Lezbianka olmağın inanılmaz zərərləri

Lezbianka olmağın inanılmaz zərərləriLezbianka olmağın inanılmaz zərərləri

Lesbianlığın bioloji baxımdan təbii bir ünsiyyət olduğunu göstərməyə cəhd etmələrinə baxmayaraq, tədqiqatlar sübut edir ki, həmcinsbazlıq qadınların sağlamlığına, fiziki təmizliyinə və psixologiyasına olduqca mənfi təsir göstərir.

Lesbiyan dedikdə qadın cinsindən olan iki şəxsin hər hansı formada cinsi yaxınlığı nəzərdə tutulur. Bu mövzuda araşdırılası nöqtələrdən biri də, həmcinsbazlığın qadınların fiziki və ruhi sağlamlığına təsiridir. Bioloq feministlər qadınlara zülmün mənşəyini yaranış qanununda kişi və qadın arasında olan fərqlərdən qaynaqlandığını bildirirlər. Bu qrupun nəzərinin kökü dini və İlahi təfəkkürün tam əksidir. Onların fikrincə, hamiləlik, südvermə və aybaşı dövrü bu məsələnin mühüm məqamlarındandır. Belə ki, bu yaranış dəzgahının qadınlara olan zülmüdür. Buna görə də, qadınlardan bu barədə sözügedən məsuliyyətlər alınmalıdır. Onların fikrincə, qadınların ehtiyaclarını ödəmək və onları kişilərdən ayırmaq üçün ən yaxşı seçim lesbianizmdir. Biz burada onların bəzisinə işarə edirik:

-Lesbiyan qadınlar başqa qadınlardan 3 dəfə daha çox sinə xərçənginə mübtəla olurlar. ABŞ-da 104 min lesbian qadın sinə xərçənginə yoluxmuşdur. Hər il bu saya 7 min yeni xəstə əlavə olunur.
(cf., Associated press, 1999)
-ABŞ-da 1998-ci ildə aparılmış araşdırmalar göstərir ki, lesbiyanların 30 %-i cinsiyyət üzvü "təbxal" virusu daşıyıcısıdırlar. Bu virusun daşıyıcılarının 90 %-i uşaqlıq xərçənginə yoluxurlar.
(Marazo, 1998: 1604)
-1994-cü ildə aparılmış araşdırmalar nəticəsində məlum olub ki, lesbian qadınların orta yaş həddi 45-dir. Onların 23 %-i 64 yaşdan çox yaşayırlar. Onların 20 %-i zorakılıq və 7.1 %-i QİÇS-ə yoluxma nəticəsində ölürlər.
Psixi sağlamlığa təsiri
-Lesbian qadınlar qarşı cinsə meyl edən qadınlardan 19 dəfə çox sifilis xəstəliyinə və 2 dəfə daha çox cinsi iltihaba və mikroba düçar olurlar. Belə qadınların göbələk və qal xəstəliyinə yoluxma statistikasına görə, onlar qetero meylli qadınlardan 4 dəfə daha çox bu xəstəliklərə düçar olurlar.
(Cameron & et al, 1993: 292-299)

