Kosmetikanı saxlama qaydaları haqda doğru bildiyimiz yanlışlar

Kosmetikanı saxlama qaydaları haqda doğru bildiyimiz yanlışlarSevimli tuşumuzun içərisinə biraz su əlavə edərək onun ömrünü uzada bilərik.
Dırnaq boyası soyuducuda daha uzun müddət qalır.. Açılmış və bir hissəsi istifadə olunmuş günəşdən qoruma vasitəsi isə gələn il də işimizə yaraya bilər... Kosmetika haqda bu və digər bu kimi doğru bildiyimiz yanlışlar dərimizi və sağlamlığımızı təhlükə qarşısında qoyur. Gözəllik vasitələrindən istifadə zamanı nələri etməməliyik? Bu haqda "Roskontrol" ekspert portalının mütəxəssislərinin fikirləri çox maraqlıdır.
İstifadə müddətinin sonunadək saxlamalı
Dodaq parıltısının üzərində açıldıqdan sonra 6 ay ərzində yararlı olmağı ilə bağlı məlumat yazılıbsa belə, bu o demək deyil ki, bu məhsul məhz 182 gün yarımdan sonra yararsız hala düşəcək . Kremlərdə, dodaq boyası, tuş və digər kosmetik vasitələrdə X (iks) saatı daha əvvəl də vura bilər. Əgər konsistensiyasında dəyişiklik, yapışqanlıq, bayatlama və xoşagəlməz qoxu hiss edirsinizsə, istifadə müddətinə belə baxmadan dərhal zibil qutusuna atın, çünki o vasitə artıq ömrünü başa vurmuşdur deməkdir. Bu qayda quru vasitələrdən başqa bütün dəriyə qulluq və dekorativ kosmetik vasitələr üçün keçərlidir. Dodaq boyasının orta hesabla iki il saxlama müddəti var, amma o, bu müddətdən çox tez xarab olur, çünki bu vasitə dodaqda olan bir ordu bakteriya ilə təmasda olur. Əgər belə vasitədən istifadəyə davam etsəniz, onda iltihabi xəstəliklərə yaxalanmanız qaçılmaz olacaq.

Vanna otağını kosmetika çantasına çevirmək
Qadınların əksəriyyəti adətən vanna otağında bəzənir. Əlbəttə, bütün bankaları əlinin altında hiss etmək tez-tez hansınınsa ardınca digər otağa qaçmaqdan əlverişlidir. Ancaq saxlama qaydalarına fikir vermədən bəzi qadınlar bu yolla allergiya və digər dəri xəstəliklərinə yaxalanırlar. İsti və rütubətli hava xəstəlik törədən mikroorqanizmlərin çoxalması üçün şərait yaradır, bu səbəbdən də vanna otağındakı krem günəşin altında qalmış meyvə kimi xarab olur. Əgər kosmetikanızın "qıcqırmasını" istəmirsinizsə, onu otaq temperaturunda, birbaşa günəş şüalarından uzaq yerdə saxlayın.

Soyuducuda saxlamaq
Kosmetikanı soyuducuya nə üçün qoymaq lazım olduğu və bunu kimin icad etdiyi qəti olaraq məlum deyil. Burda yeganə məntiqli fikir odur ki, ərzaqlar xarab olmursa, deməli, dırnaq boyası və tuş da xarab olmayacaq. Lakin temperatur dəyişiklikləri və termometrin çox aşağı göstəricisi kosmetik vasitələrə günəş və nəmlikdən heç də az zərər vermir. Həmçinin də onların korlanmasını təmin edir. Soyuducuda ancaq konservantsız orqanik kosmetikanı (əks halda o, doğrudan xarab olacaq), termal suyu və soyuducu təsirli vasitələri, məsələn, gözlərdəki şişkinliyi aradan qaldırmaq üçün olan maskaları saxlamaq olar və həmçinin lazımdır.

Ağzını qapatmamaq
Hamımız səhər harasa tələsirik və çox zaman tələsik halda kirşan qabının qapağını örtməyi və ya krem qabının qapağını sonunadək bağlamağı unuduruq. Sonra da sızanaqlara qarşı losyonun özünün dərimizdə necə sızanaq əmələ gətirdiyinə təəccüblənirik. Ağzı yaxşı bağlanmamış vasitəyə asan şəkildə toz dənəcikləri, bakteriyalar və hava daxil olur. Mikroblara da bizim kimi, yaşam üçün hava lazımdır və bu hava peyda olanda onlar asan şəkildə törəməyə başlayırlar. Belə olduqda da krem xeyirli bir vasitədən təhlükəli vasitəyə çevrilir.

Su əlavə etmək və qarışdırmaq
Kosmetikanın ömrünü uzatmağa çalışmaq vərdişi bir çox qadınlarda yaxşı tuş tapmağın çətin olduğu uzun illərdən bəri var. Bu metodu qadınlar adətən məhz tuşda və dırnaq boyasında tətbiq edirlər. Tuşa su və ya ətir əlavə edirlər, dırnaq boyasına isə bu boyanın silinməsi üçün olan mayeni... Hər iki halda bu çox yanlışdır. Su tuş qabında mikrobların inkişafı üçün şərait yaradacaq. Ətir də bu halda çıxış yolu deyil, bu, dəridə allergiya və qıcıqlanma əmələ gətirə bilər. Dırnaq boyası isə bir dəfə üçün "canlanacaq", sonra isə quruyacaq, sizin dırnaqlarınız isə belə sınağı uzun müddət xatırlayacaq. Əgər kosmetik vasitə quruyubsa, onda yenisini almaq lazımdır. Yeri gəlmişkən, tuş cəmi üç ay "yaşayır".

