Krant suyu dərini məhv edir - Quru dərinin altında yatan xəstəliklər

Krant suyu dərini məhv edir - Quru dərinin altında yatan xəstəliklərYaşın artması, qidalanma, sinir sisteminin vəziyyəti dərinin yağlılıq dərərcəsinin dəyişməsinə təsir edən əsas amillərdəndir. Dəniz mövsümünün də yaxınlaşdığını nəzərə alsaq ,quru dəriyə sahib insanlar daha diqqətli olmalıdırlar. Belə ki, normal yağ ifrazının pozulması dərinin vəziyyətinə mənfi təsir göstərir. Bu zaman dərinin elastikliyi azalır və çatlar əmələ gəlir. Günəş şüalarına, küləyə, yuxarı və ya aşağı temperaturlara qarşı həssaslığı artır, qıcıqlanır, qırmızı ləkələrlə örtülür.
Milli.Az medicina.az-a istinadən bildirir ki, kosmetoloq Aida Məmmədovanın sözlərinə görə, dərinin qurumasına mədə-bağırsaq funksiyalarının pozulması, orqanizmə lazım olan vitaminlərin çatışmazlığı və hətta bəzi vacib elemetlərin ümumiyyətlə mövcud olmaması, daxili sekresiya vəzilərinin fəaliyyətini dəyişməsi kimi amillər də səbəb ola bilər:
"Bir sıra xarici amillər- günəş külək, dəniz suyu, isti soba yanında iş dərinin quruluğunu artırır. Bunun qarşısını almaq üçün dəriyə düzgün gigiyenik qulluğun qaydalarını bilmək lazımdır. Məsələn, küçəyə çıxmazdan əvvəl yuyunmaq, tərkibində spirt olan kosmetik vasitələrdən, pudralardan, ağardıcı mazlardan istifadə etmək bu cür dəri üçün yol verilməzdir".
Mütəxəssis, quru dəriyə sahib şəxslərin ən çox etdiyi səhvlərdən birinin üzlərini yuduğu su ilə əlaqədardır. Həkimin sözlərinə görə, qaynadılmayan su ilə üzü yumaq düzgün deyil:
"Quru dərini yay aylarında sərin, qış aylarında isə otaq temperaturunda olmaqla, ancaq içməli və ya mineral su ilə, ən pis halda isə qaynadılmış su ilə yumaq lazımdır. Soyuq, isti, cod su quru dəri üçün mütləq əks göstəriş sayılır. Qulluq zamanı sabunlardan da istifadə edilməməlidir. Quru dərini təmizləmək üçün məhz bu növ dəri tipləri üçün nəzərdə tutulmuş təmizləyici vasitələrdən ("Penka" və s.) istifadə etmək lazımdır. Bu vasitələr demək olar ki köpüklənmir və onlardan istifadədən sonra üz dərisinin dartılması hissiyyatı baş vermir".
Mütəxəssis qıcıqlanmaya və qızarmağa meylli olan dərilər üçün hazırlanan xüsusi preparatlarla təmizləməyi tövsiyə edib:
"Dərini təmizlədikdən sonra toniklə silin və yüngül gündüz kremi çəkin. Nazik qatla dəriyə çəkdikdən 20 dəqiqə sonra kremin qalıqlarını yumşaq salfetlə silin. Həmçinin yay aylarında da günəş şüalarından qoruyucu kremlərdən istifadə mütləqdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1183   Tarix: 11 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

yay kolleksiyasi donlar 2026 maskalar yay geyimleri qəlyanaltı reseptləri berguzar korel uşaq geyimləri kosmetika terezi baldiza aid rus dilini öyrənək gunay xlor lekesi