Körpəm niyə qusur?

Körpəm niyə qusur?"Körpəm niyə qusur?"

Bir körpə övladınız varsa, hər an pis bir sürprizlə qarşılaşa bilərsiniz. Məsələn yediklərini hər an çıxara bilər. Qusmanın hansı vəziyyətlərdə normal, hansında narahatlıqverici olduğunu bilmək lazımdır.

Qusmanın qarşısını almaq üçün bəzi tədbirlər görə bilərsiniz. Bunun üçün edə biləcəkləriniz isə bunlardır:

• Körpənizi yedirərkən, ya da yedirdikdən sonra dərhal yatırtmayın, mümkün olduğu qədər dik oturdun.

• Körpənizi həddən artıq çox yedirməyin.

• Körpənizi yedirdikdən sonra atıb-tutmayın.

• Körpəniz ağlayanda onu yedirməyə çalışmayın. Bu daha çox hava udmasına səbəb olar.

• Körpənizin qazını, yedirərkən, hətta bundan əvvəl də də çıxara bilərsiniz. Bunun üçün yeməkdən sonrasını gözləmənizə ehtiyac yoxdur.

Anaların ən sıx şahidi olduğu vəziyyətlərdən biri körpələrinin qusmasıdir. Bu gözlənilməz vəziyyət, əsasən körpənin yedirilməsindən sonra olur. Körpələr, əmizdirildikdən, ya da körpə qidaları ilə yedirildikdən sonra yediklərini çıxara bilər. Ana üçün çox da xoş olmayan bu vəziyyət, narahatlıq yarada bilər. "Körpələrdəki qusma, normaldırmı yoxsa bir narahatlığa işarədir?" Ana namizədi ilk dəfə bu duyğunu dadırsa və təcrübəsizdirsə bu mövzudakı narahatlığı daha çoxdur.

Əslində hər körpədə görülən qusma, normal bir vəziyyətdir.. Bu mövzudakı araşdırmalara baxılsa, körpələrin 80/100 ilk üç ayda ən az bir dəfə qusur. Ancaq qusma, bəzi vəziyyətlərdə xəstəliklərin göstəricisi olaraq qiymətləndirilə bilər. Bunu təyin edən faktorsa qusmanın şiddəti, zamanı və miqdarıdır.

Normal qusma

Bəzi körpələr az miqdarda qusarkən, bəzən də bir neçə dəfə ağız dolusu qusarlar. Bu qusmalar ümumiyyətlə ilk aylarda, körpə yedizdirildikdən qısa bir müddət sonra baş verir. Çünki yeni doğulan uşaqlarda qida borusuyla mədə arasında sfinkter (sıxılma, büzülmə) formalaşır və atıla bilməyən ifrazat bu yolla çıxa bilər. Daha böyük körpələrdə isə, yemləmə zamanı havayla qarışan süd ya da körpə qidası yemək borusundan yuxarı doğru çıxa bilər.

Körpənizdə buna bənzər bir vəziyyətlə qarşılaşırsınızsa, yedirmə formanızı nəzərdən keçirmənizdə fayda var. Çünki səhv yedirmə forması, körpənizin qusmasına səbəb ola bilər. Məsələn körpənizi əmizdirərkən hava udması, həddindən artıq yavaş, ya da sürətli əmməsi, qazının çıxardılmaması qusmasına səbəb ola bilər.

Körpələr bəzən də həddindən artıq yedirildikdə qusa bilər. Analar körpəsinin kökəlməsi üçün,ona bəzən lazım olandan çox yemək verə bilər. Bu da körpənin qidanın çoxunu qusma yoluyla çıxarmasıyla nəticələnəcək.

Bu tip qusmalarda narahat olmağa ehtiyac yoxdur, körpəniz böyüdükcə qusma yüngülləşərək tamamilə ortadan qalxacaq.

Sızıntı və fərqli qusma

Körpələr bəzən yedirildikdən sonra ağızlarından az miqdarda qidanı çıxara bilərlər. Bunlar ümumiyyətlə sızıntı şəklində olur və qusma olaraq qiymətləndirilmir. Bu tip çıxarmalar, körpə 6-12 aylıqkən özbaşına itir. Düzəlmədiyi və gedərək artdığı vəziyyətlərdə isə, həkimə müraciət etməniz məsləhətdir.

Digər səbəbləri

Qusmanın digər bir səbəbi, mədədəki qidanın qida borusuna qayıtması ola bilər. Qida borusunun mədəyə bağlandığı yerdə meydana gələn sıxılmanın qeyri-kafiliyi, bu narahatlığa yol aça bilir. Beləcə mədədəkilər özbaşına yemək borusuna qaçır. Körpənin doğumundan sonrakı 3-10 gün arasında başlayan qidanın geri qayıtması, növbəti günlərdə azalır. Əgər analar, körpələrini yedirdikdən sonra, 30 dəqiqəyə qədər dik oturtsalar, bu problemin qabağına almaq mümkündür. Ancaq buna baxmayaraq körpənin kökəlməsi zəifdirsə, xəstəlik diaqnozu qoyulan körpələr üçün cərrahi müdaxilə lazımdır.

