Kovid xəstəsinin vəziyyətini izləmək üçün vacib qan analizləri - SİYAHI

Kovid xəstəsinin vəziyyətini izləmək üçün vacib qan analizləri - SİYAHIArtıq kovidə yoluxmuş kovid xəstəsi sağalana kimi azı 2 dəfə bəzi qan analizlərini verməklə, infeksiyanın gedişini, proqnozunu nəzarətdə saxlaya bilər.
Milli.Az xəbər verir ki, həkimlər kovid xəstələrinin müalicəsində lazım olan həyati vacib analizləri sadalayıb.
Xəstəxanada müalicə alan xəstələrdən orda bu analizlər mütləq götürülür. Evdə qalanlar da mütləq bunları nəzərə almalıdır.
Həyat qurtaran analizlər:
- Qan ümumi analiz - leykositar formula ilə
- Qanın biokimyəvi analizi - kovidin hansı orqana daha çox təsir etdiyini göstərə bilər. Xüsusən mədəaltı, qaraciyər və s.
C reaktiv zülalın miqdarını yoxlamaq - ayrıca analizdir. Ağciyərlərdə iltihabı, pnevmoniyanın, bakterial infeksiyanın dərəcəsini göstərir. Bu əsas laborator markerdir. Müalicə müddətində 2 dəfə verilməlidir. Əgər nəticə 30-dan yuxarıdırsa, ciddi gedişatdır.
- Ferritinin səviyyəsi. - Orqanizmdə iltihabın dərəcəsini göstərir. Covidin ağırlaşmasını xəbər verir. Ferritinin normadan çox yüksəlməsi xəstənin təcili xəstəxanaya aparılmasını lazımlı edir.
- Koaquloqramma - qanın laxtalanması markerləri. Çünki kovid qanı laxtalandırır, tromb yaradır, qan damar sistemini zədələyir. Bu nəticəyə görə xəstəyə qandurulducuların dozası təyin edilir. Qanın laxtalanması ciddi pozulduqda kovid ağırlaşır.
- İnterleykin 6 analizi - immun sistemin aktivliyini göstərən analizidr. Onların çox yüksəlməsi ağciyərlərin kəskin tutulmasını və Sitoken fırtınasının başlandığını göstərə bilər. Bu zaman xəstə hospitəlizə olunur və Sitokeni bloklayan preparatlar vurulur. İnterleykin xəstə sağalandan sonra azalır.
- Bu analizləri teslə xəstəlik təsdiq olunandan 2-3 gün ərzində, eləcə də müalicənin 6-7-ci günündə və lazım gələrsə 14 gündən sonra verilməlidir.
- Təəssüf ki, evdə müalicə alanlar yüngül xəstə hesab edildiyi üçün bu analizlərin pulsuz təminatı olunmur. Amma bu da böyük səhvdir. Çünki kovidin nə vaxt orta və ağır dövrə keçəcəyini heç kim bilmir. Ozaman gərək bütün xəstələr saturasiya 96-a düşən kimi xəstəxanaya aparılsın.
- Analizlər mütləq müalicə həkiminin təyinatı ilə verilməli və cavablara da həkim baxıb müalicəni dəyişməlidir. Özbaşına analizlərlə qərar verməyin. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1267   Tarix: 12 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

gelinlikler qadın geyimi gözəllik məhsulları mürəbbələr tanınmış qadın simalar çantalar gavalı salatı kosmetika irem derici vicdan dolca faydalı bilgilər vusale elizade