Mətanət Əliverdiyevanın həyat yoldaşı açıqlama verdi
ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın bir müddət əvvəl ayrıldığı ikinci həyat yoldaşı redaksiyamıza zəng edərək açıqlama verib.
Axşam.az-ın müxbiri ilə söhbətində adının tam açıqlanmasını istəməyən M. aparıcı ilə heç vaxt rəsmi nikahda olmadığını bildirib:
"Mənim birinci ailəm, övladlarım var. Biz Mətanətlə vətəndaş nikahında yaşamışıq. 15 ildir birlikdəyik, 7 yaşında bir övladımız da var. Mənim əsas ailəmin olmasından Mətanətin xəbəri var idi. Ayrılmağımıza səbəb isə onun mənə xəyanəti olub. Mətanət Əliverdiyeva mənə xəyanət edib. Telefonunda başqası ilə sevgi mesajlaşmalarını görmüşəm. Özündən 14 yaş kiçik jurnalistlə... Özünə deyəndə isə cavabı "Sən mənə lazımi qədər vaxt ayırmadın" olub. Hazırda telefonu və mesajları mənim əlimdədir. Yazışdığı şəxsi də tanıyıram. Çox sözləri danışa bilmirəm. Övladımın anasıdır. Mən heç vaxt ona xəyanət etməmişəm. Hər kişinin həyatında ikinci xanım ola bilər. Sevgimi onda tapdım.
Hərbiçi olmuşam, ciddi insanam. Mən heç nəyi yalan danışmıram. Mən hərbidə olanda bir gün onu nəzarətdən kənarda saxlamamışam. Onun heç bir çətinliyi olmayıb. Bu hadisə mənim üçün çox çətindir. Dünən Zaurun verilişinə ("Bizimləsən" verilişi, aparıcı Zaur Baxşəliyev – red.) canlı efirə qoşulmaq istədim, zəng vurdum, efirə bağlamadılar".
f Paylaş








Acunundan ayrılan xanımı yenidən ərə gedir
Taşacak bu deniz'də ayrılıq: 'Gezep' yeni mövsümdə olmayacaq
Zəng' qorxu filminin aktrisası gənc yaşda vəfat etdi - FOTO
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Cavan Zeynallının səhhətində problem yarandı
Övladlarımın başını aşağı etməmişəm' - Nazənin
Məşhur müğənni barədə qərar verildi - Qadağa tətbiq edildi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
"Avroviziya" qalibi Bakıya gəlir
Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları
Məşhur aparıcıya xərçəng diaqnozu qoyuldu
Avroviziya' qalibi Bakıya gəlməkdən imtina etdi
"Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi
Riki Mrtin İstanbula gəlir - Tələbləri eşidənləri təəccübləndirdi