Məşhur dietoloq orucun bədənə FAYDALARINDAN DANIŞDI

Məşhur dietoloq orucun bədənə FAYDALARINDAN DANIŞDITürkiyəli dietoloq Mürşüd Özener orucun bir çox xəstəliklərin müalciəsində effektli təsiri olduğunu bildirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sağlam qidalanma mütəxəssisi yağların yandırılması nəticəsində şəkər və xolesterin səviyyəsinin yaxşılaşdığını deyib:
"Orucun immunitetə bir çox faydası var. Gündəlik həyatda çox enerji verən qidaları yemək insanlarda zamanla insulin müqaviməti, köklük və şəkər xəstəliyinin inkişafına səbəb olur. Qənnadı məhsullar, şəkər nisbəti yüksək olan meyvələr, xəmir xörəkləri, ağ çörək, plov kimi ərzaqlar qara ciyəri yağlandırır. Beləliklə, orqanizmin xəstəliklərə qarşı müqaviməti zəifləyir və öz funksiyalarını yerinə yetirə bilmir. Oruc qaraciyərin işini asanlaşdırır və tarazlayır. Bədən yenidən daha mühüm funksiyalarına yönəlir, orqanizmin infeksiyalarla mübarizə və özünü xəstəliklərdən qoruması asanlaşır. Orqanizminin oruc tutduğunu insan bütün qida maddələrini tamamilə həzm etdikdən sonra anlamağa başlayır. Bu vəziyyət qanda şəkərin səviyyəsini aşağı salaraq orqanizmdə halsızlıq və süstlük, baş ağrısı, ürəkbulanmanın əlamətləri ilə özünü göstərir. Orqanizm enerji ehtiyacını qarşılamaq üçün qaraciyər və əzələlərdəki qlükozaya yönəlir. Daha sonra enerji mənbəyi kimi bədəndə və qaraciyərdə toplanan yağlardan istifadə edir. Yağların yandırılması ilə həm artıq çəkilər gedir, həm də şəkər və xolesterin səviyyəsi yaxşılaşır".
Dietoloq Ramazan ayında bədənin uzun müddət susuz qalması və onun təsirlərini haqqında fikirlərini belə ifadə edib:
"İnsan bədəni gün ərzində 2 litr suya ehtiyac duyur. Odur ki, imsakda və iftarda su çox için, bitki çaylarına, duzsuz ayran və az şəkərli kompotlara yer verin. Qazlı və çox şəkərli içkilər qəbul etməyin. Orqanizmin karbohidrat ehtiyacı isə aşağı karbohidratlı qidalarla qarşılanmalıdır.
Paxla şorbası, tam taxıllı çörək, bulqur plovu, xurma və az şəkərli alma, çiyələk kimi meyvələr yeyilməlidir. Orqanizm üçün lazım olan zülal ehtiyacını da yüksək zülal tərkibli ərzaqlarla qarşılamaq lazımdır. Məsələn, yumurta, qatıq, balıq, toyuq və ət, ya da yaşıl mərci kimi məhsullara üstünlük verilməlidir.
Bədənin yağ ehtiyacını zeytun yağı, yaxud da fındıq və qoz kimi çərəzlərlə qarşılamaq olar. İftarı 1-2 stəkan su, 1 xurma və ya 2 qaysı, 1-2 zeytun və ya 2 qoz ilə açmalıyıq. Daha sonra həzm sistemini asanlaşdırmaq üçün 1 kasa şorba, bir dilim qara lavaş və ya 1 dilim tam taxıllı çörəklə açmalıyıq. Yeməyə bir az fasilə verdikdən sonra da 1 boşqab ətli qiymə, toyuq, balıq, ya da paxla yeməyi ilə yekunlaşdırın. İftara tərəvəz salatını da daxil etməliyik. Mədə və həzm xəstəliklərinin qarşısını almaq üçün tərəvəzləri buxarda bişirin və ya qaynadın. Qızartma və ağır şirniyyatlardan uzaq durmağa çalışın. İftardan sonra 2-3 saat meyvə və qatıq və ya bir pay südlü şirniyyat yeyin".
Mürşüd Özener onu da əlavə edib ki, oruc tutan şəxslərin imsakda durması vacibdir:
"İmsakda su çox içməliyik ki, orqanizm zəifləməsin. Keyfiyyətli protein tərkibli yumurta, az duzlu pendir, şor və ya bir stəkan süd, 3 qoz və ya 1 qaşıq zeytun yağı ilə tam taxıllı çörək yeməliyik. Sellüloz mənbəyi olan xiyar isə gün ərzində yarana biləcək qəbizliyin yaranmasına mane olacaq. Qara çayı çox dəmləməyin. Şoraba zeytun, turşu, pendir kimi duzlu qidalar susuzluq hissi yarada bilərlər. Meyvə qrupundan da 1 ədəd meyvə yemək olar. Səhər yeməyi yeyə bilməyənlər doyurucu olması üçün imsakda ən azından bir kasa yaşıl mərci şorbası ilə zeytun yağı əlavə edilmiş çoban salatı yeməlidir ki, bədən zəifləməsin".
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2043   Tarix: 15 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

turlar.az

adlarin menasi reseptler həkim məsləhəti evim interyer maraqli sitatlar dondurmalar xina sozleri kosmetika bakire qaynana novruz kəlamlar haqisda