Məsuliyyətsizlik infarkt və ürək çatışmazlığına səbəb olur - HƏKİM DANIŞDI

Məsuliyyətsizlik infarkt və ürək çatışmazlığına səbəb olur - HƏKİM DANIŞDISəhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardioloqu Sədaqət Sultanova: "Sağlam həyat tərzi stenokardiyanın ən sadə və effektiv profilaktikasıdır". 
Lent.az həkimin açıqlamasını təqdim edir:
- Sədaqət xanım, stenokardiya nədir və onun yaranma səbəbləri hansılardır?
- Stenokardiya ürəyin işemik xəstəliyinin ən geniş yayılmış klinik formasıdır. Bu patologiyada ürək əzələsinin (miokardın) oksigenə tələbatı artır və miokardın oksigenlə təchizatı azalır. Bunun nəticəsində döş sümüyü arxasında anginoz ağrılar sindromu əmələ gəlir.
Stenokardiyanın əmələgəlmə mexanizmləri müxtəlifdir. Burada koronar damarların aterosklerozu əsas rol oynayır. Aterosklerotik proses nəticəsində damar mənfəzi daralır, qanın axın sürəti azalır, damar divarında olan dəyişikliklər miokardda qan dövranının pozulmasına gətirib çıxarır. Stenokardiyada digər mexanizmlərdən damarların spazmı, iltihab, endotelial disfunksiya yəni damardaraldıcı və damargenəldici amillərin istehsalının disbalansını da göstərmək olar.
Stenokardiyanın risk amilləri iki qrupa ayırd edilir. Nəzarət olunan amillər: artıq bədən çəkisi və ya piylənmə, qeyri-sağlam qidalanma, fiziki passivlik, tütünçəkmə, alkoqolun istifadəsi, arterial təzyiqin yüksək olması, şəkərli diabet, lipid mübadiləsinin pozulması və s. Nəzarət oluna bilməyən risk amillərinə yaş, cins və genetik meyillilik aiddir.
- Stenokardiyanın əlamətləri hansılardır?
- Stenokardiyanın vacib spesifik əlamətlərindən döş sümüyü arxasında əmələ gələn sıxıcı, göynədici, yandırıcı ağrılardır. Ağrılar kürəyə, çiyinə, qola, boyuna, çənəyə, hətta qarın nahiyyəsinə irradiasiya edə bilər. Ağrıların müddəti adətən 15 dəqiqəyə qədər davam edir. Ağrıların fiziki və ya emosional gərginlik nəticəsində baş verməsi stenokardiyanın xarakterik əlamətindəndir. Gərginlik artarsa, ağrılar da çoxalır və əksinə, istirahət zamanı ağrılar tam dayana bilər. Anginoz ağrılar həm də dil altına nitroqliserin həblərinin qəbulundan sonra azalır, yaxud tamamilə yox olur.
Stenokardiya tutması zamanı pasiyentdə hava çatışmazlığı yaranır, əllərini sinə nahiyəsinə sıxaraq, hərəkətsiz vəziyyət almağa çalışır. Xəstənin təzyiqi arta bilər və nəbzi taxikardiya, aritmiya ilə müşaiyət olunur. Uzun sürən stenokardiya tutması miokard infarktına keçə bilər.
Qeyd edim ki, ağrılar olmaya da bilər və ya ağrıların ekvivalenti kimi təngnəfəslik, xoşagəlməz hissiyat, diskomfortu göstərmək olar. Sadaladığım simptomlar gərginlik stenokardiyaya xasdır.
Stenokardiyanın digər formaları da mövcuddur. Məsələn, sakitlik stenokardiyasında ağrı tutmaları fiziki gərginliklə əlaqəli deyil, əsasən sakitlikdə və çox vaxt gecələr baş verir. Vazospastik stenokardiyada ağrılar spontan olaraq damarların spazmı nəticəsində əmələ gəlir. Stenokardiya tutmaları yalnız sakitlik halında, gecə saatlarında və ya səhər tezdən inkişaf edir.
Mikrovaskulyar stenokardiyada ağrılar həm fiziki gərginlik zamanı, həm də fiziki gərginlikdən sonra əmələ gəlir. Stenokardiyanın bu forması postklimakterik dövrdə olan qadınlarda daha çox təsadüf edilir. Mikrovaskulyar stenokardiya iri koronar arteriyalarda aterosklerotik dəyişikliklərin olmaması və koronar arteriyaların distal nahiyyəsində funksional və morfoloji pozğunluqların olması ilə xarakterizə olunur. Vazospastik və mikrovaskulyar stenokardiyalar qeyri-obstruktiv işemik xəstəliyinə aiddir.
- Stenokardiya diaqnozu yalnız xəstənin şikayətləri əsasında qoyula bilərmi?
- Təbii ki, xəstənin şikayətləri stenokardiya diaqnozunun qoyulmasında əsas yer tutur. Lakin patologiyanın dəqiqləşdirilməsində laborator və instrumental müayinələr kömək edir. Laborator müayinələrdən qanda ümumi xolesterin və lipid fraksiyaların, laxtalanma parametrlərin, kardiomiosit zədələnməsinin spesifik biomarkerlərin, karbohidrat mübadiləsi pozulmasının göstəricilərinin səviyyələri yoxlanılmalıdır.
İnstrumental müayinələrdən xəstəyə ilk növbədə elektrokardioqram (EKQ) çəkilməlidir. Lazım gələrsə, sutkalıq EKQ monitorinqi aparılmalıdır. Ürəyin ultrasəs müayinəsi, yəni exokardioqrafiya (EXOKQ) tövsiyə olunur. Bu üsullar miokardda işemik dəyişikliklərin olmasını və ürək əzələsinin yığılma qabiliyyətini göstərir.
