Körpəyə qulluq zamanı 10 MÜHÜM QAYDA

Körpəyə qulluq zamanı 10 MÜHÜM QAYDAYeni doğulan körpəyə qulluq zamanı ilk 6 ay daha çox əhəmiyyətlidir. Uşağı qucaqda düzgün tutmaqdan yuxu nizamı, əmizdirmə, qazının çıxarılması kimi bir çox əhəmiyyətli məqamlar var.
Məhz bu baxımdan yeni doğulan körpəyə qulluq zamanı 10 mühüm qaydanı təqdim edirik.
Körpəni tutarkən diqqətli olun
Yeni doğulan körpələrin əzələləri hələ inkişaf etmədiyi üçün qucağınıza alarkən diqqət etməlisiniz. Xüsusilə boyun hissəsi yumşaq olduğu üçün bir əlinizlə boynundan tutmalısınız. Beşikdən götürərkən və yatırarkən də körpəni boynundan tutmağı unutmayın. Tutarkən çox sıxmamağa çalışın. Əks təqdirdə beyninə zərər verə bilərsiniz.
Əmizdirərkən körpəni uyğun mövqedə tutun
Ana südü sağlamlıq baxımından olduqca faydalıdır. Körpənin immunitet sistemini gücləndirir. Əmizdirərkən körpənin südə rahat çata bilməsinə diqqət edin. İlk zamanlar bunun təmin edilməsi sizin üzərinizə düşür. Bunun üçün əvvəlcə körpəni sinənizə doğru gətirin. Ac olduğu üçün bəlkə ağzını açacaq, açıq ağzını döşlərin ucuna yerləşdirin. Boynundan dəstəkləyərək daha rahat formada əmməsinə şərait yaradın. Körpənin iki döşünüzü də ən az 10 dəqiqə əmməsinə icazə verin.
Körpənin qazını çıxarmağı unutmayın
Körpənin əmizdirmə əsnasında aldığı hava həzmə mane ola bilər. Bu da körpəni narahat edir. Ona görə də çox havanı sərbəst buraxmaq üçün qazını çıxarmağınız olduqca əhəmiyyətlidir.
Körpəni oturma mövqeyində qucağınıza alın. Bir əlinizlə öndən tutun, digər əlinizlə yavaşca kürəyini sığallayın. Yüngül gəyirmə səsini eşidənə qədər davam edin.
İlk günlər yalnız süngər vannası edin
Qalan göbək bağı düşənə qədər körpəyə süngər vannası edin. Göbək bağı quru qaldığı 2-3 həftə müddətində düşəcək. Yaş olduqda yavaşca qurulayın. Yeni doğulan körpələr çox kirlənmir. Buna görə də süngər vannası edərkən körpənin dərisini sərt şəkildə ovmayın. İlıq su istifadə edin. Göbək bağı düşdükdən sonra normal çimizdirə bilərsiniz. İlk il həftədə iki dəfə çimməsi kifayətdir.
Körpənin kürək üstü yatmasını təmin edin
Gün ərzində qısa yuxular üçün belə, arxası üstə yatmasına diqqət edin. Yatarkən körpənin başı və üzü örtülü olmamalıdır. Gecə geyiminə diqqət edin, çox sıxan və narahat edən olmamalıdır.
Bezini zamanında dəyişin
Bez dəyişdirmək pis qoxulu ola bilər. Amma bu, sizin vəzifənizdir. Körpə bezini batırdıqda mümkün olduğu qədər tez dəyişin. Yeni bezi taxmazdan əvvəl dərisini təmizləyin, qoruyucu krem ​​vurun. Bezi dəyişdirməzdən əvvəl bütün vəsaitləri yanınıza qoyun.
Əllərinizi təmiz saxlayın
Yeni doğulan körpələr zəif immunitet sisteminə malikdir və infeksiyalara qarşı həssasdır. Buna görə gigiyena və təmizliyinizə diqqət edin. Körpəyə toxunarkən əlləriniz təmiz olmalıdır. Xüsusilə bez dəyişdirdikdən sonra əllərinizi dezinfeksiya edin. Körpə ağlamağa başladıqda əlinizi yumağa vaxtınız yoxdursa, əl üçün gigiyenik gellərdən yararlana bilərsiniz. Təbii ki, spirtsiz olanlara diqqət edin. Körpəni oynadarkən belə, əlləriniz təmiz olmalıdır.
Bədəninə masaj edin
Körpənin bədənini masaj etmək yuxu keyfiyyətini inkişaf etdirəcək və immunitet sistemini gücləndirəcək. Eyni zamanda daha elastik olmasını təmin edəcək. Gündə 2 və ya 3 dəfə, 10-30 dəqiqəyə qədər masaj edə bilərsiniz. Göbək bağı düşmədən əvvəl etməyin masaj etməyin.
Dərisini nəmləndirin
Körpənin dərisi yaradırsa, nizamlı olaraq nəmləndirici sürtün. Körpələr üçün uyğun olan nəmləndirici istifadə etməlisiniz.
Qətiyyən yelləməyin
Oyun oynayarkən və ya oyandırmağa çalışarkən körpəni yelləməyin. Beyində qanama və hətta ölümə səbəb ola bilər. Oyatmaq istədikdə ayaqlarından qıdıqlaya və ya yanaqlarına yüngül toxuna bilərsiniz. Beşikdə və ya körpə kreslosunda etibarlı otuzdurun. Yıxılmaması üçün kəmərini mütləq taxın. Qucağınızda isə çox möhkəm tutmayın, düzgün nəfəs almasını mane ola bilərsiniz.
Aile.lent.az

Xəbərlər     Baxılıb: 1879   Tarix: 26 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

geyim və ayaqqabılar sac duzumleri geyim şəkilləri sümük və saç sobada toyuq qizartmasi kisiler yataqda yay geyim 2026 kosmetika hüzeyir hacibəyov veten haqqinda atalar sozleri mekteb pizza azerb clpaq qadinlari