Maskasız gəzmək və toy etmək qadağan olunur?

Maskasız gəzmək və toy etmək qadağan olunur?Azərbaycanda koronavirusa yoluxanlar hələ də sağalanları üstələyir. Gündəlik ölüm sayı 20-30 arasındadır. Aktiv xəstə sayı 26 mindən çoxdur. Bir sözlə, pandemiya ilə bağlı durum heç də ürəkaçan deyil. Üstəlik rəsmi qurumlar növbəti aylarda, yəni noyabr və dekabrda epidemioloji durumun daha da kritikləşəcəyini, növbəti dalğanın tüğyan edəcəyini bəyan edirlər.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, dünya ölkələrində də epidemiya ilə bağlı vəziyyət pisləşib. Bəzi ölkələr artıq koronavirusdan qorunmaq məqsədilə karantin tədbirlərini sərtləşdirirlər. Avropa ölkələrində küçələrdə maskasız gəzmək qadağası bərpa edilib. Təhsil müəssisələri, restoran və kafelərin fəaliyyətinə məhdudiyyət qoyulub.
Bəs, Azərbaycanda pandemiya ilə bağlı karantin rejiminin sərtləşəcəyi gözlənilirmi?
Qeyri-rəsmi məlumatlara görə, bu həftənin şənbə günü Nazirlər Kabineti yanında Operativ Qərgahın növbəti brifiniqi təşkil olunacaq. Brifinqdə pandemiya ilə bağlı bəzi məhdudlaşdırıcı qərarların veriləcəyi istisna olunmur. İlkin ehtimallara görə Azərbaycanda da bəzi Avropa ölklərində olduğu kimi açıq havada maskasız gəzmək qadağası bərpa edilə bilər. Ardınca, toy, xınayaxtı, nişan və digər böyük mərasimlərin keçirilməsinə məhdudiyyət qoyula bilər. Hansı ki, son vaxtlar yoluxmanın daha çox toy mərasimlərində artdığı müşahidə edilir. Uzun müddət bir-birlərini görməyən insanlar qucaqlaşır və yaxın təmasda olurlar.
Təhsil müəssisələrinin qapadılmasına gəlincə, məsələ ilə bağlı ictimaiyyətdə hələki yekdil fikir formalaşmayıb. Valideynlərin əksəriyyəti virusun sürətlə yayılması təhlükəsi səbəbindən məktəblərin bağlanmasını tələb edirlər.
Sosial şəbəkələrdə noyabr ayından etibarən Azərbaycanda bütün orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi iddia olunur. Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Xəzər TV-də yayımlanan "Təsir Dairəsi" verilişində bu iddialara münasibət bildirib. O, bununla bağlı qərarın olmadığını xatırlatsa da, hər şeyin yoluxma ilə bağlı rəqəmlərdən asılı olacağını bildirib.
Nəzərə alsaq ki, Ümümdünya Səhiyyə Təşkilatının tövsiyəsində də təhsil müəssisələrin sonda bağlanması qeyd olunub. Bu baxımdan məktəblərin qapadılması və tədrisin distant formaya keçməsi real görünmür.
Bu mənada deputat və ictimai-siyasi cameənin əksər nümayəndələri də ölkədə hər hansı qapanma qərarının əleyhinədirlər. Onlar hesab edir ki, qapanma təhlükəli və insanların iş mühitinin dayanmasıdır.
Üstəlik bundan əvvəl tətbiq olunan bütün qapanmaların nəticəsi effektiv oliub və ən optimal yol vaksinasiyanın davam etdirilməsindən keçir.
Qeyd edək ki, xeyli müddətdir ki, ölkə sərt karantin rejimindən çıxaraq bir sıra yumşaldılmalara gedib. Kinoteatrların, teatrların fəaliyyəti bərpa olunub, toylar müəyyən məhdudiyyət çərçivəsində keçirilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1056   Tarix: 28 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

qadın geyimi sade makiyaj sekilleri toy makiyajlari yuxuyozma qas qalinlasmasi ucun maskalar gundelik burcler şirniyyat və tortlar kosmetika sevgi sekis azerb clpaq qadinlari toyuq salati oxu az