Koronaroqrafiya stenokardiya olan pasiyentlərdə vacib müayinə üsullarındandır. Xüsusi kontrast maddə yeridilməklə, rentgen şuaları altında ürək damarları müayinə olunur. Koronaroqrafiya zamanı koronar arteriyalarda daralmalar aşkar edilərsə, ballon angioplastik əməliyyat vasitəsilə genişləndirilir.
Zərurət yaranarsa, ürəyin kompyuter tomoqrafiyası (KT) məsləhət görülür. Ürək quruluşunu, koronar damarların vəziyyətini qiymətləndirən, yüksək dəqiqliyə malik olan qeyri invaziv diaqnostik üsuldur. Ürəyin işemik xəstəliyində son zamanlar informativ müayinə üsulu kimi ürəyin Maqnit rezonans tomoqrafiyası (MRT) geniş istifadə olunur. Bu metodla ürəyin canlı hüceyrələrinin təyini, kardiomiopatiyaların səbəblərini, ürək törəmələrinin differeniasiyası, qapaq xəstəliklərin təyini dəqiqliklə aparılır.
Beləliklə, müasir dövrdə ürəyin işemik xəstəliyi diaqnozunu təsdiqləmək məqsədi ilə çoxsaylı diaqnostik prosedurlar tətbiq olunur.
- Stenokardiyanın müalicəsi nədən başlanılmalı və necə aparılmalıdır?
- Stenokardiyanın müalicəsi hərtərəfli olmalıdır. İlk növbədə xəstə həyat tərzini dəyişdirməli, pis vərdişlərdən çəkinməli və həkimin tövsiyələrinə riayət etməlidir. Qeyri-medikamentoz müalicə risk amillərinin korreksiyasından ibarətdir. Xəstə öz bədən çəkisini azaltmalı, fiziki daha aktiv olmalı, siqaret və alkoqoldan imtina etməli, stresdən qorunmalıdır.
Medikamentoz müalicədə son tövsiyələrə uyğun müxtəlif dərman preparatları istifadə olunur. Xəstəyə effektiv kompleks müalicəni yalnız mütəxəssis təyin edə bilər. Antiişemik terapiya miokardın oksigenə tələbatını azaldır, antitrombotik dərmanlar trombun əmələ gəlməsinin qarşısını alır, lipidendirici terapiya xolesterin, triqliseridlərin səviyyələrini azaltmağa nail olur. Bundan əlavə, arterial təzyiqin və qanda qlükoza göstəricilərin korreksiyası çox önəmlidir.
Stenokardiyanın cərrahi müalicəsi angioplastika və ya koronar arteriyanın daralmış hissəsinin stentlənməsi, aorto-koronar şuntlama əməliyyatı vasitəsilə aparılır.
- Bu patologiya vaxtında müalicə olunmasa fəsadı nə ola bilər?
- Qeyd etmək istəyirəm ki, stenokardiyada erkən müdaxilənin olmaması miokard infarktına və ürək çatışmazlığına gətirib çıxara bilər. Hər bir pasiyentdə sadaladığım şikayətlər yaranarsa, dərhal həkimə müraciət olunmalıdır. Çünki oxşar şikayətlər miokard infarktın başlanğıcında da müşahidə oluna bilər. Burada tez bir zamanda differensiasiya aparılmalıdır və müvafiq təcili tədbirlər görülməlidir.
- Doktor, ağırlaşmaların riskini necə azaltmaq olar?
- Ən sadə profilaktika - sağlam həyat tərzi: düzgün qidalanma, gündəlik rejimə riayət, pis vərdişlərdən imtina etmək.
İkincili profilaktika çox vacibdir. Xəstə həkimin təyinatına əməl etməlidir. Pasiyentdə komorbid vəziyyətlər nəzərə alınmalıdır və risk amillərin korreksiyası aparılmalıdır. İlk növbədə arterial təzyiqə nəzarət olmalıdır. Normal qan təzyiqi olan insanlarla müqayisədə hipertenziyası olan pasiyentlərdə koronar arteriya xəstəliyinin riski 3-4 dəfə çoxdur. Belə xəstələrdə insult riski 7 dəfə artır. Ona görə, rasional antihipertenziv müalicə vasitəsilə qan təzyiqin rəqəmləri hədəf rəqəmlərə çatmalıdır.
Lipid mübadiləsinin nəzarəti vacib bəndlərdən biridir. Qan damarlarında aterosklerotik dəyişikliklərin əsasını onların divarlarında lipid komplekslərinin çökməsi təşkil edir. Bu da damarların mənfəzinin daralmasına gətirib çıxarır. Xolesterin və onun fraksiyalarının endirilməsi ürək-damar fəsadlarının inkişaf riskini xeyli azaldır.
Bundən əlavə, bədən çəkisinə nəzarət çox önəmlidir. Artıq çəki və piylənmə koronar arteriya xəstəliyi hallarının 17-23%-nin inkişafını əvvəlcədən müəyyənləşdirir. Bədən çəkisinin cəmi 5-10% azaldılması işemiyanın inkişaf riskinin qarşısını alır.
Siqaretdən tamamilə imtina etmək məsləhət görülür. Bu pis vərdiş stenokardiyanın inkişaf riskini artırır.
Stenokardiya kifayət qədər ciddi xəstəlikdir. Onun rasional müalicəsi həm miokard infarktın riskini azaldır, həm də xəstənin həyat keyfiyyətini yaxşılaşdırır.
Milli.Az

