Küçədə qalan qadının DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ: "Ərim xalam qızını aldı, oğlum məni döyüb..." (VİDEO)

Küçədə qalan qadının DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ: "Ərim xalam qızını aldı, oğlum məni döyüb..." (VİDEO)21 il iş stajı olan, 3 dil bilən Bakı sakini 7 ildir ki, küçələrdə yaşayır. Evini, mal-mülkünü əlindən alan qohumları onu evdən qovub. 60 yaşında ağır vəziyyətdə olan İmanova Mülayim Abdulla qızı qaynarinfo-ya müraciət edib.

O, pulu olanda gecəsi 2 manat olan evlərdə, olmayanda isə küçələrdə qalır:

"Pis yoldaşım ucbatından bu günə düşmüşəm. Yoldaşım sağ olanda öz xalam qızını mənim üstümə aldı. İndi, iki nəsil düşmənik. Qayınlarım, baldızlarım uşaqlarımı öyrədib, 14 ildir məndən ayırıblar. Yoldaşım imkanlı idi. Malımı-mülkümü, hər şeyimi əlimdən alıblar. 8 il Buzovnada qocalar evində qaldım. 7 ildir ki, oradan çıxmışam, amma uşaqlarım mənə baxmırlar. Keçən il dayanacaqda avtomobil vurdu, apardılar travmatologiyaya. Vuran adam tez-tələsik pulu notariusla verdi, övladlarım pulu xərclədilər, heç kim arxamca gəlmədi. Hazırda pis vəziyyətdə yaşayıram. Qalmağa yerim yoxdur. Pulum olanda 2 manatlıq evlərdə qalıram, olmayanda küçələrdə. Özüm savadlıyam, 2 diplomum var, 3 dil bilirəm. Vətən üçün də 2 oğul böyütmüşəm. Mənə qismət olmur, amma vətənə qurbandırlar. Böyük oğlumun yanına gedirəm, məni döyüb qovur ki, bura gəlmə. Bütün qocalar evində qapılar bağlıdır, yaşlıları elə bil həbsxanada saxlayırlar. Mən də azad olmaq istəyirəm".

Allah yerdə olsaydı, gedib ona şikayət edərdim, bəndələrdən mənə heç bir kömək yoxdur

Mülayim İmanova Respublika Klinik Xəstəxanasına başına gələnlərdən danışıb: "Sovet vaxtı 21 il vətən üçün işləmişəm. 3-cü qrup əlilə guya 48 manat təqaüd verilməlidirlər, amma ala bilmirəm. 2 ildir ki, şəkər xəstəliyinə tutulmuşam. Səhiyyə Nazirliyinə müraciət etdim. Məni Respublika Klinik Xəstəxanasına yazdılar. Mən pulsuz müalicə olunduğuma görə, orada 6 gün təhqir olundum. Həkimlərdə bir günah yox idi. Elə bir tibb bacısı idi ki, mənimlə maraqlanmırdı. Məcbur qalıb baş həkimə şikayət etdim. Allah yerdə olsaydı, gedib ona şikayət edərdim. Bəndələrdən mənə heç bir kömək yoxdu. Hara gedirəmsə mənə gülürlər, yəni mən gülünc görünürəm?"

Çarəsiz vəziyyətdə qalan Mülayim İmanova təqaüd də ala bilmir: "60 yaşım olmağına 4 ay qalmışdı, 6 ay da artırdılar, təqaüd ala bilmədim. İndi bir ilim qalıb".

"Buzovnadakı qocalar evində 8 il qaldım. Məni döyə-döyə işlətdilər, qocalara baxdırdılar. Qocalar evlərinin hamısında qapılar bağlıdır. Mən dindar qadınam, məscidə gedib, ibadət etmək istəyirəm. Gəzmək, ağaclara baxmaq istəyirəm. Eşitdiyimə görə bir dənə Bilgəhdə qapı açıqdır. Mən bağlı qapılar arxasında dustaq həyatı yaşamaq istəmirəm. Xəstə qadınam, qarşıdan da qış gəlir, xahiş edirəm mənə kömək edin", - deyə Mülayim İmanova bildirir.

Xəbərlər     Baxılıb: 2288   Tarix: 29 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

yemek reseptleri reseptler hamiləlik güllərin mənası şirniyyat reseptləri boyuk qadin dosleri cinsi yaxinliq kosmetika tanisliq xocali novruz haqistalari kökəlmək üçün faydalı məsləhətlər