Mədəaltı vəz ağrılarına son qoymaq üçün təbii reseptlər

Mədəaltı vəz ağrılarına son qoymaq üçün təbii reseptlərMədəaltı vəz və ya pankreas, adından göründüyü kimi mədənin altında yerləşən və 100 qrama qədər çəkisi olan bir orqandır. 100 qram olmağına baxmayaraq çox böyük bir işin öhdəsindən gəlir. Mədəaltı vəz yağların, zülalların, karbohidratların parçalanması üçün xüsusi maddələr ifraz edir.
Mədəaltı vəzin istehsal etdiyi maddələr öd axacağına tökülür və öd şirəsi ilə qarışmış halda həzmdə iştirak edir. Bu səbəbdən də mədəaltı vəzdə problem əmələ gələndə ilk növbədə öd kisəsi və öd yollarının vəziyyətinə baxılmalıdır. Öd yollarının daşla tutulması zamanı nə öd, nə də mədəaltı vəzin şirəsi onikibarmaq bağırsağa axa bilmir və şirə mədəaltı vəzin özünü yandırır, nəticədə mədəaltı vəzin iltihabı – pankreatit baş verir.
Müalicə öd və öd yollarının təmizlənməsindən başlanılmalıdır. Artıq pankreatit baş verdikdə mədənin alt nahiyəsində şiddətli kəmərvari ağrılar, yeməkdən sonra isə köpmə, ağrı və ürəkbulanma əmələ gəlir. Temperatur arta bilir, arıqlama və təzyiqin düşməsi müşahidə olunur.
Bu zaman nə etməli? İlk növbədə alkoqol və siqaret qəbulu dayandırılmalıdır, asan həzm olunan yeməklərə üstünlük verilməlidir. Kəskin pankreatitdə ən yaxşı müalicə üsulu oruc tutmaqdır, çünki mədə boş olan zaman pankreas şirə ifraz etmir, bir növ istirahət edir və bu da yanmış toxumanın regenerasiya, yəni bərpaolma prosesini sürətləndirir. Mədəaltı vəz iltihabının qarşısını alan və regenerasiya qabiliyyətini artıran çoxlu dərman bitkiləri var.
Mədəaltı vəz iltihabı üçün bitkilər:
1.Tərkibi inulinlə zəngin olan bitkilər, məsələn, atpıtrağı, andız kökləri, udi-hindi və zəncirotu kökləri istifadə olunur. Bitki köklərinin hərəsindən 100 qram bir-birinə qarışdırılır, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmlənir, süzülür, termosa tökülür, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 stəkan içilir.
2.Boymadərən otu, gülümbahar çiçəyi və solmazçiçəyinin hərəsindən 100 qram götürülür, sonra hərəsindən 1 desert qaşığı (orta xörək qaşığı) götürüb 3 stəkan suda dəmlənir, gündə 3 stəkan yeməkdən 50 dəqiqə  əvvəl 1 stəkan içilir.
3.3 ədəd qoz sındırılaraq içi çıxarılır əl ilə təxminən noxud böyüklüyündə parçalanır, 1 xörək qaşığı yulaf toxumu ilə 200 qram suda 20 dəqiqə dəmlənir və gündə 3 dəfə acqarına içilir.
Yaxşı olardı, mədəaltı vəzisində iltihab olanlar  adi qara çaydan istifadə etməsinlər, yaşıl çay içsinlər və hər dəfə çaya bir çimdik zəncəfil tozu qarışdırsınlar.
Bəzi hallarda öd daşlarının müalicəsində istifadə olunan "ERCP metodunun" tətbiqi zamanı pankreatit baş verə bilir, bu üsulu çox bacarıqlı bir mütəxəssis tətbiq etməlidir.
Çiy su bol-bol içilməlidir, yağlı və qızardılmış yeməklər menyudan çıxarılmalıdır.
fizulihuseynov 
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 5622   Tarix: 21 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

gözəllik məhsulları sade makiyaj sekilleri geyim və ayaqqabılar yeni geyimler 2026 heyvanlar geyimler 2026 asiq zulfiyenin oglunun toyu kosmetika lakonizm qizlar rus dilini oyrenek 2ci ders tanisliq həmidə