Yemək borusunun mədəyə bağlanan ucunun bağlı olması da şiddətli qusmalarla müşayət olunur. Bu problemi olan körpələrdə ən çox nəzərə çarpan xüsusiyyət isə; doğulduqdan sonrakı müddətdə bir neçə dəfə yedirildikdən sonra qusmağa başlamasıdır. Çünki qidalar yemək borusunda yığılır. Bu halda, qusmağa nəfəs darlığı və göyərmə də kömək edir.

Gücənərək qusursa...

Bu halda körpənin bir sağlamlıq problemi ola biləcəyini düşünməyə dəyər. Çətinlik çəkərək qusan körpədə, ürək bulanmaları və böyürtü görülə bilər və çox gur qusar. Bəzən qusmağın burundan gəldiyi belə görülə bilər. Körpələrdə ürək bulanmasını anlamaq çətin olduğundan, çətinliyini, narahatlıq, dəri rənginin solması, narahatlıq kimi əlamətlərdən tuta bilərsiniz. Xüsusilə yeni doğulan körpələrdə, ilk 24- 36 saat arasında görülən şiddətli qusmalar, həzm sisteminin hər hansı bir yerində müşahidə olunan keçməməzlik əlamətlərindən biri olaraq qəbul edilir.

Bu dövrdəki şiddətli qusmaların ən sıx görülən digər səbəbləri də bunlardır: Bağırsaq keçməməzliyi və ya darlığı, bağırsağın müəyyən hissələrinin olmaması, qarın orqanlarının sinə içində yırtıqlaşması, bir tip mədə darlığı. Bu mövzuda bilməniz lazım olan şey bu tip problemlərə təcili müdaxilə etməkdir.

Doğumdan sonrakı ilk günlərdə görülən qusma hadisələrində isə səbəb olaraq infeksiyalar, anadangəlmə maddələr mübadiləsi xəstəlikləri, körpənin ananın qarınında onu əhatə edib, qoruyan mayeni çox udması və bəzi allergiyalar (məsələn süd allergiyası) sayıla bilər.

Qusmanın bir başqa səbəbi də psixoloji ola bilər. Xüsusilə 0-1 yaş arası körpələrdə görülən uyğunlaşma problemi, bu şəkildə özünü göstərə bilər. Ana- körpə arasındakı əlaqənin pozğunluğu, ananın gərginliyi və narahatlığı, körpəyə göstərdiyi qayğının azlığı, körpədə qusmağa səbəb ola bilər. Gərginliyi hiss edən körpə, qusaraq reaksiyasını büruzə verir.

Bir xəstəliyin göstəricisi də ola bilər.

Körpənizin qusması bəzi xəstəliklərə də işarə edə bilər. Bu vəziyyətdə xəstəlik müalicə edilməlidir. Əgər yalnız ürək bulanmasının kəsilməsi məqsədiylə bir müalicə tətbiq olunsa, yalnız qusmanın qarşısı alınar. Halbuki əhəmiyyətli olan qusmağa səbəb olan xəstəliyi müalicə etməkdir. Burada diqqət edilməli məsələ; bir həkimə məsləhətləşmədən körpənizə qusmaya qarşı dərmanlardan əsla verməyin.

Qusarkən nə etməlisiniz?

• Körpəniz bəzi şeylərə diqqət yetirdiyiniz halda qusursa, qusma anında onu yanı üstə, ya da üzüstə mövqedə tutun.

• Körpənizin qusması bitənə qədər ona bərk, qatı qidalardan verməyin.

• Körpəniz qusduqdan sonra ağzının içini xarici cisimlərdən təmizləyin. Bu əməliyyatı işarə barmağınız köməyiylə edə bilərsiniz.

• Əgər körpəniz şiddətli və gündə 3 dəfədən çox qusursa, qusmaqda qan və ya yaşıl rəngli öd görülürsə, qusmaqla birlikdə temperatur, öskürək və digər infeksiya əlamətləri də varsa təcili olaraq həkiminizə müraciət edin.

Ailə və Uşaq     Baxılıb: 5129   Tarix: 18 oktyabr 2014
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

turlar.az

qis geyimləri 2026 geyim şəkilləri gözəllik məhsulları duxovkada toyuq qizartmasi 2026 yaz geyimleri cadudan qorunma gənc qızlar üçün saç düzümləri kosmetika novruz bayramina aid hakisdalar faydalı məsləhətlər novruz bayramına aid hakışta naz mila novruz bayramına aid bakışta