KREDİTİ OLANLARIN DİQQƏTİNƏ! Dövlət bu bankın borclarını...

KREDİTİ OLANLARIN DİQQƏTİNƏ! Dövlət bu bankın borclarını...Beynəlxalq Bank müflis olacaqmı? Bleflərin toqquşması və ya xarici kreditorlar ən iri bankımıza hansı səs çoxluğu ilə rəhm etməlidir?

Xanim.az xəbər verir ki, vətəndaşları maraqlandıran bu kimi sualları bank üzrə ekspert Əkrəm Həsənov cavablandırıb. Onun sözlərinə görə, xarici kreditorlar güzəştə getməsə ölkədə bu kimi hallar baş verəcək:

"Bir həftə öncə məlum oldu ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) bizi aldadıb. 1 mlrd. dollardan çox zərəri olan bu bankın ödəmə qabiliyyəti yoxdur, buna görə də xarici borclarını artıq ödəmir. Bu səbəbdən də öhdəliklərinin restrukturizasiyasını (şərtlərinin dəyişdirilməsini) elan etdi. Lakin bu restrukturizasiyanın həqiqi mahiyyətini bizə tam açıqlamadı. Dedi ki, sadəcə 18 kreditor qarşısında olan 3,337 mlrd. dollar məbləğindəki borcu dövlətin üzərinə keçəcək, vəssalam. Amma 23 may tarixində Londonda xarici kreditorlarla görüşdən sızan məlumata əsasən dövlət ABB-nin borclarını o şərtlə üzərinə götürməyə hazırdır ki, həmin borclar üzrə kreditorlar bizə güzəştlərə (məbləğdə, müddətdə, faiz dərəcəsində) getsin. Başqa sözlə, dövlət ABB-nin borclarını olduğu kimi üzərinə götürməyə hazır deyil. Bankın ilkin məlumatı yalan idi!

Bəs əgər xarici kreditorlar güzəştə getməsə, nə baş verəcək? İki variantdan biri:

1) dövlət borcları tam və olduğu kimi üzərinə götürəcək ki, bankı xilas etsin (və bu halda belə çıxacaq ki, hökumət xarici kreditorlarla danışıqlarda uduzdu);

2) bank müflis elan olunacaq.

Əslində, ikinci variantın baş verməsi ehtimalı azdır, çünki ABB-nin müflisliyi ölkəmizin maliyyə sisteminə ciddi zərbə olacaq. Bunu xarici kreditorlar da gözəl bilir və buna görə də danışıqlarda çox sərt mövqe nümayiş etdirəcəklər. Yəni hökumətimizin xarici kreditorlara "xox gəlməsi" ("Baxın ha! Razı olmasaz, bankı müflis elan edərik və pulunuz tam batar!") uğursuz ola bilər. Xarici kreditorlar soyuqqanlı cavab verə bilər: "Müflis elan edin, baxaq görək necə edirsiz!" Yəni hər iki tərəf blef edə bilər: hökumətimiz özünü elə apara bilər ki, guya bankın müflisliyindən qorxmur, xarici kreditorlar isə pullarının tam bata bilməsindən qorxmadıqlarını nümayiş etdirə bilər. Bir sözlə, gözümüzün qarşısında əsl triller baş verir!

Bu fonda digər mühüm məsələ xarici kreditorların qərarının hansı səs çoxluğu ilə qəbul edilməsidir. ABB və onun cari "rejissoru" olan Maliyyə Bazarlarına Nəzarət Palatası deyir ki, guya tələblərin ən azı 2/3 hissəsinə (3,337 mlrd. dollardan təxmini 2,235 mlrd. dollar edir) malik olan kreditorların razılığı kifayətdir. Xatırladıram ki, 1 mlrd. dollar tələbinin sahibi elə bizim Neft Fondumuzdur. Deməli, 17 xarici kreditora aid olan qalan 2,337 mlrd. dollar tələbinin yarıdan bir az çoxunun sahibi razılıq versə, bütün 3,337 mlrd. dollar tələbi hökumətimizin təklifi əsasında restrukturizasiya olunacaq və azlıqda qalanların mövqeyinin əhəmiyyəti olmayacaq. İstisna deyil ki, hökumətimiz 2/3 səs çoxluğunu qazanmaq üçün müəyyən xarici kreditorlarla artıq separat razılığa gəlib.

Lakin bu mövqenin hüquqi əsasları çox şübhəlidir. Belə ki, ABB və Palata "Banklar haqqında" Qanuna bu ilin aprel ayında tez-tələsik daxil edilmiş 57-11.11-ci maddəyə istinad edir. Həmin maddədə həqiqətən deyilir: "Tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorlar tərəfindən restrukturizasiya planının təsdiq edilməsi üçün restrukturizasiya planına əsasən restrukturizasiya edilməsi nəzərdə tutulan tələblərin ən azı üçdə iki hissəsinə malik olan kreditorların razılığı tələb edilir".

Amma sözügedən maddə Mülki Məcəllənin 421.1-ci və 522.2-ci maddələrinə ziddir (aprel ayında qanuna düzəlişlər qəbul ediləndən bu barədə dəfələrlə fikrimi bildirmişəm). Belə ki, 421.1-ci maddədə deyilir: "Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür". 522.2-ci maddədə isə vurğulanır: "Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur". Yəni Məcəlləyə əsasən qərar 2/3 səs çoxluğu ilə deyil, yekdil qəbul edilməlidir. Xatırladıram ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.5-ci maddəsinə müvafiq olaraq Mülki Məcəllə digər məcəllə və qanunlardan üstün hüquqi qüvvəyə malikdir, buna görə də "Banklar haqqında" Qanunun sözügedən maddəsi əhəmiyyətsizdir. Bir sözlə, ABB-nin bütün kreditorlarının razılığı tələb olunur. İstisna deyil ki, bu səbəbdən azlıqda qalmış xarici kreditorlar 2/3 səs çoxluğu ilə qəbul edilmiş qərarı mübahisələndirə bilər. Bu halda məsələ şişə, böhran dərinləşə və nəticədə ABB-nin müflis elan olunması yenidən gündəmə gələ bilər.

ABB-nin mümkün müflisliyi kimin üçün təhlükəlidir? Yalnız xarici kreditorlar üçünmü? Xeyr! Bu bankda pulu olan bütün fərdi sahibkarlar və hüquqi şəxslər üçün! Onlar real olaraq pullarını itirə bilər! Fiziki şəxslər üçün isə təhlükə yoxdur! Çünki əmanətlərin sığortalanması ilə yanaşı dövlət ABB-nin əsas səhmdarı kimi Mülki Məcəllənin 950.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin əmanətlərinin qaytarılmasına görə məsuliyyət daşıyır. Buna görə də bu problem həllini tapanadək ABB-nin korporativ müştərilərinin (kreditorlarının) başı ciddi dərddədir".

Xəbərlər     Baxılıb: 3450   Tarix: 30 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

qadın geyimi yemek reseptleri geyim şəkilləri nişanlılıq qan qruplari kariyera və iş həyatı keks reseptləri kosmetika haxisda burclər oglan evi bürcler qiz burcu