Məşhur professor gənc və uzunömürlü olmağın sirrini açdı
Gənc və uzunömürlü olmaq yalnız xarici amillərdən deyil, həm də hərəkətlilikdən asılıdır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə gerontoloq, professor Vladimir Xavinson danışıb. Mütəxəssis uzun və sağlam həyata dair vacib tövsiyələr verib: siqaret çəkməyin, spirtli içki içməyin, daha çox hərəkət edin və kalori qəbulunu azaldın.
"Uzunömürlülüyün açarı düzgün və balanslı qidalanma, kalori qəbulunun məhdudlaşdırılması, tərəvəz və meyvələrin pəhrizə daxil edilməsidir. Bundan əlavə, nikotin və alkoqollu içkilər aradan qaldırılmalıdır", - ekspert qeyd edib.
Gerontoloqun sözlərinə görə, alkoqoldan imtina insanın iş qabiliyyətini yüksəldir. İçkidən sistematik istifadə isə erkən yaşlanmaya, xəstəliyə və tez ölümə səbəb olur.
Professor etil spirtinin qaraciyər, beyin və ürək hüceyrələri üçün zəhər olduğunu xatırladıb.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi