Koronavirusun fəsadları: Xərçəng, ürək-damar xəstəlikləri və daha nələr

Koronavirusun fəsadları: Xərçəng, ürək-damar xəstəlikləri və daha nələrİstanbulun Göztepe Süleyman Yalçın şəhər xəstəxanasında təcili yardıma müraciət edən, xəstəxananın müvafiq şöbələrinə, o cümlədən reanimasiyaya yerləşdirilən koronaviruslu xəstələr üzərində aparılan araşdırmaların nəticələrinə görə, infeksiya orqanizmi xərçəng və ürək xəstəliklərindən qoruyan proteinin səviyyəsini aşağı salır.
Məlum olub ki, koronavirus orqanizmi ürək-damar və xərçəng xəstəliklərindən qoruyan "LRP1" adlı müdafiə proteininin səviyyəsinin azalmasına, orqanizmin müvəqqəti də olsa toksin təsirlərə qarşı müdafiəsiz qalmasına səbəb olur. Xəstəxana İstanbulun koronaviruslu xəstələri müalicə edən ən böyük tibb mərkəzlərindən biridir.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, 180 xəstə üzərində aparılan araşdırmanın nəticələri COVID-19 infeksiyasına yoluxanların ürək-damar və xərçəng xəstəliklərinə qarşı həssaslığı ilə bağlı tədqiqatlarda istifadə ediləcək. Səhiyyə Nazirliyi və müvafiq etika komitəsinin razılığı ilə aparılan tədqiqatlar  dünyanın ən böyük təşkilatlarından olan Amerika Ürək Dərnəyinin (American Heart Association) konqresində "Paul Dudley White International Scholar" mükafatına layiq görülüb.
Koronavirusun xərçəng və ürək xəstəlikləri ilə əlaqəsi
Xəstəxananın kardiologiya klinikasının həkimi, professor Mehmet Ağırbaşlı bildirib ki, 180 xəstənin metabolizm (bədəninizin qidanı enerjiyə çevirmək üçün istifadə etdiyi biokimyəvi proseslərin birləşməsi) məlumatlarını izləyiblər. Koronaviruslu xəstələrdə müdafiə proteininin  səviyyəsi qısa müddətdə çox aşağı düşüb.
"Müdafiə sistemi sanki sönür. Bu isə ürək və onkoloji xəstəliklərin yaranmasına təsir edir. Hazırda "koronavirusa yoluxanların xərçəng və ürək xəstəliklərinə həssaslığı artacaqmı" sualının ətrafında düşünürük. Bu məsələ çox aktualdır", - professor deyib.
Koronavirusun fəsadları: Xərçəng, ürək-damar xəstəlikləri və daha nələrKoronavirus qısa müddətdə orqanizmi müdafiəsiz hala salır
Mehmet Ağırbaşlının sözlərinə görə, orqanizmdə müəyyən müdafiə mexanizmləri var, hansı ki, orqanizm stress anlarında bu mexanizmlərdən istifadə edir: "Xəstəxanamıza müraciət edənlər üzərində araşdırma apardıq, nəticələr heyrətamiz idi. Çünki COVİD-19 infeksiyasına yoluxmuş xəstələrdə müdafiə sisteminin çökməsi orqanizmi digər xəstəliklərə qarşı həssas edir. Xəstəliklə bağlı inkişaf edən iltihab bir çox potensial zəhərli molekulları nəzarətsiz qoyur. Xəstəlik irəlilədikcə bədən müdafiə mexanizmlərini yenidən qurmağa çalışır, lakin normallaşmır".
Mütəxəssis qeyd edib ki, xəstələr sağalsalar da, onlarda yoluxmayanlara nisbətən gələcəkdə müxtəlif xroniki xəstəliklərə, xüsusilə də ürək-damar, xərçəngə tutulma risqi yüksək olaraq qalacaq. Yəni bədənin müdafiə sisteminin qısa müddətdə sürətlə aşağı düşməsi koronavirusun özəlliklərindən biridir. Reanimasiyada müalicə alan xəstələrdə protein səviyyəsi əvvəlki kimi normal  vəziyyətinə qayıtmır.
COVID-19 daha bir təsiri
Professor deyib ki, orqanizmin özü tərəfindən istehsal olunan, laxtalanmaya qarşı qoruyucu olan proteinlər də var. Tədqiqatlarda bu proteinlərin də azaldığının şahidi olublar: "Tədqiqatımızda LRP1 adlı molekula baxdıq. Bunun bir çox xəstəliklərdə qoruyucu olduğu məlumdur. Amma koronavirusa yoluxan xəstələrdə bu molekulun yox sayılacaq səviyyədə azaldığını müşahidə etdik".
Koronavirusun fəsadları: Xərçəng, ürək-damar xəstəlikləri və daha nələrMütəxəssis qeyd edib ki, dünyada təxminən yarım milyard insan koronavirusa yoluxub. İnfeksiya gələcəkdə ehtimal edildiyi kimi ürək-damar, onkoloji xəstəliklərə səbəb olacaqsa, səhiyyə sistemi yüklənəcək.
Həkim deyib ki, koronavirusun təsir göstərmədiyi orqan yoxdur. Amma araşdırmalara baxmayaraq hələ də bir çox məsələ qaranlıqdır. Buna görə də virusa yoluxmaqdan qorunmaq lazımdır: "Koronavirusa qarşı vaksin olunmaq lazımdır. Əslində, istənilən xəstəliyin müalicəsində təyin edilən dərmanların yan təsirləri var, amma biz zərərlə yanaşı faydaları da nəzərə almalıyıq".
Türk alimlərinin gəldikləri nəticəyə görə, koronavirusu ağır keçirənlərin orqanizmində genetik dəyişikliklər baş verir və ağır xroniki xəstəliklərin yaranmasına təsir edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1122   Tarix: 13 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

geyim dəbləri geyim şəkilləri gözəllik məhsulları xolesistit yay koftalari kokteyllər sepgilere qarsi maska kosmetika dovsan bayatilar vetene aid atalar sozleri hakisda novruz hakista