Məşhur həkimdən TÖVSİYƏ - Şirniyyatları bu saatda yesəniz, kökəlməyəcəksiniz

Məşhur həkimdən TÖVSİYƏ - Şirniyyatları bu saatda yesəniz, kökəlməyəcəksiniz"Yaz-yay mövsümü yaxınlaşdığı üçün arıqlamaqla bağlı müraciətlər artıb. Çox verilən suallardan biri də şirniyyat bağlılığının aradan qaldırılması ilə bağlıdır. Şirniyyatdan imtina edə bilməyənlər ondan imtina yollarını axtarır".
Publika.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə paylaşdığı tibbi postları ilə diqqət çəkən həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, arıqlamaq istəyən, amma şirniyyatdan imtina edə bilməyənlərə tövsiyələr verib.
Maraqlıdır ki, həkim bir çox qidalanma mütəxəssisindən fərqli olaraq şirniyyatdan tamamilə imtinanı doğru addım hesab etmir: "Dietoloqlar bir qayda olaraq "şirniyyat olmaz" deyir. Bu, yanlış fikirdir. Əvvəla şirniyyat olar. Arıqlamaq üçün şirniyyatdan tam imtina etməyə gərək yoxdur, əsas məsələ onu nə zaman yemək lazımdır. Siz şirniyyatı, ya meyvəni yeməkdən dərhal əvvəl və ya dərhal sonra yesəniz, heç bir problem yaranmayacaq. Arıqlamağa mane olmayacaq.
Məşhur həkimdən TÖVSİYƏ - Şirniyyatları bu saatda yesəniz, kökəlməyəcəksinizƏsas odur ki, yeməklər arası dövrdə qətiyyən şirniyyat yeməyəsiniz. Onda insulin ifraz olunacaq və metabolizmin istiqaməti anabolizmə çevriləcək. Sizin məqsədiniz isə katabolizmi artırmaq idi. İnsulin qanda olan-qalan qlükozanı da hüceyrə içinə salacaq və sizə vəhşi aclıq gələcək. Acından əsəcəksiniz, başınız dönəcək. Hətta huşunuzu itirə bilərsiniz. Məcburən yemək istəyəcəksiniz. Ara yemək isə qəti olmaz. Lakin gündə 3 dəfə yesəniz, yemək zamanı zatən insulin qalxır. Sizin həmin vaxt şirniyyatdan imtina etmənizə heç bir ehtiyac görülmür, mənası yoxdur. Yeməkdən sonra tort da, meyvə də, şokolad da yeyə bilərsiniz. Sadəcə gündə 3 dəfə qidalanın, şirniyyatları da eyni saata salın. Sözsüz ki, gündəlik lazım olan miqdarı aşmamaq şərtiylə".

Sağlamlıq     Baxılıb: 2434   Tarix: 05 mart 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

gelinlikler hamilelikde qidalanma donlar 2026 kampotlarin hazirlanmasi paltarlar 2026 seksual hereketler hekim mesleheti kosmetika arıqla google qiz burcu olumu ariqla