Lal infarkt. Kim təhlükədədir?

Lal infarkt. Kim təhlükədədir?Hamı bilir ki, infarkt ürək nahiyəsində olan güclü ağrılarla müşayiət olunan və insan həyatı üçün ciddi təhlükə yaradan pozulmadır.
Lakin bu qismən doğrudur. Bəli, infarkt həqiqətən çox ağır pozulmadır. Yalnız bəzən infarkt heç bir simptom olmadan inkişaf edir və xəstə hətta onda infarktın olmasından bixəbər olur. Belə infarkt daha sonra təsadüfən EKQ və ya MRT zamanı aşkar oluna bilər. Belə infarkt tibdə lal və ya simptomsuz infarkt adlandırılır.
Lal infarkt adi infarkt kimi təhlükəlidir. Hətta demək olar ki, lal infarkt adi infarktdan daha da təhlükəlidir. Ürəyində ciddi problemi haqqında xəbəri olmayan insan özünü qorumur, fiziki gərginliklərini azaltmır, heç bir müalicə və s. almır. Bu isə çox ciddi fəsadlara səbəb ola bilər.
Lal infarkt ani ürək ölümünün riskini artırır. Bəzən bu vaxta kimi heç zaman ürəyindən şikayəti olmayan insan qəfildən ani ürək ölümü keçirdir. Daha sonra isə məlum olur ki, bu insanın ürəyində adətən infarktdan sonra əmələ gələn çapıqlar var idi. Bu o deməkdir ki, bu insan keçmişdə lal infarkt keçirdib.
Həkimlərin fikirinə görə, lal infarkt fikirləşdiyimizdən daha tez-tez baş verən pozulmadır.
Amerikada aparılan uzunmüddətli araşdırmalar nəticəsində, məlum olub ki, lal infarkt kişilərdə qadınlarla müqayisədə daha tez-tez baş verir. Həmçinin siqaret çəkən, artıq çəkisi olan, hipertoniya və şəkərli diabetdən əziyyət çəkən insanlarda lal infarktın riski digər insanlarla müqayisədə daha çoxdur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1063   Tarix: 11 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

qadın geyimi donlar 2026 geyim və ayaqqabılar blincik hazirlanma qaydasi təmizlik paltar olmaq yemək reseptləri kosmetika video faydalı məsləhətlər zencefil maraqli hakistalar hakisda