Həmcisbazların əksəriyyəti bu rəftarın təsiri altında psixi və ruhi xəstəliklərə mübtəla olurlar. Onlar müxtəlif ruh düşkünlüyünə, ruhi xəstəliklərə düçar olur və alkoqol və narkotika düşkününə çevrilirlər. Xüsusilə də, lesbianlarda ruhi düşkünlük, naümidlik və zorakılıq rəftarlarının qarşıya çıxmasına daha çox təsadüf olunur. Təhlükəsizlik və qəbul olunmamaq hissinin itməsi və həyatın təbii yolundan uzaqlaşmaqları nəticəsində, həmcinsbazlarda fikri və psixoloji pozğunluqlar yaranır. Onların olduqca çox hissəsi, halsızlıq, intihar, narkomaiya və ruhi və psixoloji stabilliyin itirilməsilə üz-üzə qalırlar. 1984-cü ildə Lesbianların Milli Sağlamlıq Təşkilatı aşağıdakı statistikanı açıqladı:
-Lesbianların 83 %-i daimi olaraq alkoqollu içkilər qəbul edirlər.
-Onların 47 %-i marixuana və 30 %-i siqaret çəkirlər.
-Lesbianların 50 % dən çoxu (sorğu 2000 nəfər arasında keçirilib) intihar etmək fikrinə düşmüş və onların 18 %-i isə intihar etmişlər.
Statistika göstərir ki, feministlərin istənilən və simvolik vəziyyətə çatması, yəni, kişilərdən ayrılmış və uzaqlaşmış aləm nəinki işə yaramayıb, əksinə qadınların ictimai mövqeyini də təhlükəyə sürükləmişdir. Həmcinsbazlarda baş verən psixi təzyiq və ruhi stabilliyin olmaması belə şəxslərin mühitdə zorakılıq etməsi və mühitə uyğunlaşmamaları ilə nəticələnir. Bu isə, bəzən onları cəmiyyətdən təcrid olunmuş və qırılmış şəxslərə çevirir. 1990-cı ildə 90 lesbian cütlük üzərində aparılmış araşdırma nəticəsində məlum olub ki, onların 40 %-i öz əlaqələrində zorakılığı
təcrübədən keçirmişlər. 1985-ci ildə 1109 lesbian arasında aparılmış tədqiqat göstərib ki, onların yarıdan çoxu öz cinsi şəriki tərəfindən əziyyətə məruz qalıb. (Cwat-Yong and Hewarrier, 1985: 11) Habelə, lesbianların 15 %-i cinsi ləzzət almaq üçün qarşı tərəfə işkəncə vermişdir. (Bradford and Rothblum, 1999: 228) Həqiqətdə belə qadınlar bir növ cinsi sadizmə düçar olurlar. Bu da cinsi ehtiyacdan razılıq və doyumun olmamasından qaynaqlanır. Sonra isə, zorakılıq rəftarlarına çevrilir.
İctimai rəftara təsir
Feminizm hərəkatı, xüsusilə də radikal feminizm dinin cəmiyyətdən təcridi, yaxud kənara qoyulması, analıq, ailə və sair bu kimi dəyərlərlə mübarizə barədə fikir yürütməklə cəmiyyətin adət-ənənə və mental dəyərləri ilə mübarizə apararaq qeyri-məntiqi bir cərəyana çevrildi. Onların qadın mövqeyi və məqamı barədə nəinki müəyyən və qəbul olunası tərifləri yoxdur, əksinə, özləri qadınlara əlavə bir zülm olmuşdur. Belə ki, bu addımlar hörmətlərin sınması, ailə müqəddəsliyinin aradan getməsi, ictimai əxlaqda hər gün artan tabu sındırma, tək başçılı və eyni cinsdən olan iki başçılı qeyri-adi və sağlam olmayan ailələr qurmaqla nəticələnmişdir. Sekular feminizm quruluşunda həya, iffət, özünüqoruma və günahdan çəkinmə kimi məfhumların dəyişdirilməsi, qadınların dəyərlərini elə yaralamışdır ki, son illərdə qadınlar haqqında fəaliyyət göstərən bir çox fəal orqanlar, mütaliə mərkəzləri və universitetlər qadınların narahat edici vəziyyəti barədə təhlükə zəngi çalırlar. Sosial elmlər üzrə tədqiqatçı alim Vendi Şalit "İffətə qayıdış" adlı kitabında yazır: "Məlum məsələdir ki, hər bir işin azad olduğu zaman, cinsi işkəncə, əziyyət və namusa təcavüz də artacaqdır. Utanc və həya əleyhinə müharibə elan etmiş cəmiyyət, qadınlarla düşmənçiliyi başlatmışdır". Feminizm hərəkatının tanınmış simalarından olan Simon Dubvar özünün "İkinci cins" kitabında qadınların arvadlıq və analıq rolundan xilas edilməsinə
