Mədə xərçəngi haqqında 8 fakt - Kimlərdə, hansı səbəbdən yaranır?

Mədə xərçəngi haqqında 8 fakt - Kimlərdə, hansı səbəbdən yaranır?Deyirlər ki, qədimdə insanlar sağlam idi, xərçəng nədir bilmirdilər. Amma bədxassəli şişlər barədə faktlar hələ Neolit dövrünə gedib çıxır. Bizim eradan 3000 il əvvələ aid Misir mumiyalarında, Amerika hindularının qalıqlarında, bir çox qədim insan sümüklərində şiş əlamətləri tapılıb. Ən qədim tapıntı isə dinozavr onurğasında tapılan şiş qalığı idi.
Hazırda yayılmasına görə dünyada ilk yerlərdən birini tutan mədə xərçəngi barədə həqiqətə uyğun olan və olmayan informasiya yayılır.
Milli.Az medicina.az-a istinadən mədə xərçəngi barədə 10 bilməyinizin vacib olduğu faktı təqdim edir.
1. Mədə xərçəngi səbəbi dedikdə ilk növbədə qidalanma, ərzaqlar yada düşür. Amma Yaponiya, Çin kimi ölkələrdə bu xərçəngin yayıldığını nəzərə alanda demək olar ki, daha çox düyü yeyən xalqlarda bu risk artır. Rusiya, MDB dövlətlərində də çörək, un, kartof, nişastalı qidalar çox, meyvə-tərəvəz az yeyildiyindən risk çoxdur. Marinadlaşmış qidalar, duz, istiot, hisə verilmiş ət məhsulları, kolbasa, sosis, acılı yeməklər mədə xərçəngini yarada bilir.
Milli Koreya yeməyi Kimçi o qədər duzlu kələm və nitrat tərkiblidir ki, Koreyada mədə xərçəngi yaranmasına səbəb kimi bu qida qeyd olunur.
Pakistanda duzlu çay içmək də qida borusu və mədə xərçənginə səbəb olur.
Qidalarda, hazır və ya bişmiş ərzaqlarda olan nitrat və nitritlərin çoxluğu kanserogen maddədir. Pivə, ədviyyatlar, viski, spirtli içkilər, duzlu qidalar, bol ədviyyatlı ət məhsulları orqanizmdə xərçəng yaranmasına səbəb olur.
2. Gündəlik yeməyində daha çox heyvan mənşəli yağlar qəbul edən insanların mədə xərçəngi olması yalnız bitki yağları istifadə edənlərə nisbədən 2,5 dəfə çoxdur. Çox miqdarda araq, içki, siqaret qəbul edənlər də öz yerində. Bu barədə beynəlxalq tibbi araşdırmalar aparılıb.
3. Eləcə də 1 yaşından az müddətdə ana südü yeyənlərdə də risk 3 dəfədən çoxdur. Bu onunla izah olunur ki, az ana südü yeyən uşaqlarda mədənin selikli qişası zəif olur və Helikobakteri onu tez zədələyir. Bu da sonda xərçənglə nəticələnir.
4. Sarımsaq əkilən, becərilən, əhalisi daha çox sarımsaq yeyən Cənubi Asiya ölkələrində mədə xərçəngi azdır. Bu da sarımsağın mədə xərçənginin qarşısını aldığı fikrini ortaya atır. Amma bunu sübut edən geniş araşdırmalar yoxdur.
5. Mədə xərçənginin infeksiya mənşəli olması 1926-cı ildə Nobel mükafatçısı Fibiger tərəfindən sübut olunub. Daha sonra 1983-cü ildə Helikobakteri Pylori bakteriyası kəşf edildi. Bununla da xoraların antibiotik müalicəsi effekt verdi. Hazırda da Helikobakteri müalicə olunmasa, xoralar gələcəkdə xərçəngə çevrilə bilir. Digər infekisya agenti Epşteyn Barr virusudur. Yer üzünün 80% i bu virusu daşıyır.
6. Mədə xərçəngi önü xəstəliklər atrofik qastrit, xoralardır, adenomatoz poliplər, anemiya, Menetrie xəstəliyi, mədə rezeksiyası keçirmək, hiperplastik qastritdir. Sağalmayan, xroniki mədə xoraları xərçəngönü xəstəlikdir.
Bu qrup pasiyentlər ildə 1 dəfə skrininq müayinədən keçməlidir. Endoskopik skrininq 40 yaşından sonra mütləq aparılmalıdır. Çünki mədə xərçəngi məhz bu yaşdan sonra aktivləşir.
7. Mədə xərçənginin genetik faktoru da şübhə altındadır. A(II) qrup qan daşıyıcılarında xəstəlik riski 20% çoxdur. Nəsildə mədə xərçəngi olarsa, E kadxerin geni mutasiyası vasitəsilə ötürülür.
8. Mədə xərçəngini çox erkən mərhələdə yaxalamaq mümkündür. Ezofaqoqastroduodenoskopiya ilə biopsiya ilə diaqnoz qoyulur. Müasir endoskoplar 115 dəfə böyüdücü optikaya malik olduğundan, hətta 3 mm olan şişləri də görmək mümkündür. İnnovasiv metod - lazer endoskopiyası ilə 1000 dəfə böyüdülmüş ölçüdə 30-50 şiş hüceyrə qruplarını görmək olur.
Azərbaycanda erkən diaqnostika faizi çox azdır. Bunun səbəbi kimi əhalinin ildə bir dəfə skrininqinin aparılmamasıdır. Xəstə artıq mədəsində şiş böyüyüb, həzmə mane olub, ağrı verəndə, yediyini qaytaranda endoskopiyadan keçir.
Yuxarıda yazılanları oxuyub, özünü sığortalamaq istəyirsizsə, 35 yaşından sonra 2 ildən bir mədənin endkoskopik müayinəsindən keçin. O zaman müalicə olmaq şansınız yüksəkdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1921   Tarix: 01 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj instagram geyim seçimi qis geyimləri 2026 2026 payiz qis kolleksiyasi sabir haciyev qizilgul haqqinda melumat karikatura kosmetika vusale elizade gəncə kahfe kali hesaplama burcler haqqinda