Metabolik pozulma nədir?

Metabolik pozulma nədir?Genetik amilin təsirindən başqa modern şəhər həyatının gətirdiyi az hərəkətli yaşayış tərzi və yüksək kalorili qidalanma metabolik sindromu tətikləyir. İnsulin müqaviməti ilə başlayan, bel hissədə piylənmə, şəkər xəstəliyi, qanın yağlılıq miqdarı, yüksək qan təzyiqi və koronar ürək xəstəlikləri ilə davam edən bu sindrom sağlamlıq üçün çox təhlükəlidir.
Bəs metabolik sindrom nədir?
Milli.Az müasir dövrün aktual problemi sayılan metabolitik sindrom haqda bir sıra məlumatlar təqdim edir:
Metabolik sindromu olan insanlarda ürək-damar xəstəlikləri çox rast gəlinir ki, bu da ölüm riskini artırır. Qanda olan şəkər miqdarı diabet həddində olmasa belə xəstəliyin inkişaf etmə riski yüksəkdir. Yaxın gələcəkdə metabolik sindromun ölüm səbəbləri siyahısında birinci yerə qalxacağı gözlənilir.
Genetik meyilliliyi olan insanlarda metabolik sindroma yoluxma riski daha yüksəkdir. Əgər bir insanın ailəsində artıq çəki, yüksək qan təzyiqi, qanda olan yağın miqdarının qeyri-stabil olması kimi problemlər varsa və buna ətraf mühitin faktorları da təsir edirsə, onda metabolik sindroma yoluxma qaçılmazdır.
Metabolik sindrom yaşandıqda qidalanma müalicəsi tətbiq edilməlidir. Səbəbi isə insulin müqavimətini düzəltmək və buna bağlı olaraq yaranan sağlamlıq problemlərini aradan qaldırmaqdır. Gündəlik qəbul edilən yağın kalorisi ümumi alınan kalorinin 25-35 faizini təşkil etməli, böyük bir hissəsi isə zeytun, fındıq və kanola yağı olmalıdır. Soya, günəbaxan və qarğıdalı yağı daha az miqdarda istifadə edilməlidir. Bunlara dəniz məhsulları, fındıq, qoz, badam, kətan toxumu aid edilə bilər.
Mütləq karbohidrat istifadə etmək lazımdır
Karbohidrat istifadəsi ümumi kalorinin 100/45-55-ni təşkil etməli və daha çox dənli bitkilər, meyvə, tərəvəz, paxlalılar istifadə edilməlidir. Kalorinin qalan hissəsi isə zülallardan əldə edilməlidir. Əsasən dərisiz toyuq və ya hind toyuğu, yağsız ət, az yağlı süd və süd məhsulları istifadə edilə bilər.
Mütəmadi olaraq edilən məşq ürək-damar sağlamlığını qoruyur
Mütəmadi məşq etmək insulin müqavimətini normaya salaraq qlükoza, lipid səviyyəsini və qan təzyiqini düzəldir.
Metabolik sindromda tətbiq edilməli olan idman hərəkətləri yaşa, cinsiyyətə, çəkiyə və yanaşı xəstəliklərə görə təyin edilməlidir. Bu zaman əsasən aerobik hərəkətlərə daha çox üstünlük verilir. Bura sürətli yerimə, yavaş qaçma, velosiped sürmək, ip atlama, pilləkən enib-çıxma, üzmə kimi hərkətlər aiddir. Məşqlər hər gün olmaqla ən az 20 dəqiqə, ən çox isə 1 saat edilməlidir.
Metabolik sindrom müalicəsi üçün üçün əvvəlcə endokrinoloji və metabolizm mütəxəsisinə yoxlanmaq lazımdır. Metabolik sindromun həm müalicəsində, həm də qarşısının alınmasında ən təsirli vasitə yaşayış şəraitinin dəyişdirilməsidir. Bura sağlam qidalanma və idman da daxildir. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1969   Tarix: 14 mart 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

yay kolleksiyasi gelinlikler toy makiyaji sekilleri qaymaqlı krem usaq otagi dizaynlari gəlinliklər hakışta xınayaxdı kosmetika nağıllar opusme prostat qiz evi ucun balıq