etiqad bəsləməsinə baxmayaraq, qadınların iffətli və özlərini qorumalı olduğunu təbii və lazımlı bir iş olduğunu bildirir. O yazır ki, bu bioloji mahiyyət daşıyır və qadınları qoruyur.
Almaniyanın Milli Sosialist Partiyasının fəallarından olan doktor Klaudiya Şopman özünün 1991-1993-cü illərdə apardığı mütaliələrə əsasən, həmcinsbazlığı bəşəriyyət cəmiyyəti üçün təhlükə zəngi sayır və onu şiddətlə tənqid edir. O deyir ki, həmcinsbazlıq bir növ cinsi ayrı-seçkilikdir. Belə ki, onun rəftar modeli nasistlərin modeli kimidir. Lesbianlar özlərini üstün qadın bilirlər. Halbuki, onlar yoxluq və məhvə məhkumdurlar.
(Schoppman, 1993: 17)
Digər tərəfdən isə, maddi ləzzətlərdə qərq olma və ümumi təfəkkürün ləzzət almaq və cinsi doyumda həddi hüdudu olmayan azadlığa yönəlməsi, qadının insanlıq şəxsiyyətini zədələyir. Əgər bu tərzdə olan qırılmanın müəyyən dövr ərzində qısa müddətli və müvəqqəti dövr üçün bir cavabı olsa, insanı doyumsuz bir tüğyana çəkəcək. Amma uzun müddət ərzində isə, cəmiyyətə ziyanlı və inkarolunmaz dəyişiklik və dönüklüklə üzləşəcəkdir. Kişilərə qarşı nifrət yaratmaq və onları əsaslı və məqsədyönlü şəkildə şərti düşmən saymaq, cəmiyyətdə qarşılıqlı münasibətləri və kişi-qadın münasibətlərini kəskin şəkildə təsir altına salır. Bundan əlavə, cinsi ayrı seçkilik fəzasının daha da qızışmasına səbəb olur ki, dolayısıyla qadınları problemlə üz-üzə qoyur.
Qadınların kişilərin zülmündən və ailə həyatı qayğılarından xilas olması üçün feminizmin müxtəlif orqanlarının apardığı təbliğat elə bir atmosfer yaratdı ki, qadınların bir çoxu lesbianlığı neqativ rollara son verməyin yeganə yolu saydılar. O qədər ki, məşhur müasir lesbian feministlərdən olan Ti-Grace Atkinson deyir: -"Feminizm bir nəzəriyyədir və lesianizm onun icrasıdır". Bu atmosferin təsirində öz həmcinsinə heç bir meyli olmayan qadınların bir çoxu feminizmi müdafiə etmək üçün həmcinsbazlığa üz tutdular. Sonra isə, təhqir olunmaq kini və dərin peşmanlıqdan qaynaqlanan halsızlığa düçar oldular. Misal olaraq, 1985-ci ildə aparılmış araşdırmalar göstərdi ki, lesbianların 30 %-i 35 yaşından sonra qarşı cinsə üz tutur, onların 45 %-i həmcinsbazlığa meyldən öncə evli olmuş və 20 %-i isə, bir-birilə 3 ildən daha az yaşayırlar. (Saghir and Robins, 1985: 226) Bu mütaliələrə əsasən, belə bir nəticə əldə etmək olar: Qadınların bir çoxu feminizmin təbliğatının təsiri altına düşərək öz daxili meyllərinin əksinə olaraq, müvəqqəti olaraq öz cinsinə meyl tapırlar. Amma, sonda yeni göstərilmiş nümunələrin yanlış olduğunu və öz fitrət və ruhiyyələrilə uyğun gəlmədiyini dərk edirlər.

Sağlamlıq     Baxılıb: 6871   Tarix: 26 yanvar 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Sağlam hamiləlik necə olmalıdır - Qadınların diqqət edəcəyi məqamlar

Qadın  həyatının  ən əhəmiyyətli və həssas  dövrü olan sağlam hamiləliyin olması həm ananın həm də körpənin sağlamlığı üçün əhəmiyyətlidir. Sağlam hamiləliyin əsas şərti gələcək ananın hamiləlik boyu zərərli maddələrdən uza

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az hamiləlik yay geyimləri 2025 geyim seçimi xercengden qoruyan qidalar kitayski roza buxaq qarasin qizlar ucun makiyaj olumu novruza aid hakista englishdilində qulaq xanim.az ana haqqinda bayati