Meteohəssas insanlar hava dəyişikliklərinə necə uyğunlaşmalı?
Terapevt Lyudmila Lapa meteohəssas insanların hava dəyişiklikləri və atmosfer təzyiqinin aşağı düşməsinə necə uyğunlaşa biləcəyilə bağlı fikirlərini bölüşüb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, o, son zamanlarda xüsusilə gənc yaşda olan hava şəraitinə həssas insanların çoxaldığını bildirib.
Həkim qeyd edib ki, hava şəraiti baş ağrısı, halsızlıq kimi şikayətlərə səbəb ola bilər. Odur ki, bütün simptomlara diqqət yetirmək və təzyiqə nəzarət etmək lazımdır.
"Təzyiq aşağıdırsa, hər şey çox sadədir: Biz çox şirin bir çay içirik, əhvalımızı yaxşılaşdırırıq və sakitcə gözləyirik. Təzyiq yüksəkdirsə, adətən baş ağrıları müşahidə olunur. Belə halda bədəninizi çox yormamağa və gərgin idmanla məşğul olmamağa çalışın", - deyə terapevt qedy edib.
O, həmçinin vurğulayıb ki, həkimin məsləhətilə hava şəraitinə tez uyğunlaşmaq üçün adaptogen təsir göstərən və təzyiq dəyişiklikləri ilə əlaqəli bütün hallardan "sağ çıxmağa" imkan verən dərmanlar qəbul etmək olar.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
Dəniz suyunun saçlara vurduğu zərər
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı
Bir stəkan çay müalicəni puç edə bilər
Tut yeməyin faydaları
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Foto
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir
Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsert