Məşhur azərbaycanlı aparıcıdan DƏHŞƏTLİ SÖZLƏR: "Məni də, yaxınlarımı da şikəst etdilər" - FOTO
"Bu Səhiyyə Nazirliyi nə zamana qədər Sabunçu xəstəxanasına göz yumacaq? Nə zamana kimi ora qəssab yığıncağı olacaq?"
Xanim.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Zemfira Adıgözəlova deyib.
Həkimlərdən şikayətlənən aparıcı başına gələn hadisəni belə qeyd edib:
"Bunları camaatın sağlamlığı yox, cibləri maraqlandırır. Təcili yardımla gələn ağır xəstəni necə iki gün palatada saxlayıb, kənardan gələn xəstəni aparata salırlar? Yatan xəstəyə "sıran çatmayıb, gözlə" demək olar? İki gündən sonra xəstəni MRT edib, cavabını yaxınlarından gizlətmək olar? Deyirlər pul verin deyək nə var, nə yox. Harda yazılıb bu?"
Z.Adıgözəlova əməkdaşımızla söhbətində əmisi qızının səhhətində problem yarandığını deyib:
"Əmim qızının halı pisləşib, ən ağır şəkildə təcili yardımla xəstəxanaya aparıblar. Həkim deyib ki, qulağında çirk var, beyninə dola bilər. Aradan iki gün keçib, hələ yoxlamamışdılar. Zəng vurub dava edəndən sonra, yoxlanış olub. Bu gün deyirəm, cavabı söyləyin. Bu dəfə də pul tələb edirlər. Mənim özümü, nə qədər yaxınlarımı ora şikəst edib. Palatalar xəstələrlə doludur, tibb bacıları girib onları yoxlamır. Bu biabırçılıq nə qədər davam edəcək bilmirəm".
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin