Limfa düyünləri niyə şişir - Nə etməli?

Limfa düyünləri niyə şişir - Nə etməli?Əhali arasında limfaların şişməsi çox yayılsa da, bəzən bu xəstəlik öz-özünə keçib getdiyindən həkimə müraciətlər az olur.
Milli.Az leykoz və onkologiyaya şübhə yaradan limfodenit barədə məlumatı təqdim edir:
Limfadenitin 2 növü var: kataral və irinli.
Kataral forma sadəcə limfa düyünü böyüməsidir, irinli forma isə onun irinlə dolmasıdır. Məhz irinli forma xəstə üçün ağır nəticələnir.
Adətən bu xəstəliyi ikincili hesab edirlər. Əvvəlcə orqanizmdə hər hansı orqan və sistemdə infeksion - iltihabi ocaq olur, ordan virus və bakteriyalar limfa düyünlərinə düşür. Ona görə həkimlər hansı nahiyədə limfa düyünləri şişibsə, o nahiyələrdə iltihab mənbəyini axtarır. Limfalar daha çox boyun, çənə, qasıq, qolaltı nahiyədə şişir.
Xəstəliyin törədicisi streptokokk və ya stafilakokk olur.
Əlamətləri:
-Yerli iltihab əlamətləri: düyün və ətrafının şişkinliyi, gözlə və əllə baxdıqda limfanın böyüməsi, bəzən ağrı
-Ümumi intoksikasiya əlamətləri: halsızlıq, iştahsızlıq, ürəkbulanma, qızdırma
Səbəblər:
-İmmunitetin çox düşməzi
-Bədənin soyuması, donma
-Həddən artıq yorğunluq
-Zərərli vərdişlər
-Xroniki iltihabi xəstəliklər
-Yara, xora, osteomiolit
-Diş və boğaz problemləri
Müalicə olunmadıqda xəstəlik xronikləşir və limfa düyünləri müəyyən ölçüdə qalır, bərkiyir, xəstəyə başqa simptomlar vermir.
Diaqnoz və müalicə
İlk növbədə terapevtə müraciət olunur. USM müayinə, qan analizləri verilir. Şübhəli məqamlarda limfaların KT və irinli düyündən biopsiya tələb oluna bilər. Histoloji cavab çıxdıqdan sonra düyünün hansı mənşəli olması dəqiqləşir.
Daha sonra infeksionist müalicəyə qoşula bilər.
Müalicə üçün antibiotiklər, iltihab əleyhinə dərmanlar, eləcə də immuniteti möhkəmlətmək üçün müalicə yazılır
Eləcə də fizioterapiya prosedurları təyin edilir
İrinli limfa düyünlərində cərrahi müdaxilə ilə irin boşaldılır.
Limfa düyünləri hansı nahiyədə şişibsə o ətrafdakı orqanlar diqqətlə müayinə olunur və yanaşı orqanlarda iltihab varsa müalicə edilir. Bura burun, qulaq, diş problemləri, ginekoloji, uroloji xəstəliklər aiddir.
Limfa düyünlərinin üzərinə maz, krem çəkmək, sıxmaq, basmaq, bağlamaq, əzmək, kompress qoymaq olmaz.
Limfa sistemini aktivləşdirmək üçün bol su içilməlidir. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1843   Tarix: 28 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

turlar.az

qaşların formalari aksessuarlar donlar 2026 qadin dunyasi az kisi ve qadin intim munasibetleri haxışta sözləri mahuddan tikilen kishi ust geyimi kosmetika novruz ağır itki masqalar lakonizm baldiz