Maqnit qasırğanın təsirini necə azaldaq? Mütəxəssisdən TƏBİİ RESEPT
Son vaxtlar Günəşdə aktivliyin artması nəticəsində insanlar tez-tez maqnit qasırğaların təsirinə məruz qalır.
Səbəbsiz halsızlıq və yorğunluq, baş ağrıları, əhvalın pisləşməsi, yuxusuzluq, əsəbilik, diqqətin pozulması - bütün bunlar maqnit qasırğaların nəticələridir.
Mütəxəssislər bu təsirləri azaltmaq üçün müxtəlif məsləhətlər verir. Saglamolun.az Komsomolskaya Pravda-ya istinadla fitoterapevt Elena Korsunun tövsiyələrini təqdim edir.
Halsızlıq və yorğunluğu azaltmaq üşün səhər beyinin fəaliyyətini aktivləşdirən dəmləməni içmək olar. Dəmləməni hazırlamaq üçün hərəsindən bir çimdik üyüdülmüş zəncəfil və cövüz, bir az kəklikotu və 2-3 hil götürün və 1 ç.q. qara çayla 200 ml suda termosda dəmləyin. 30 dəqiqədən sonra için. Bu çay insanı gümrah edir, əhvalı və beyinin fəaliyyətini yaxşılaşdırır.
Baş ağrısı və damarların spazmını götürmək üçün çaya mixək əlavə edin. Tərkibində damarları genişləndirən "sitral" maddəsi olan mixək baş ağrısını azaldır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi