Koronavirusun yaşlılarda yaratdığı fəsad
Koronavirusdan əziyyət çəkən yaşlı insanlarda xəstəlikdən sonra D vitamini çatışmazlığı ilə əlaqəli sümük sınması riski artır.
"Moskva" agentliyi xəbər verir ki, bu barədə rusiyalı travmatoloq-cərrah Konstantin Ternovoy bildirib.
"Koronavirus infeksiyasından sonra D vitamini səviyyəsi kəskin şəkildə azalır. Bu vitamin kalsiumun sümüklərə çatdırılmasından məsuldur. Yəni D vitamini çatışmazlığı sümüklərin kövrəkliyinə və yaşlı insanlarda onların sınmasına səbəb ola bilər", - deyə o qeyd edib.
Ternovoy əlavə edib ki, xəstələrin təxminən 20 faizi koronavirus zamanı şiddətli sümük və oynaq ağrısından şikayətlənir. Bu şikayətlərin xəstəliyin bitməsindən iki-üç həftə sonra da qalması mümkündür.
Həkimin sözlərinə görə, COVD-19 tromboza səbəb olduğundan demək olar ki, bütün orqan və oynaqlar bundan təsirlənir, sümük və oynaqlarda qan tədarükü pozulur.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi