Kövrək sümüklər, böyrək daşları, qəbizlik. Bu hiperparatireoz ola bilər

Kövrək sümüklər, böyrək daşları, qəbizlik. Bu hiperparatireoz ola bilərKalsium orqanizmin normal fəaliyyəti üçün olduqca vacib mineraldır.
Kalsiumun əsas vəzifəsi sümüklərin, dişlərin möhkəmliyini və əzələlərin normal yığılmasını təmin etməkdir. Nəzərinizə çatdıraq ki, burada söhbət orqanizmdə olan istənilən əzələlərdən gedir. Bizim ürəyimiz də əzələdər. Bu səbəbdən kalsium ürəyin normal fəaliyyəti və nəticədə orqanizmin yaşaması üşün olduqca vacib olan mineraldır.
Orqanizmdə kalsiumun və həmçinin fosforun səviyyəsinə xüsusi vəzlər - paratiroid vəzlər nəzarət edir. Bu kiçik ölçüdə olan vəzlər qalxanvari vəzinin üzərində yerləşir. Onların sayı 2-dən 8 qədər ola bilər (adətən 4).
Paratiroid vəzlər xüsusi hormonlar ifraz edir ki, bu hormonlar orqanizmdə kalsiumun mənimsənilməsini və orqanizmdən xaric edilməsini təmin edir. Qanda kalsiumun səviyyəsi düşdükdə hormonların ifrazı artır və kalsiumun səviyyəsi normaya çatır,  əksinə isə qanda kalsiumun səviyyəsi çox yüksək olduqda paratiroid hormonların ifrazı azalır.
Bəzən müxtəlif səbəblərə görə paratiroid vəzlərin fəaliyyəti pozulur, onlardan biri və ya bir neçəsi daha çox miqdarda hormon ifraz etməyə başlayır. Nəticədə qanda kalsiumun səviyyəsi qalxır. Bu kalsiumu əldə etmək üçün orqanizm onu sümüklərimizdən də götürür.
Beləliklə, çox paradoksal vəziyyət yaranır. Qanda kalsium çoxdur, lakin sümüklər kövrək olur, osteoporoz (sümük toxumasının azalması) inkişaf edir. İnsan sümüklərdə və oynaqlarda ağrılar hiss etməyə başlayır, sınıqların riski artır.
Hiperparatireoz zamanı əzələlərin tonusu azalır və bu da bağırsaqların fəaliyyətinə mənfi təsir edir - qəbizlik, meteorizm (köp) inkişaf edir, iştaha azalır, ürəkbulanması və qusma ola bilər. Xəstəlik inkişaf etdikcə mədə-bağırsaq sisteminin müxtəlif yerlərində eroziyalar və xoralar yarana bilər.
Xəstədə səbəbsiz yorğunluq, zəiflik, depressiya inkişaf edir, əhval-ruhiyyəsi tez-tez və səbəbsiz dəyişilir, hətta psixi pozulmalar inkişaf edə bilər.
Qanda kalsiumun səviyyəsinin artması ürək-damar sisteminə də mənfi təsir edir - ürəyir ritmi pozulur, hipertoniya, damar problemləri inkişaf edir.
Digər tərəfdən kalsiumun qanda artıq miqdarda olması böyrəklədə kalsium duzların yığılmasına və daşların əmələ gəlməsinə səbəb olur.
Hiperparatireozun səbəbləri müxtəlif ola bilər:
- paratiroid vəzlərin adenoması və şişləri (əsas səbəb)
- irsiyyət (nadir hallarda)
- kalsiumun və D vitaminin çatışmazlığı
- böyrək çatışmazlığı
Xəstəliyin diaqnostikası zamanı qanda kalsiumun səviyyəsi, paratiroid hormonların səviyyəsi, sümüklərin vəziyyəti və s. yoxlanılır.
Hiperparatireozun səbəbi paratiroid vəzlərin böyüməsi olduqda böyümüş vəzlər cərrahi üsulla xaric edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1032   Tarix: 07 noyabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

yaz geyimleri 2026 aksessuarlar toy makiyajlari üzdə sızanaqlar ciyer qovurmasi qadin ve kisinin seksi göyəmin faydası kosmetika cinsi əlaqə novruz bayrami hakisda ana haqqinda bayati hakisda sağlamlıq