Məşqdən sonra hansı fastfudlar yeyilə bilər?

Məşqdən sonra hansı fastfudlar yeyilə bilər?Məşqdən sonra hansı fastfudlar yeyilə bilər? Əlbətdəki, indiki dövrdə az yaşlı uşaq belə bilir ki, daimi olaraq fastfudlarla qidalanmaq olduqca zərərlidir. Lakin, bir çoxlarımız tələsdiyimiz zaman ayaqüstü olaraq südlü koktyeldən, dönərdən, şaurmadan istifadə etmişdir.
Təzəlikcə Montana Universitetindən inanılmaz xəbərlər almışıq. Mütəxəsislər ard-arda bir neçə araşdırmalar aparmış və bəzi maraqlı məqamları sübut etmişlər: bəzən elə anlar olur ki, fastfudun ziyanlıqdan başqa xeyirli tərəfləri də mövcutdur.
Ancaq, bunun üçün yaxşı qaçmaq lazım olacaq. Əgər siz kiminləsə idman zallarına və ya marafona getməli olmusunuzsa, deməli qlikoqen haqqında məlumatlısınız. Bu qlikozanın polimeridir və əzələlərimizdə toplanır. Ağır məşqlər zamanı istifadə edilir. Bir sözlə, bizim sürətli enerji mənbəyimizdir.
Milli.Az topmister.org-a istinadən bildirir ki, əgər keçirdiyiniz məşqlər uzunmüddətli olmuşsa və ya marafon qaçışa başlamısınızsa, bədəndə olan qlikoqen ehtiyyatı sürətlə azalmağa başlayır. Siz yorğunluq, halsızlıq və baş ağrısı hiss etməyə başlayırsınız. Qeyd edək ki, az məşq edən və ya ümumiyyətlə məşq etməyən insanlarda bu hal profesional idmançılardan daha tez baş verir.
Lakin, profesionallar belə məşqlərdən sonra qlikoqen bərpasına ehtiyac duyurlar. Proses 24 saata qədər davam edə bilər. Nəzərdə tutulan saatı və xoşagəlməz hisləri azaltmaq üçün qlikoza, fruktoza və digər əlavələrlə xüsusi idman içkiləri istehsal olunmaqdadır.
Amerikalı alimlər yekunda atletlərin həqiqətən nektara ehtiyac duyub-duymadıqları barədə bir qədər fikrə getmişlər. Bəlkədə bunu yüksək karbohidratlı yeməklərlə əvəz etmək mümkündür? Misal olaraq, idmançı məşqlərdən sonra yaxınlıqdakı fastfud restoranına yollana bilər. Sual həvəskar idmanla məşğul olanlar üçün də maraqlı ola bilər.
Anladığımız kimi amerikalı mütəxəsizlərin bizdən fərqli olaraq imkanları daha genişdir. Onlar bir neçə atlet qrupları müəyyənləşdirə və saysız-hesabsız araşdırmalar apara bilərlər. Aparılmış araşdırmalar zamanı iki, daim nəzarətdə saxlanılan qrup yaradılır və onlardan biri məşqlərdən sonra öz qlikoqen ehtiyyatlarını xüsusi içkilər və protein batonları ilə bərpa edir, digəri isə sadəcə yaxınlıqdakı fastfud kafelərinin birinə göndərilirlər. Bir həfdədən sonra qruplar pəhrizlərini digər qrupla əvəzləyirlər.
Qida qəbulu zamanı bütün idmançıların eyni miqdarda kalori qəbul etməsinə xüsusi nəzarət edilir. Yeməkdən sonra isə qlukozanın, insulinin və holesterinin səviyyəsi ölçülür. Daha sonra özlərini necə hiss etdikləri ilə bağlı suallar soruşulur, məşqlər zamanı göstəriciləri diqqətə alınır.
Sizcə nəticə nələri göstərdi? Çizburger və kola qonaqlığına gedən qrup nəyinki digər qrupla eyni fiziki parametrləri sərgilədi, hətda qanda qlukozanın miqdarına görə daha üstün ola bildilər. Deməli, həqiqətəndə bəzi ziyanlı ola biləcək şeyler belə xeyirli ola bilərlər.
Gəlin araşdırmanın gedişatına daha diqətlə nəzər yetirək. İdmançılar hansı yeməklərdən daha çox istifadə edirdilər? Alimlərin gəldiyi qənaətlərə görə südlü kokteyl şəkərin və bəzi zülalların ideal mənbəyi hesab olunur. Eyni zamanda yemək menyusuna siroplu blinçilər, çizburger, kola və kartof-free aid edilir.
Bir sözlə, əgər siz formanızın pikində olan atletsinizsə, bütün qlikoqeninizi ağır məşqlərə sərf edirsinizsə özünüzü heç nədən məhrum etməyin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1016   Tarix: 21 iyun 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

hamilelikde qidalanma geymler 2026 qadın geyimi əli əmirli hamiləlik dövrü uşaq yeməyi kelem tutmasinin hazirlanmasi kosmetika rus dilin nece orenek xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır oğlaq hakisda bahar