyə təmas bədəninizdə oksitosin hormonunun ifrazına kömək edəcək, bu isə öz növbəsində südün ifrazına müsbət təsir göstərəcəkdir.
- Körpənizi qucağınıza götürdükdə onun qoxusunu almaq istəyirsiniz, elə deyilmi?  Bəli, qoxular oksitosinin sərbəst ifrazına kömək edə bilər! Körpənizin bu yaxınlarda geydiyi geyimi iyləyin. Lavanda və ya vanil kimi sakitləşdirici qoxuları iyləyin. Sakitləşdirici qoxular stressin azalmasına təsir edə bilər.
Analıq asan bir vəzifə deyil. Hər bir ana övladı üzərində olan məsuliyyətini anlayır. Gündəlik həyatda yaşanan stress, xəstəliklər və s. zamanı meydana gələn stress həm özünüzə, həm də körpənizə mənfi təsir göstərə bilər. Stress hissini azaltmaq və hər hansı bir çətin vəziyyətdən çıxmaq üçün dostlarınızdan və ailənizdən kömək istəməyiniz çox vacibdir.
İnsan məhz çətin anlarda ailə dəyərlərinin vacibliyini anlayır. Bu səbəbdən epidemiya vaxtı yaranan həyəcan və stresin azaldılması, əmizdirən anaya mənfi təsir göstərməməsi üçün ailə üzvlərinin anaya qarşı diqqətli olması şərtdir.
Anaya qayğı göstərmək, onun doğuşsonrası və körpə ilə bağlı qayğılarının bir qismini öz üzərinə götürməklə onun yükünün xəfifləməsini nail olmaq və ailədə əmin-amanlığı təmin etmək olar.
Gülarə Rüstəmova,
Uşaq psixoloqu və əmizdirmə məsləhətçisi
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1076   Tarix: 03 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

qis geyimləri 2026 sade makiyaj sekilleri geyim seçimi viktoriya sekret kök suyu dolmalar ciyer qovurma kosmetika uzeyir hacibeyli bayatı arxadan olmag eqreb bürclər