Masturbasiya

MasturbasiyaSeksual zövqü cinsi orqanları stimulyasiya etməklə də almaq olar. Bu masturbasiya adlanır. Masturbasiya ilə həm qızlar, həm də oğlanlar məşğul olur. Masturbasiya normal və sağlam bir metoddur. Bu orqanizm üçün zərərli sayılmır, belə ki, cinsi yetkinliyin vacib mərhələlərindən biridir. Masturbasiya şəxsi seksuallığı dərk etmək prosesinin əsas hissəsidir və hətta cinsi aktdan yayınmağa kömək edə bilər.Bir vaxtlar masturbasiya pis, ağılı başdan çıxaran bir hal kimi qəbul edilirdi. Hətta bu gün də bu müzakirə mövzusudur. Qızların masturbasiyası haqqında az danışılır, ona görə ki, qadın seksuallığı az qəbul edilən mövzudur.
Tədqiqatlar göstərmişdir ki, masturbasiya mənfi nəticələrə gətirib çıxarmır və normal seksual aktivlik sayılır. Sonuncu illərin tədqiqatlarına görə müxtəlif yaşlarda olan qadınlar və kişilər özlərinə müxtəlif üsullarla zövq verə bilərlər. Masturbasiya sizin üçün bəyənilmiş metoddursa, özünüzü narahat hiss etməyin, əgər o sizə diskomfort yaradırsa, ondan imtina edin.
Tibb masturbasiya haqqında

• Masturbasiya - ziyanlı və natəmiz hərəkət deyildir - o sizi kor etməz, ağlınızı almaz, sizi pozğun insana çevirməz, sonsuzluğa səbəb olmaz, boyunuzun artımını saxlamaz, hamiləliyə gətirib çıxarmaz.
• Həm oğlanlar, həm də qızlar masturbasiya ilə məşğul olurlar. Bu seksual inkişafın normal mərhələsi sayılır.
• Masturbasiya çox intim məsələdir və onunla ictimai yerlərdə məşğul olmaq olmaz.
• Əgər siz masturbasiya ilə məşğul olursunuzsa və onunla maraqlanırsınızsa, bu normal hal sayılır. Siz masturbasiya ilə məşğul olmursunuzsa və yaxud onunla maraqlanmırsınızsa, həmçinin normal insan sayılırsınız.
• Masturbasiya stresi aradan qaldırır və endorfin (zövq hormonu) hormonunun ayrılmasını aktivləşdirir və onun nəticəsində siz zövq alırsınız.
• Tədqiqatlar göstərmişdir ki, kişilərin 80%-i, qadınların isə 59%-i 18 yaşına qədər masturbasiya ilə məşğul olur.
• Ekspertlərin çoxu hesab edir ki, masturbasiya əsasən yeniyetmələr arasında olan haldır, belə ki, bu yaşda hormonların hasil edilməsi daha aktivdir. Masturbasiya bu hormonların yaratdığı gərginliyi aradan qaldırır və cinsi inkişafın mütləq tərkib hissəsi sayılır.
• Masturbasiya ilə bağlı yeganə psixoloji problem köhnədəbli və qeyri-sağlam münasibətlə (əgər insan masturbasiya ilə məşğul olursa, o utancaq olur) bağlıdır, bəzən normadan kənara çıxa bilər (məs: insanlar arasında masturbasiya etmək).
Dinə görə masturbasiya haramdır

Əgər kişi evlənməyə və ya cariyyə almağa qadirdirsə əli ilə "istimnə" etməsi haramdır. İbn Aqil, əshabımız və şeyximiz sadəcə bunun məkruh olduğunu zikr ediblər, təhrim sözü işlətməyiblər və dedi: əgər evlənməyə və kəniz almağa qadir deyilsə, şəhvəti yoxdursa və zinadan qoruna bilirsə, "istimnə" etməsi haramdır. Çünki bu, öz nəfsindən zövq almaqdır və ayə bunu qadağan edir. Lakin əgər onun halı sakitlik və şəhvət halı arasında dəyişirsə, heç bir zövcəsi yoxdursa, kənizi varsa və evlənmirsə məkruhdur, lakin haram deyildir. Lakin əgər şəhvəti ona qalib gələrsə və günaha düşməkdən qorxarsa, - məs: əsirlərdə, müsafirlərdə, fəqirlərdə ola bilər – bu ona caiz olur. Əhməd də, radiyallahu anhu, bunu bildirmişdir və səhabələr də hərbi yürüşlərində və səfərlərində bunu ediblər. Əgər qadının əri yoxdursa və şəhvəti şiddətlənərək üstün gələrsə, bu zaman əshabımızdan bəziləri dedilər ki, qadına ikranbəc – və bu kişi cinsi orqanı şəklində dəridən düzəldilmiş bir şeydir – və ya xiyar və kiçik qabaq kimi buna bənzər şeyləri götürməsi və daxil etməsi caizdir.

Ailə və Uşaq     Baxılıb: 5642   Tarix: 30 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

turlar.az

donlar 2026 gelinlikler gözəllik məhsulları yaglarin faydasi klyos donlar 2026 kelem tutmasinin hazirlanmasi ideal toy kosmetika qızlıq pərdəsi 8 mart vətənə aid bayatılar azerbaycan veten haqqinda bayatilar