Maddi və mənəvi nemətlərə çatmağın yolu

Maddi və mənəvi nemətlərə çatmağın yoluMaddi və mənəvi nemətlərə çatmağın yoluQuranda şükür etməyə aid 75 ayə nazil olmuşdur. Bu ayələr iki dəstəyə ayrılır: bir dəstə maddi nemətlərə görə şükrü etməyə aiddir. İkinci dəstə ayələr isə mənəvi nemətlərə diqqət edər.
Maddi nemətlərə görə nazil olan ayələr.
"Və gəmiləri onda (dənizin sinəsini) yaran görərsən (sizin müxtəlif ehtiyaclarınızı təmin etmək üçün) və (ticarət və digər yollarla) Allahın lütfündən axtarasınız deyə! Və bəlkə şükür etdiniz". ("Nəhl" 14).
Allah bu ayədə buyurur ki, həyatın zərurətləri də İlahi nemətdir və insan onun qarşısında da şükür etməldir.
"Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükür edəsiniz". ("Nəhl" 78).
Bu ayədə insanın dünyaya gəlişi və ona verilən bədən üzvləri haqqında söz açılmışdır. İnsan gərək bütün bədən üzvlərinin fəaliyyətinə görə şükür etsin. Çünki onlar olmadan yaşaya və hərəkət edə bilməz.
"Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükür edin". ("Nəhl" 114).
Bütün bu nemətlər şükrə layiqdir.
"Həqiqətən Allah (dünyada) bütün insanlara qarşı lütf və mərhəmət sahibidir və lakin onların çoxu şükür etmirlər". ("Yunus" 60).
Mənəvi nemətlərə görə nazil olan ayələr.
Dinə və təkallahlığa görə şükür etmək. "Və atalarım İbrahimin, İshaqın və Yəqubun dininə tabe olmuşam. Biz(im ailəmiz)ə Allaha heç bir şeyi şərik qoşmaq yaraşmaz. Bu (tovhid və hidayət), Allahın bizə və bütün insanlara olan lütflərindəndir. Lakin insanların çoxu şükür etmirlər". ("Yusif" 38).
Bütün peyğəmbərlər (ə) İlahi tofiqə görə hər bir günahdan məsum idilər. Allah onlara nübuvvət nemətini əta etmişdir.
Allaha və valideynlərə şükür etmək. "(Dedik) ki: "Mənə və ata-anana şükür et ki, (hamının) dönüş(ü) Mənə tərəfdir"". ("Loğman" 14).
İlahi bağışlanmağa görə şükür etmək. "Həmin vaxt, o işdən sonra sizi əfv etdik ki, bəlkə şükür edəsiniz".("Bəqərə" 52).
Elmə öyrəndiyinə görə şükür etmək. "Sizə görə (siz insanlara gərək olduğu üçün) Davuda zireh düzəltmək və döyüş geyimi hazırlamaq peşəsini öyrətdik ki, sizi müharibələrin çətinlik və zərər-ziyanından qorusun. Belə isə şükür edəcəksinizmi?". ("Ənbiya" 80).
Şükür etməyin nəticələri:
1. Nemətin artması. "Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir". ("İbrahim" 7).
2. Düz yola hidayət olmaq. "Allahın nemətlərinə şükür edən idi. Allah onu (nübuvvət və risalətə, sonra isə imamət və dostluq məqamına) seçdi və doğru yola hidayət etdi". ("Nəhl" 121).
3. Şükür etməmək əzab gətirər. "Əgər şükür etsəniz və iman gətirsəniz, Allah sizə əzab verməyi neyləyir (Onun buna nə ehtiyacı və bunun Ona nə xeyri var)?! Allah həmişə qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) və (hər şeyi) biləndir". ("Nisa" 147).
Beləliklə deyə bilərik ki, şükür elə bir tofiqdir ki, Rəhman Allah biz insanlara əta etmişdir. Bu, elə bir əməldir ki, onun sayəsində insan həm maddi və həm də mənəvi nemətlərə çata bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 976   Tarix: 15 mart 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

hamilelikde qidalanma aksessuarlar makiyaj instagram süni doğuş qadın və cəmiyyət hepatitlər seksual qadinlar kosmetika masturbasiya rus dili 2ci ders hakiwda novruz haqistalari gunay