Məşhur cərrah açıqladı – Gündə nə qədər su içməliyik?

Məşhur cərrah açıqladı – Gündə nə qədər su içməliyik?Metabolik cərrahiyyə mütəxəssisi Gurdal Ören suyun bədən üçün əhəmiyyətindən danışıb və gündə nə qədər su içmək lazım olduğu barədə məlumat verib.
Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, türkiyəli həkim bütün bədənin və hüceyrələrin sudan ibarət olduğunu deyib.
"Lakin günün böyük əksəriyyətini evdə keçirən xanımla mədən işçisinin su ehtiyacı eyni ola bilərmi? Yaxud da gəzə bilməyən, bütün gününü yataraq keçirmək məcburiyyətində qalan bir xəstə ilə məktəbə və ya işə saatlarla gedən birinin? Təxmin edirəm ki, suala cavabımız eynidir. Əlbəttə ki, müxtəlif həyat tərzi sürən insanların su ehtiyacı eyni ola bilməz.
Həyat tərzi fərqlidirsə, ehtiyac da fərqlidir. Ancaq burada tək səbəb hərəkətli və ya hərəkətsiz həyat tərzi deyil. Elmi tədqiqatlar göstərib ki, bədənin lazım olduğundan su qəbul etməsinin heç bir faydası yoxdur. Biz gün ərzində yalnız tərləmə yolu ilə orta hesabla yarım litr su itiririk. Nəfəs verərkən belə, ağız və burnunuzdan çıxan havayla gündə orta hesabla 237 millilitr su itiririk. Sidik və nəcis yolu ilə də hər gün 1.4 litr suyu çölə atırıq. Bu da təxminən 2 litrə bərabərdir. Bədənin gündəlik suya ehtiyacı 2 litrdən çox olmalı deyil".
Gürdal Örenin sözlərinə görə, meyvə və tərəvəzlərdə olan su bədənin su ehtiyacının bir hissəsini ödəyir: "Xiyar, pomidor, alma, ərik, əncir, qovun, portağal, qarpız, hətta bananların demək olar ki, 90 faizi sudur. Odur ki, xərclədiyimiz qədər su içmək kifayətdir".
Cərrah bir çox mütəxəssisin "Arıqlamaq üçün bol su için" formulunu yalan adlandırıb:
"Çox kök insanlar az su içdikləri üçün bu vəziyyətdədir? Yaxud da ətrafınızda gündə sadəcə bir stəkan su içdiyini deyən insanların hamısı kökdür? Əlbəttə ki, xeyr. Yəni tək həll yolu yalnız su içmək deyil, kalori qəbulunu azaltmaq və daha çox kalori yandırmaq lazımdır. Mədə, bağırsaq və böyrək, dəri və saç sağlamlığı üçün su əlbəttə ki, faydalıdır. Ancaq köklük problemini sadəcə su ilə əlaqələndirmək doğru deyil. Arıqlamaq üçün hər gün sağlam qidalanmaq, faydalı qidalar qəbul etmək, hərəkət etmək əsasdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1006   Tarix: 16 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

adlarin menasi hamilelikde qidalanma toy makiyajlari cennet almasinin hazirlanmasi makaron reseptləri qadın və texnologiya düz qarın kosmetika masturbasiya nedir qaynana xərçəng bürcü atalar sozu novruz bayramına aid hakışda