Kovid xəstəsində bu analizlər normaldırsa müalicəyə ehtiyac yoxdur

Kovid xəstəsində bu analizlər normaldırsa müalicəyə ehtiyac yoxdurƏgər COVID-19 PCR yaxma və ya kart-test yaxma analizi (burun-udlaqdan və ağız-udlaqdan-əsnəkdən yaxma) müsbətdirsə, pulsoksimetr cihazı ilə barmaq ucundan SpO2-ni, yəni oksigen saturasiyasını ölçün, əgər 95-dən çoxdursa, heç bir müayinə və müalicəyə ehtiyac yoxdur.
Milli.Az xəbər verir ki, həkim radioloq Aydın Əliyev bildirib ki, əgər oksigen saturasiyası 95-dən aşağıdırsa, qandan koaquloqramma (laxtalanma), CRP, D-dimer, ferritin, qan ümumi (hemoqram) analizlərini vermək olar və adi döş qəfəsinin rentgen müayinəsindən keçmək lazımdır, lakin KT-yə ehtiyac yoxdur:
"Əgər rentgen müayinəsində COVID-19 xəstəliyinə aid olan ikitərəfli multifokal kölgəliklər aşkar edilibsə, müvafiq müalicə almaq olar. KT isə lazım deyil. Yəni döş qəfəsinin rentgen müayinəsində COVID-19 təsdiq edilibsə, deməli, ağciyər damarlarında tromblaşma var, müvafiq müalicə almaq lazımdır.
Ağciyərlər rentgen müayinəsində təmiz görünürsə, deməli xəstəlik yüngül keçir və yenə də KT müayinəsinə ehtiyac yoxdur.
Yalnız test analizi mənfidirsə, rentgen müayinəsində patoloji kölgəlik görünmürsə və SpO2 (oksigen saturasiyası) 95-dən azdırsa, o halda KT müayinəsinə ehtiyac ola bilər. Bu isə nadir hal hesab olunur".
A.Əliyev, həmçinin əlavə edib ki, döş qəfəsinin rentgen müayinəsinin təmiz olduğu, lakin KT müayinəsində ağciyərlərdə 10%-ə qədər buzlu şüşə mənəzəsinin göründüyü və SpO2-nin 95-dən çox olduğu, eləcə də qanda EÇS, CRP, ferritin, D-dimer, koaquloqoqrammanın normal olduğu hallarda heç bir ciddi müalicə və müayinəyə ehtiyac yoxdur. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1467   Tarix: 15 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qaşların formalari gozel gorunmek qis geyimləri 2026 qadın alt paltarları baliq qulagi el isleri ədəbiyyat testləri meslehetler kosmetika salatlar xerçeng sağlıq uzeyir hacibeyli öpüşme