Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR

Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏRKoronavirusun yüngül simptomları olan xəstələr ev şəraitində müalicə olunur. Bu tək Azərbaycanda deyıl, bütün dünyada tətbiq olunur.
Bunun əsas məqsədi xəstəxanaların  çarpayı fonduna qənaət etməkdir ki, ağır koronavirus xəstələrinin yerləşməsi üçün problem yaranmasın. Bildiyiniz kimi, bir çox ölkələrdə epidemiya zamanı xəstəxanalarda yer qalmırdı və xəstələri hətta dəhlizlərdə yerləşdirirdilər.
Digər tərəfdən yüngül simptomlu xəstənin ev şəraitində müalicəsi onu koonavirusun daha ağır formaya keçməsindən də müəyyən dərəcədə qoruyur. Təəccüblənməyin - xəstəxanalarda ikincili infeksiyanın qoşulması riski yüksək olur. Bu danılmaz faktdır və xəstələrin sıxlığı ilə izah olunur.
Beləliklə, koronavirusu evdə necə müalicə edirlər?
Saglamolun.az bu məsələni araşdıraraq müxtəlif ölkələrdən olan bir sıra həkimlərin fikirlərini cəmləşdiriməyə çalışıb. Sizə həkimlərin ümumi tövsiyələrini təqdim edirik.
1. Koronavirusun xüsusi müalicəsi yoxdur. Bu səbəbdən özünü müalicə ilə məşğul olmayın və həkimin təyini olmadan heç bir dərman, vitamin və s. qəbul etməyin. Parasetamol - istisnadır. Qızdırma 38,5 C qalxanada qəbul edə bilərsiniz. Lakin nəzərə almaq lazımdır ki, qızdırmanın yüksək rəqəmlərə qalxması xəstəliyin ağırlaşmasına işarə edə bilər. Bu haqda sizi müalicə edən həkimə məlumat verin.
2. Gün ərzində çox uzanmayın. Bu ağciyərin fəaliyyətini pisləşdirir. Uzanmaq istəyəndə qarın üstə uzanın. Belə vəziyətdə ağciyər daha yaxşı işləyir.
3. Buna əks-göstərişlər yoxdursa, mümkün qədər çox maye için. Bu bəlğəmi durulaşdırır, nəfəs yollarından xaric edir, durğunluğun qarşısını alır. Həmçinin maye orqanizmdən toksinləri yuyub aparır ki, bu da xəstənin vəziyyətini yüngülləşdirir. Susuzlaşmaya yol vermək olmaz. Sidiyin rəngi açıqdırsa sizdə susuzlaşma yoxdur, tünddürsə daha çox maye için.
Həkimlər mayenin "sistem" şəklində orqanizmə daxil olmasına əleyhinədirlər. İnsan ağzı vasitəsilə maye qəbul edə bilirsə, "sistem"ə heç bir ehtiyac yoxdur.
4. Ağır qidalardan imtina edin. Bu orqanizmi yükləyir, infeksiya ilə mübarizə etməyə mane olur. Sıyıqlar, süd məhsulları, toyuq bulyolu, meyvə-tərəvəz, müxtəlif göyərtilər ən yaxşı seçimdir.
5. Evi tez-tez havalandırın, balkona təmiz hava almağa çıxın. Nəzərə almaq lazımdır ki, evin havası isti və quru olmamalıdır. Bu nəfəs yollarından bəlğəmin çıxmasını çətinləşdirir, nəticədə ağciyərdə durğunluq yaranır ki, bu da ağciyərdə bakteriyaların çoxalması və ikincili infeksiyanın qoşulması üçün şərait yaradır.
Nəzərə almaq lazımdır ki, kondisioner havanı qurudur. Evdə nəmləndirici qurğudan istifadə edin, döşəmələri tez-tez silin.
6. Gecə yuxusu 7-8 saat olmalıdır. Normal gecə yuxusu sağalmanı tezləşdirir.
7. Vəziyətinizdə hər hansı dəyişiklik, ağırlaşma hiss etdikdə, vaxt itirmədən sizə nəzarət edən həkimə müraciət edin.  
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1143   Tarix: 22 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

kosmetika mehsullari geymler 2026 sac duzumleri xina ucun bayatilar piroq reseptləri kosmetologiya uşaq və təhsil kosmetika vətənə aid bayatılar 8 mart qz eviyçun hakışta bakire vətən həsrəti