Mədə Xorası

Mədə XorasıMədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə selikli qişasının tamlığının pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi müvazinətinin pozulmasıdır. Mədədə turşunun (pepsin) ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi müvazinəti pozulan hallarda mədənin zədələnmə ehtimalını artırır.

Səbəbləri

Aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır:
- Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu
- Helicobacter pylori (H. pylori) infeksiyası
- Xroniki qastrit
- Siqaret çəkmə
- Spirtli içki qəbulu
- Artan yaş
- Qanın laxtalanma sistemində bəzi problemlər

Əlamətləri

- Qarında ağrı.
-Bu ağrı Sizi gecələr yuxudan oyada bilər
-Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər
-yeməkdən 2-3 saat sonara başlaya bilər
-Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər
- Ürəkbulanma
- Qusma
- Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir
- Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər
- Son zamanlar çəkinin azalması
- Ümumi zəiflik

Müayinələr

- Sizə ilk olaraq Mədənin endoskopik müayinəsi təklif ediləcəkdir. Bu müayinə üsulu mədə xorasının olub-olmamasını, onun yerləşməsi və ölçüsünü dəqiq müəyyən etməyə imkan verir
- Həkiminiz mədənin Rentgen müayinəsini də təklif edə bilər. Bununla mədə xoranın varlığı və yerləşməsini təyin edilə bilər. Amma Rentgenlə müqayisədə endoskopik müayinə daha dəqiq hesab edilir.
- Helicobacter pylori infeksiyasının olub-olmaması nəfəs, nəcis və endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi ilə təyin edilə bilər
- Endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi xərçəngin olub-olmamasını da təyin etməyə imkan verir.

Həkimə nə zaman müraciət etməli

Mədə xorası sizin özünüzün müalicə edəcəyiniz bir xəstəlik deyil. Antiasid dərmanların qəbulu sizdə ağrını müvəqqəti aradan qaldıra bilər, amma xəstəliyi tam müalicə etməyəcək. Odur ki, yuxarıda sadalanan əlamətlər sizdə olarsa həkiminizə müraciət etməniz məsləhədir. Xoranın zamanında müalicə olunmaması bir çox ciddi ağırlaşmalara gətirb çıxara bilər.

Mədə xorasının ağırlaşmaları

- Mədə qanaxması
- Mədənin perforasiyası, yəni deşilməsi
- Xoranın maliqnizasiyası, yəni xərçəngə çevrilməsi
- Mədə çıxacağında daralmanın əmələ gəlməsi (Pilorik stenoz)
- Xoranın mədəaltı vəzinin başına penetrasiyası, yəni sirayət etməsi

Terapevtik Müalicə

Mədə xorasının müalicəsində iki əsas hədəf mövcuddur:
- Bakteriyanın (Helicobacter pylori) məhv edilməsi
- Mədə turşuluğunun azaldılması
Helicobacter pylori bakteriyasının tapılması hallarında adətən iki antibiotikin kombinasiyasından istıfadə edilir. Bu zaman ən geniş istifadə edilən antibiotiklər bunladır: amoxicillin, clarithromycin və metronidazole.

Həkiminiz Sizə əlavə olaraq Cytoprotective dermanlar adlanan sucralfate və misoprostol məsləhət görə bilər. Bu dərmanlar Sizin mədənin selikli qişasının daha tez bərpa olunmasına kömək edəcəkdir.

Cərrahi müalicə

Cərrahi müalicəyə göstərişlər aşağıdakılardır:
- Uzun terapevtik müalicə tarixçəsi və bu müalicələrin effektsiz olması
- Davamlı pilorik stenoz, yəni mədə çıxacağının daralması
- Maiqnizasiyaya, yəni xərçəngin əmələ gəlməsinə şübhə
- Əvvəllər perforasiya (deşilmə) və qanaxma kimi ağırlaşmaların olması
Yuxarıda sadalanan hallarda sizdə varsa həkiminiz sizə aşağıdakı əməliyyatlardan birini təklif edə bilər:
- Subtotal qastrektomiya – yəni mədənin üçdən iki hissəsinin çıxarılması. Bu əməliyyat nəticəsində mədənin turşu ifraz edən hüceyrələrə malik hissəsi çıxarılmış olur
- Vaqotomiya – yəni azan sinirin mədəni innervasiya edən şaxələrinin kəsilməsi. Bununla mədənin turşu ifraz etmə qabiliyyəti azaldılmış olur. Amma son zamanlar cərrahlar bu əməliyyatdan az istifadə edirlər.

Sağlamlıq     Baxılıb: 6204   Tarix: 05 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

yay geyimləri 2026 yay kolleksiyasi yaz geyimleri 2026 xinayaxdi bayati stil və moda tərəzi bürcü qidalandirici maskalar kosmetika englishdilində qulaq oğlan evine aid hakisda novruz bayramına aid hakışda novruz hakısdası ginekoloq