Körpələrdə dişçıxarma dövrü: Nələrə diqqət olunmalıdır?

Körpələrdə dişçıxarma dövrü: Nələrə diqqət olunmalıdır?Körpələrin inkişafında ən mühüm dövrlərdən biri də diş çıxarma dövrüdür.
Körpələrdə dişçıxarma dövrü necə başlayır? Hansı əlamətlərə diqqət edilməlidir? Bu zaman qidalanma necə olmalıdır? Zəruri hallarda ağrıya qarşı dərman istifadə edəndə nələr nəzərə alınmalıdır?
Milli.Az "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) dişçıxarma barədə məqaləsini təqdim edir:
⠀
6-7 aylıqdan körpələrdə ilk dişlər çıxır, ancaq bəzən 3-4 aylıq olarkən də dişlər görünməyə başlayır. Dişçıxarma prosesi bəzi hallarda 12-16 ay çəkə bilər.
Diş çıxmağın əlamətləri:
Yuxu pozuntusu
İştahın pozuntusu
Əlləri dişləmək
Ağız suyunun axması
⠀
Körpələrdə dişçıxarma dövrünün başlanğıcı diş ətinin açılmasından başlayır. Yuxarıdakı simptomlar görünməyə başladıqdan sonra ilk dişi görmək 2-3 ay çəkə bilər.
Dişçıxarma dövründə körpənin qızdırmasının 37 dərəcəyə yüksəlməsi normal sayılır. Körpənin 38 dərəcədən yuxarı qızdırması və/və ya ishal olarsa, həkiminizlə məsləhətləşin. İshal və temperatur kimi simptomlar diş ağrısı ilə eyni vaxtda başlayan fərqli bir xəstəliyin əlaməti də ola bilər. Körpələr dişçıxarma zamanı xəstəliklərə daha çox meyilli olurlar və onların sağalması daha çətin ola bilər.
Dişçıxarma dövründə qidalanma
Dişçıxartma dövründə körpənizin diş əti çox həssas olur, buna görə körpə yeməkdən imtina edə bilər ki, bu da çəki artımını yavaşladır. Yeməkdən imtina edən körpəniz yalnız ana südü və ya süni qida alacaq. İştahadan düşən körpənizə meyvə püresi və su verməklə həm ağrıları aradan qaldırmaq, həm də qida və su itkisinin qarşısını almaq olar.
Dişçıxarma zamanı nə etməli?
Bu dövrdə diş əti çox həssas olduğundan körpənizə mümkün qədər çox isti və soyuq qidalar verməyin. Körpəniz sərin və təravətli alma püresi, qatıq və müxtəlif sıyıqlara üstünlük verəcək. Körpənizə çeynəyə biləcəyi bir şey (soyuq banan və ya yerkökü) verin. Evdə peçenyelər hazırlayıb diş ətini cızmaq üçün verə bilərsiniz.
Kərəviz çubuğu da yaxşı alternativdir. Kərəviz sakitləşdirici təsir göstərir. Kərəviz budaqlarını kəsin, yuyun, dondurucuda 10 dəqiqə saxlayın və dişlərini cızmaq üçün körpənizə verin. Bu, plastik dişli alətlərdən daha faydalıdır.
Körpəyə kifayət qədər su içizdirin. Bunun üçün evdə sıxılmış sərin şirələr verə bilərsiz ki, bu körpənin kifayət qədər maye qəbulunu təmin etməklə yanaşı zəif qidalanma ilə azalan vitamin və mineralları təmin edəcək.
Ümumiyyətlə, 3 yaşda dişlərin hamısı çıxır. Daimi dişlər isə 6 yaşında çıxır. Normal nəzarət üçün bir yaşdan sonra diş həkiminə müraciət etmək olar.
Diş ətinə tətbiq olunan dərmanlar
Bəzi dərmanlar ağrıları aradan qaldırmaq üçün birbaşa diş ətinə tətbiq oluna bilər. Onların tərkibində diş ətini yuyan maddələr var. Bu dərmanlar qısa müddətə kömək edə bilərlər. Bu tətbiq olunarkən körpənin boğazına toxunmamalıdır. Parasetamol və ya ibuprofen kimi dərmanlar da ağrıları azaltmağa kömək edə bilər.
⠀
Süd verərkən dərman istifadə etməmək daha yaxşıdır, çünki dərmanlar başqa bir xəstəliyin səbəb olduğu qızdırmanı yox edə bilər ki, bu da valideyni qızdırmanı yaradan xəstəlikdən xəbərsiz qoya bilər. Körpələrə aspirin də verilməməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1466   Tarix: 20 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

qadın geyimi yaz geyimleri 2026 makiyaj etmek qaydalari ayaqqabı və çanta qəlyanaltılar dirnaq ucun maska soz ehtiyati artirmaq kosmetika gözəllik əqrəb sac modelleri bürclər qardasa aid haxistalar