"Lal" orqanın səs-küylü problemləri - FOTO

"Lal" orqanın səs-küylü problemləri - FOTOQaraciyər qarın boşluğunda böyük hissəni əhatə edən ən böyük daxili orqandır. Qaraciyərin milyardlarla hüceyrəsi daimi olaraq orqanizmin daxili mühitinin təmizliyini və sabitliyini qoruyub saxlamaq üçün bir çox funksiyaları yerinə yetirir. Bu funksiyalardan ən vacibi dezintoksikasiyadır. İmmun sistemin işi, orqanizmin xəstəlik və infeksiyalara qarşı dözümlülüyü qaraciyərdən asılıdır. Bizim cavanlığımız və gözəlliyimiz qaraciyərin işi ilə birbaşa əlaqəlidir.
Qaraciyərin əsas funksiyaları. Qaraciyərin əsas vəzifəsi - zəhərli, digər orqanlar üçün təhlükəli olan maddələrin qan axınına buraxılmasının qarşısını almaqdır. Gün ərzində qan qaraciyərdən 300-400 dəfə filtr olunur. Hər gün qaraciyərimiz zərərli maddələrlə mübarizə aparır. Qaraciyər etil spirti, dərman maddələri, qida rəngləyiciləri, konservantlar, mikrob toksinləri, viruslar, maşın tüstüsü və ağır metallar kimi maddələrlə mübarizə aparmalı olur.
Ətraf mühit, siqaret çəkmə, alkoqollu içkilər, qidalanma, dərmanların qəbulu qaraciyər xəstəliklərinin yaranmasının əsas səbəblərindəndir.
Qaraciyər xəstəliklərinin əsas simptomları. Biz tez-tez eşidirik: "Mənim qaraciyərim sağlamdır, çünki ağrımır." Qaraciyər həqiqətən ağrımır. Qaraciyərin daxilində sinir ucları olmadığından qaraciyər xəstələndiyi zaman biz ağrını hiss etmirik. Əgər qaraciyər boyüyübsə, biz sadəcə ağrı və diskomfort hiss edirik.
Sağ tərəfdə ağrı öd kisəsi və mədəaltı vəzi problemlərindən xəbər verir. Qaraciyər isə hətta dağıldığı zaman belə dözür və "susur". Yalnız 8% insanlarda qaraciyərin işinin pozulmasının erkən əlamətləri əmələ gəlir. Qaraciyər detoksikasiyanın öhdəsindən gələ bilmədiyi halda toksinlər orqanizmdə toplanaraq dövr edir və orqanizmin bütün sistemlərinə, xüsusən də baş beyin hüceyrələrinə mənfi təsir göstərir. Buna görə də qaraciyər zədələnməsinin ilkin siqnalı sağ tərəfdə ağrı deyil, diqqətin, hərəki reaksiyaların, müvazinətin və düşünmənin pozulmasıdır.
Qaraciyər xəstəliklərinin profilaktikası. Əgər siz qaraciyər zədələnməsindən şübhələnirsizsə və ya qaraciyər xəstəliklərinin yaranmasının qarşısını almaq istəyirsizsə öz həyat tərzinizə nəzər yetirməlisiniz. Düzgün qidalanma, ümumi möhkəmləndirici terapiya qaraciyər xəstəliklərinin yaranma riskini kifayət qədər azaldır. Qaraciyəri möhkəmləndirmək və zədələnmiş qaraciyər hüceyrələrinin regenerasiyasını sürətləndirmək üçün hepatoprotektorlardan istifadə etmək olar. Sağlam qaraciyər  dolğun həyatın və yaxşı əhval-ruhiyyənin təminatçısıdır!
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR. /news.milli.az

Xəbərlər     Baxılıb: 1356   Tarix: 11 noyabr 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

kosmetika mehsullari həkim məsləhəti qadin dunyasi hicab bağlamaq hamiləlikdə qidalanma kokteyl paltarlari qara noqteler ucun uz maskalari kosmetika zencefil buga burcu eqreb cinsi elaqe novruz bayramina aid hakistalar