Körpənin çənəsi niyə əsir?

Körpənin çənəsi niyə əsir?Bu bir çox valideynləri narahat edən suallardan biridir. Körpələrdə çənənin, aşağı dodağın və əllərin bir neçə saniyə ərzində əsməsi (tremor) həyatın 3 ayına kimi fizioloji sayılır.
Həyatın ilk həftələrində körpənin orqanizmi hələ ki tam formalaşmayıb və bu prosess davam edir. Tremorun səbəbi körpənin hərəkətlərə kontrol edən sinir mərkəzlərinin tam yetişməməsidir. İstənilən gıcıqlandırıcı - paltarın dəyişilməsi, çimizdirmə, qarnında köp və ağrılar, aclıq, hətta adi toxunuş, parlaq işıq, güclü səs, temperaturun dəyişilməsi (məsələn, isti otaqdan çölə çıxartdıqda və s.) uşaqda tremora səbəb ola bilər. Bundan qorxmaq lazım deyil. Tremor əksər tam sağlam uşaqlarda müşahidə olunur və daha sonra izsiz olaraq keçir.
Adətən 3 ayına kimi fizioloji tremor tədricən yox olur. Vaxtından tez doğulmuş uşaqlarda tremor daha gec yox ola bilər. Bu da normal sayılır.
Valideynlər uşağın hələ ki tam yetişməmiş sinir sistemini güclü qıcıqlandırıcıların təsirindən mümkün qədər qorumalıdır, uşaq üçün sakit və komfortlu şərait yaratmalıdırlar.  Massaj, sakitləşdirici otların dəmləmələri ilə (nanə, melissa, çobanyastığı, pişikotu kökü) vannalar uşaqları çox yaxşı sakitləşdirir.
Beləliklə, 3 ayına kimi bir neçə saniyə ərzində davam edən tremor fizioloji sayılır və heç bir xüsusi müayinə və müalicə tələb etmir. Lakin bəzi hallarda tremor patoloji kimi qiymətləndirilə bilər və bu hallarda valideynlər mütləq həkimə müraciət etməlidir:
- çənə və əllərlə bərabər uşağın baş əzələləri əsir
- tremor uşaq tam sakit vəziyyətdə və heç bir qıcıqlandırıcı olmadıqda baş verir
- tremor zamanı dəri göyərir və üzərində tər çıxır
- tremor çox güclüdür
- tremor 30 saniyədən artıq çəkir
- tremor uşağın 3 ayından sonra qalıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1104   Tarix: 11 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

qadın geyimi donlar 2026 geyim və ayaqqabılar blincik hazirlanma qaydasi təmizlik paltar olmaq yemək reseptləri kosmetika video faydalı məsləhətlər zencefil maraqli hakistalar hakisda