Koronavirusun yeni mutasiyasına yoluxduqda necə keçir? - Almaniyadakı həkim

Koronavirusun yeni mutasiyasına yoluxduqda necə keçir? - Almaniyadakı həkim"Sürətlə yayıldığı bildirilən mutasiyaya uğramış koronavirusun söylənənlərin əksinə olaraq, daha yüngül keçirilməsi mümkün ola bilər".
Milli.Az xəbər verir ki, bunu kazus.az-a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
"Tədqiqatlar nəticəsində virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalının SARS-CoV-2-in yoluxdurma əmsalından 35 % daha böyük olduğu məlum olub. Eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15 faizdir".
Azərbaycanlı alim bildirib ki, aparılan ən böyük dörd tədqiqatla virusun mutasiyasının SARS-CoV-2-dən daha sürətlə yayılması təsdiqlənib və onun səbəbləri araşdırılır: "İlkin fərziyyələrə görə, virusun insan orqanizmindən xaric olması, onun zərərsizləşdirilməsi və məhv edilməsi prosesi daha uzun çəkir. Buna görə də müddətin uzanması xəstənin daha çox insanı qısa zaman ərzində yoluxdurmasına gətirib çıxarır. Amma tədqiqatlarda bu, tam təsdiq edilməyib və bunun virusun daha sürətlə yayılmasının səbəbi olmadığı göstərilib".
"Digər elmi iddialardan biri isə virusun mutasiyasına yoluxan şəxslərin xəstəliyi simptomsuz keçirməsi infeksiyanın sürətlə yayılmasına gətirib çıxaran əsas amillərdən biridir. Ola bilər ki, mutasiyaya yoluxmuş şəxslərin əksəriyyəti xəstəliyi simptomsuz keçirir deyə o, yoluxduğundan xəbərsiz olur və gündəlik həyat tərzinə davam edir, canlı ünsiyyət isə digər insanların da yoluxmasına səbəb olur. Beləliklə, virusun mutasiyası sürətli və geniş yayılmaqda davam edir. Bu istiqamətdə olan tədqiqatlar hələ davam edir", - deyə azərbaycanlı alim bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1666   Tarix: 25 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

hamiləlik kosmetoloq qadin dunyasi hicablar sağlam qida xercengden qoruyan qidalar sellulit kosmetika vətən haqqında bayatı arxadan olmag cinsi elaqe zehmet ve zinet gözəllik