Xəbərlər     Baxılıb: 860   Tarix: 05 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bayramdan qalan salatları neçə gün yemək olar? - Bu qədər vaxtdan sonra "zəhər" yayır

Həkim Yeni il süfrəsində təhlükəli qida qarışığını açıqlayıb. xəbər verir ki, rusiyalı qastroenteroloq Yevgeni Belousov bəzi qida kombinasiyalarının həzm sistemi üçün ciddi problem yarada biləcəyini bildirib. Onun sözlərin

.

Bayram gecəsi hər evə alınır - Amma, risklidir: Xəbərdarlıq

Şampan az spirtli içki sayılsa da, bəzi insanlar üçün ciddi sağlamlıq riskləri yarada bilər. xəbər verir ki, bu sözləri qastroenteroloq Svetlana Mingazova deyib. Onun sözlərinə görə xüsusilə həzm sistemi xəstəlikləri ola

.

Həkimdən vacib xəbərdarlıq: İmmunitet mədədən başlayır

Bağırsaq sağlamlığı immun sisteminin normal fəaliyyətində mühüm əhəmiyyət daşıyır. Bağırsaq mikroflorası immun hüceyrələrinin aktivliyinə təsir göstərir, B və K vitaminlərinin sintezində iştirak edir və zərərli bakteriyaları

.

"12 yaşdan əvvəl uşaqlara telefon vermək risklidir"

Bu ilin ikinci yarısında aparılan genişmiqyaslı elmi araşdırmalar uşaqlarda və yeniyetmələrdə telefon istifadəsinin ciddi sağlamlıq riskləri yaratdığını ortaya qoyub. Tədqiqatçılar xüsusilə 12 yaşından əvvəl uşaqlara telefo

.

Bu qidalar bağırsaqlarınızı səssizcə MƏHV EDİR

Bağırsaqlarınıza zərər verə bilən qidalar: həkimlər təhlükəli məhsulları açıqladı.  xəbər verir ki, bəzi qidaların istehlakı bağırsaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu səbəbdən mütəxəssislər "Prevention"

.

Virus daha geniş miqyasda yayılacaq - XƏBƏRDARLIQ

Pediatr Vaqif Qarayev bildirib ki, bəzi şəxslər guya iddia edir ki, uşaqlar arasında qəsdən xəstəlik yayırlar. xəbər verir ki, mütəxəssis virusların qəsdən yayılması ilə bağlı səsləndirilən fikirləri əsassız və  elmi əsasda

.

Yapışmayan tavalar Avropada qadağan olundu - xəstəlik YAYIR

Avropada insan sağlamlığı və ətraf mühit üçün risk yaradan, ağır kimyəvi maddələr kimi tanınan perfloroalkil və polifloroalkil maddələrin (PFAS) bir sıra istehlak məhsullarının istifadəsi bugündən qadağan olunub. xəbər veri

.

Unitazın qapağını açıq qoyanlar təhlükədədir: Görünməyən gigiyena riski

Evlərdə tez-tez yol verilən kiçik bir laqeydlik gözləniləndən daha böyük gigiyena problemlərinə yol açır. Mütəxəssislər bildirirlər ki, unitazın qapağını açıq qoymaq sadəcə estetik məsələ deyil, həm də ciddi sağlamlıq risklər

.

Arıqladıcı dərmanlar hansı xəstəlikləri yaradır? – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Son illər sürətli çəki atmaq istəyənlərin üstünlük verdiyi arıqladıcı dərmanlar ciddi sağlamlıq riskləri yarada bilər. Mütəxəssislər bildirirlər ki, həkim nəzarəti olmadan qəbul edilən bu preparatlar bir sıra xroniki və təhlükəl

turlar.az

kosmetoloq yay kolleksiyasi toy makiyaji sekilleri qadın xəyanət qohum evlilik qonaq otağı üçün pərdələr gəlin paltarları kosmetika hamilelik vidyolar mekteb novruz bayramina aid hakistalar cekc pornuxa