Maqnit fırtınaları zamanı nə etməli? - HƏKİM MƏSLƏHƏTİ
Rusiyalı nevroloq Yekaterina Demyanovskaya təbiət hadisələrinin sağlamlığa necə təsir etdiyindən danışıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nevroloq özünü daha yaxşı hiss etmək üçün pis hava və maqnit fırtınaları zamanı nə etməli olduğuna dair məsləhətlər verib.
"Hətta sağlam insanlar geomaqnit qasırğaları və ya günəş tutulmaları zamanı izah olunmayan stress, artan narahatlıq, fiziki ağrılara həssaslıq və digər xarici amillərlə qarşılaşa bilərlər", - deyə həkim bildirib.
Demyanovskayanın fikrincə, geomaqnit sahəsindəki dəyişikliklər damar divarının tonusuna və qanın laxtalanma qabiliyyətinə təsir göstərir. Geomaqnit qasırğaları zamanı meteohəssas insanlar yüksək və ya aşağı təzyiqdən, başgicəllənmədən, baş ağrısından, göz almalarında və oynaqlarda narahatlıqdan şikayət edə bilərlər.
Yüksək hava həssaslığı olan insanları hava şəraitinin təsirindən qorumaq çətin olsa da, bu təsiri nisbətən azaltmaq mümkündür. Pis hava və ya geomaqnit qasırğaları zamanı həkim isti ayaq vannaları, kontrastlı duş qəbul etməyi və gimnastika etməyi məsləhət görür. Təmiz havada gəzmək də orqanizmə yaxşı təsir göstərir.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Tünd kişmiş cavanlaşdırır
Yuxudan duran kimi bunu edin
Bu yaşda ət yemək ömrü uzadır
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Evdə stress yaradan 5 şey