Əllə toxunmaq
Sizcə, gözəllik salonlarında əbəs yerə şpateldən istifadə edirlər? Maskalar, kremlər, bankalardakı qellər barmaqlarla birbaşa təmasda olmadıqda (hətta əllər təmiz olsalar belə) daha çox və daha keyfiyyətli şəkildə saxlanılır. Bankaya barmaqlarımızı salmaqla orada mikroblar qoyuruq və sonra həmin mikroblar dərimizə təmas edir.

Harada gəldi saxlamaq
Çox tez-tez sevimli, xoş qoxulu ətirlərimiz öz gözəl xüsusiyyətlərini itirir və başqa cür qoxumağa başlayırlar. Bu hansı səbəbdən baş verir? Axı parfümeriya dekorativ və qulluq vasitələrəinə nisbətən daha uzunömürlüdür? Bu vasitədə nə qədər çox spirt varsa, bir o qədər də öz xüsusiyyətlərini saxlayır. Tualet suyu stolun üstündə illərlə öz ətrini itirmədən qala bilər, ancaq konsentrasiya olunmuş ətir tez korlanır. Bunun səbəbi ətirlərdə böyük miqdarda olan efir yağlarındadır. Əgər belə bir baloncuğu təbii işıq şüaları ilə işıqlanan bir otaqda qoysaq, o zaman günəş şüaları altında yağlar ayrılmağa başlayacaq.

Yumamaq
Quru kosmetik vasitələr – göz kölgələri, ənlik və digər gözəllik ləvazimatları çox müddət saxlana bilərlər, əgər özümüz onları məhv etmiriksə... Göz kölgəsini fırça ilə, kirşanı isə süngərlə üzünüzə çəkin. Bu alətləri yumağı unutmayın və bunu ayda bir dəfə ümumi təmizləmə zamanı deyil, həftədə azı iki dəfə edin. İdeal variant isə fırçalarınızı, süngər və digər alətlərinizi hər gün sabun məhlulunda yumaqdır.

Ehtiyat ləvazimatı saxlamaq
Bir çoxumuz tətildən günəşdən qoruyan vasitənin yarıboş qabı ilə qayıtmışıq. Onu atmağa heyfimiz gəlib, axı o, bizə ucuz başa gəlməyib. Ancaq unutmayın ki, kosmetikanı nə qədər yaxşı şəraitdə saxlasanız da, günəşdən qoruyucu effektə malik vasitələr il ərzində öz xüsusiyyətlərini itirir və buna görə onları saxlamaq mənasızdır. Onlar tamamilə təsirsiz ola bilər və siz günəş şüasından yana bilərsiniz.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 2141   Tarix: 20 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

.

Mətbəxdən gələn gözəllik: Maya maskası ilə dərini yeniləməyin sirri

Son illərdə bahalı kosmetik prosedurlara alternativ axtaranların diqqət mərkəzində olan bir vasitə var: Maya. Bir çox insanın sadəcə xəmir işlərində istifadə etdiyi bu canlı göbələk növü, əslində dəri üçün əvəzedilməz bi

.

Beynimiz bu yaşdan sonra KİÇİLİRMİŞ

İnsan beyninin 30 yaşdan etibarən kiçilməyə başladığı açıqlanıb. xəbər verir ki, bu barədə nevrologiya üzrə mütəxəssis Mustafa Seçkin bildirib. Onun məlumatına görə,  "Alzheimer" və demensiyadan qorunmaq üçün "kogniti

.

Usta dönərçi toyuq dönərinin yeyilməməsi gərəkən hissəsini açıqladı

Sosial mediada bir dönər ustasının toyuq dönəri ilə bağlı xəbərdarlığı böyük marağa səbəb olub. Təcrübəli usta dönərin hansı hissəsinin əslində ət olmadığını və sağlamlıq üçün riskli ola biləcəyini nümayiş etdirib. toyu

.

Dondurmanın bilmədiyimiz faydaları

Dondurma yalnız yay aylarının sevilən şirniyyatı deyil, eyni zamanda bir sıra faydaları ilə də diqqət çəkir.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, dondurma tərkibində olan süd məhsulları sayəsində kalsiumla zəngindir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mətbəxdən gələn gözəllik: Maya maskası ilə dərini yeniləməyin sirri

Son illərdə bahalı kosmetik prosedurlara alternativ axtaranların diqqət mərkəzində olan bir vasitə var: Maya. Bir çox insanın sadəcə xəmir işlərində istifadə etdiyi bu canlı göbələk növü, əslində dəri üçün əvəzedilməz bi

.

"Hantavirus"a görə bu ölkələr risk altındadır - Diqqət

Ümumdünya Səhiyyə Təşkilatının hantavirusa yoluxma ilə bağlı mümkün araşdırmalarda 12 ölkə ilə əlaqə saxladığı bildirilir. xəbər verir ki, ölkələrdən bəziləri yeni yayılmış virusla bağlı risk altındadır. Təsirə məruz qala

turlar.az

gelinlikler adlarin menasi sade makiyaj sekilleri silikon sinə zeytun yağının faydaları cizgi filmi gündəlik bürclər kosmetika qız bürcü hakışdalar qadin.az burcler gülməli hakıştalar