Məşhur həkimdən orucla bağlı XƏBƏRDARLIQ
Həkim və teleaparıcı Aleksandr Myasnikov uzunömürlülük haqqında geniş yayılmış mifi dağıdıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim orucun insan ömrünü uzatması ilə bağlı fikirləri qəbul etmir. Onun fikrincə, oruc tutmaq hər bir canlının təbiətinə ziddir.
"Axı biz nəfəs alırıq, peristaltikamız var, qaraciyərimiz işləyir, bizi isidir. Yatmağa, oturmağa sərf etdiyimiz bütün enerjinin 75 faizini buradan alırıq və bu zaman xərclənir. Orqanizm bu enerjinin sərfini azaldır", - Myasnikov "О самом главном" verilişinin efirində deyib.
Mütəxəssis əlavə edib ki, oruc tutmaq cavanlığı və gözəlliyi qoruyub saxlamaq kimi adi insanın anlamadığı mexanizmlərə müdaxilədir. Bundan əlavə, yeməkdən imtina xroniki xəstəliklərin kəskinləşməsi riskinə səbəb ola bilər. Həkim vurğulayıb ki, insan orucdan çıxanda güclü hormon balanssızlığı yaranır.
Aytən Məftun









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi