Məşhur alimlər orucun sağlamlığa təsirindən danışdılar

Məşhur alimlər orucun sağlamlığa təsirindən danışdılarABŞ-ın Kaliforniya ştatındakı Salk Bioloji Tədqiqatlar İnstitutu uzun illər gündəlik qida rasionunun miqdarını araşdırıb. 
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələri Britaniyanın BBC telekanalında yayımlanıb. 
Araşdırmanın müəllifi Emili Manuqan qeyd edib ki, gündə 12 saat yemək yemək doğru deyil. Ekspert əlavə edib ki, istirahət orqanizmə müsbət təsir edir. 
Viskonsin Universitetinin Tibb və İctimai Sağlamlıq Məktəbinin dosenti Rozalin Anderson da "intervallı oruc" kimi təqdim edilən pəhriz növünü araşdırıb və fasiləli orucun bədəndəki zədələri bərpa etməyə kömək etdiyi müəyyən edib. Orucun həmçinin bir sıra xəstəliklərlə əlaqəli olan "qüsurlu molekulları olan zülalları" təmizlədiyi ortaya çıxıb. Anderson hesab edir ki, fasiləli oruc bədənimizin təkamülü ilə daha çox uyğunlaşır. Bu, orqanizmə fasilə verməyə imkan yaradır ki, o, qidanı saxlaya və enerjini lazım olan yerə ötürə bilsin.
İtaliyanın Padua Universitetinin professoru Antonio Paoli fasiləli orucun yeməkdən sonra qanda yüksələn şəkər səviyyəsi və qlisemik reaksiyamızı da yaxşılaşdıra biləcəyini irəli sürüb: "Qanda şəkər səviyyəsinin daha kiçik sıçrayışı bədəndə daha az yağ saxlamağa imkan verir. Bu, daha tez arıqlamağınıza kömək edə bilər. Tədqiqatda əldə etdiyimiz məlumatlar göstərir ki, axşam yeməyini erkən yemək və oruc vaxtının artırılması bədənə bəzi müsbət təsirləri artırır, məsələn, qlisemik nəzarəti tənzimləyir". 
Bəzi ekspertlər, o cümlədən Nyu Yorkdakı Kornell Universitetinin İnsan Ekologiyası Kollecində fasilələrlə oruc tutan professor David Levitskin qənaətincə, ən yaxşısı gündə bir dəfə qidalanmaqdır. Lakin o, diabetli insanlara bu cür pəhrizi tövsiyə etmir. 
Qida tarixçisi Seren Çarrinqton-Hollins isə deyib ki, səhər yeməyi yeməsəniz, daha az kalori qəbul edərsiniz.
Diabetli insanların oruc tutması ilə bağlı ekspertlər fikir ayrılığına malikdirlər. Manuqan gündə bir dəfə yeməyi tövsiyə etmədiyini açıqlayıb. Çünki oruc qanımızdakı qlükozanı artıra bilər. Uzun müddət ərzində oruc və qlükoza səviyyəsinin yüksəlməsi 2-ci tip diabet üçün risk faktorudur. Qanda şəkər səviyyəsinin düşməməsi üçün Manuqan qeyd edib ki, gündə bir dəfədən çox yemək lazımdır, bu, daha çox qlükoza ifraz olunmasının qarşısını alır:
"Əgər yeməyinizin çox hissəsini daha erkən yesəniz, vücudunuz gün ərzində topladığınız enerjini yağ kimi saxlamaq üçün istifadə edə bilər. Həmçinin, oyandıqdan sonra çox erkən yemək sağlamlığımız üçün faydalı deyil. Buna görə də ilk yeməyi oyandıqdan 1-2 saat sonra qəbul etmək insan orqanizmi üçün daha faydalıdır".
Hollins bildirib ki, ilk dəfə səhər yeməyi anlayışı ilə çıxış edən qədim yunanlar çörəyi şəraba batıraraq yeyirdilər: "Sonra qənaətcil nahar, daha sonra isə doyumlu şam yeməyi yarandı. Əvvəllər səhər yeməyi aristokratik siniflərə xas idi. Bu gün səhər yeməyinin norma olması anlayışı 19-cu əsrdə Sənaye İnqilabı və iş saatlarının tətbiqi zamanı ortaya çıxdı. Müharibədən sonra qida ehtiyatı azaldıqda doyumlu səhər yeməyi ideyası sıradan çıxdı. Gündə 3 dəfə yemək ideyası da prosesdə itdi. 1950-ci illərdə səhər yeməyi yulaf və tostdan ibarət oldu. Əsrlər boyu insanlar gündə 3 dəfə yemək yeyib, lakin indi insanların yeməyə münasibəti dəyişib".

Sağlamlıq     Baxılıb: 2226   Tarix: 19 aprel 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

turlar.az

gözəllik məhsulları hamiləlik geyim necə seçməli oxucu mektubu testlər anaya aid atalar sozu kartof qizartmasi hazirlanmasi kosmetika novruz hakistasi paxlava nagillar rus dilini öyrənək 2 ci dərs toy gecesi