"Mənim yerimdə olsaydınız, nə edərdiniz?" - Nuray

"Mənim yerimdə olsaydınız, nə edərdiniz?" - Nuray"Biz əvvəldən razı idik ki, Əvəz gəlib öz uşağını görsün. Ürəyi istəyəndə onunla söhbət etsin, vəziyyəti ilə maraqlansın".
Qadinsayti.azxəbər verir ki, bunu azvision.az-a 10 yaşlı Nurayın xalası Mehriban Eldarova məlumat verib. O, atasının Nurayla görüşməsinə etiraz etmədiyini deyib.

"Biz əvvəllər də atasının Nurayı gəlib görməsinə razı idik. Buna heç vaxt etiraz etməmişik. Sadəcə bu adam özü gəlmirdi. İndi də sazişə razılıq əlaməti olaraq imza atmayıb. Ancaq belə elan olunub. Nuray hələ də qorxur. Bir müddət özünə gələndən sonra yəqin ki, atası ilə görüşə razılaşar. Əvəz bir az qəliz adamdır. Bir yandan bizi polisə, məhkəməyə verir, əleyhimizə verilişdə danışır, sonra da barışıq istəyir".

M. Eldarova bildirib ki, Nurayla bağlı qalmaqalda mülk davasından söhbət gedə bilməz.

"Bizim bir məqsədimiz var. O da uşağı qorumaqdır. Uşaq pis vəziyyətdədir. Stress keçirib. Xala nə etməlidir? Atılmış uşağa 10 il analıq edib. Anaya qoyulan hörmət budur? Anaya belə əzab verərlər? Xoşqədəmin verilişində mülk məsələsi ortaya atıldı. Deyildi ki, guya mən uşağı öyrədirəm, onu öz tərəfimə çəkirəm. Hansısa mülkdən, uşağın öyrədilməsindən söhbət belə gedə bilməz. Mən illərlə əziyyət çəkmişəm ki, bu balaca varlığı böyüdüb bir insan edim, qoruyum. Nuray sual verir ki, "mənim yerimdə olsaydınız, nə edərdiniz?"

Deyirlər ki, uşağı öyrədiblər. Mən onun nəyini öyrətmişəm?

Bacımın hansı xəstəxanalarda yatdığını və hansı xəstəlikdən əziyyət çəkdiyini siz bilmirsiniz? Onun müalicəsinə görə iki ev satmışam. Nuray 18 yaşı tamam olanda istəyər, atasının yanına gedər, istəməz, mənimlə qalar".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən kobudluğa yol verilməsi öz əksini tapıb.

Xəbərlər     Baxılıb: 1540   Tarix: 11 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

turlar.az

toy makiyaji sekilleri geyim necə seçməli geyim şəkilləri qlazok yumurta dadlı yemək quymaq resepti abşeron tortu kosmetika sirin qogal faydalı bilgilər azerbaycan cinsi əlaqə qadin.az