Metabolizmi sürətləndirmək və yağ yandırmaq üçün qəhvə necə içilməlidir?

Metabolizmi sürətləndirmək və yağ yandırmaq üçün qəhvə necə içilməlidir?Düzgün qəhvə istehlakı orqanizmin daha çox enerji xərcləməsinə, tonusun artmasına və sağlam çəki balansının qorunmasına kömək edir. Artıq qəhvə sadəcə bir sabah ritualı deyil, düzgün yanaşma ilə metabolizmanın təbii köməkçisinə çevrilə bilər. Lakin hər fincan qəhvə eyni dərəcədə faydalı deyil. Maksimum nəticə əldə etmək üçün onu nə vaxt və necə içməyi bilmək vacibdir.
Milli.Az xəbər verir ki, kofein mərkəzi sinir sistemini stimullaşdırır, ürək döyüntülərini artırır və bədənin daha çox enerji sərf etdiyi bir proses olan termogenezi gücləndirir. Məhz buna görə qəhvə içdikdən sonra özünüzü daha gümrah hiss edirsiniz və metabolizmanız müvəqqəti olaraq fəallaşır.
Çəki atmaq üçün qəhvəni necə içmək lazımdır?
Şəkər, karamel şərbətləri və şirin qaymaqlar qəhvənin faydasını sıfıra endirir. Onlar qanda şəkərin miqdarını kəskin artıraraq yağ toplanmasına şərait yaradır. Dadı yumşaltmaq istəyirsinizsə, bir az darçın, hil və ya bir damcı bitki mənşəli süd əlavə edə bilərsiniz.
Yağ yandırma effektini görmək üçün qəhvəni günün ilk yarısında, oyandıqdan 30-60 dəqiqə sonra və ya fiziki fəaliyyətdən 30 dəqiqə əvvəl içmək lazımdır. Ac qarına qəhvə içmək mədəni qıcıqlandıra bilər, axşam qəhvəsi isə yuxunu pozaraq metabolizmaya mənfi təsir edər.
Ən yaxşı seçimlər qara filtr qəhvə, espresso və ya amerikanodur. Bu içkilər minimum kalori ehtiva edir və aktiv maddələri qoruyur. "3-ü 1-də" və ya hazır həll olunan qəhvələrin metabolizm üçün demək olar ki, heç bir faydası yoxdur.
Optimal miqdar gündə 3 fincana qədərdir. Həddindən artıq kofein əks təsir göstərə bilər: stress, iştah artımı və hormonal balansın pozulması. Mülayimlik əsas şərtdir.
Qəhvə sehirli çubuq deyil, sadəcə bir katalizatordur. O, yalnız balanslı qidalanma, idman və kifayət qədər yuxu ilə birləşdirildikdə ən yaxşı nəticəni verir.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1058   Tarix: 12 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

yemek reseptleri qadin sayti qaşların formalari dil haqqında aforizmlər hamilə qadın nə yeməli sevgi cütlüyü dəridə səpkilər kosmetika hamilelik masqalar hakisda dolça nagillar