Məxmərək xəstəliyi (Rubella)
Məxmərək çox vaxt uşaqlarda rast gəlinən infeksiyadır. Orta əsrlərdən bəri məlum olsa da , bətndaxili ölümə və yeni doğulmuşların eybəcərliyinə səbəb olması XX əsrin 40-ci illərində məlum oldu.
Törədicisi – Togovirus (togovirus və robivirus cinsi ) ailəsinə daxildir.Xəstə ilə kontaktdan hava damcı yolu ilə keçir. Yoluxmanın digər yolu transplasentardır – anadan dölə .Törədicisi insan orqanizmindən kənarda 560 C-də qurudulduqda, PH dəyişdikdə (6,8 dən az, 8,0 dan çox), ultrabənövşəyi şüalar,efir , farmalin ,xloroform və digər dezinfeksiyaedicilərin təsirindən ölür. Aşağı tempraturda (-70 dən -2000C) uzun müddət yaşayır və infeksion qabiliyyətini saxlayır . İnkubasiya dövrü – daha doğrusu yoluxma ilə simptomların üzə çıxması arasındakı dövr 2 – 3 həftə çəkir. İnkubasiya dövrünün sonuncu həftəsində orqan virusu xaric edir ki,bu da ətrafdakılar üçün yoluxma təhlükəsidir. Məxmərək səpkilərin meydana çıxmasından 7 gün əvvəl və səpkilərin itməsindən 7-10 gün sonra yoluxucu hesab olunur. 30-50% hallarda simptomsuz keçir xəstə özü də xəbəri olmadan ətrafındakıları yoluxdurur. Bir qayda olaraq məxmərəyin oyanması 5-7 ildə birdir. Hər ildə kəskinləşməsi isə adətən aprel-iyun aylarında olur. Epidemiya şəklində nadir hallarda ortaya çıxır. Mütəxəssislərin hesablamalarına görə 700 ildən bir meydana çıxır. Son epidemiya 1960-cı ildə Amerikada meydana çıxmışdır ki, bu zaman iyirmi milyon insan xəstələnmişdir. Ən pisi də bu idi ki , epidemiya nəticəsində iyirmi min yeni doğulmuş anadangəlmə eybəcərliklə doğulmuşdur.
Yoluxma yolundan asılı olaraq qazanılmış (hava,damcı yolu) ilə və anadangəlmə (transplasentar) olur.
Qazanılmış – müxtəlif formalarda özünü göstərir : tipik (səpkilərlə) və atipik (səpkisiz). Adətən ağırlaşma vermədən təhlükəsiz keçir. Anadangəlmə məxmərək isə , nisbətən ciddidir , sinir sistemi,göz , qulaq və ürəyin anadan gəlmə qüsurlarına səbəb olur. Yetkin şəxslər arasında tez –tez rast gəlinmir , çünki çox zaman uşaqlıqda keçirilən bu infeksiyaya qarşı əmələ gələn immunitet ömür boyu saxlanır. Yenidən yoluxma nadir hallarda rast gəlinir ki,bu da yoluxan insanın immun sistemi ilə bağlıdır.
Reproduktiv yaşda qadınların 75-85% – i məxmərəyə qarşı imunitetə malikdilər. Qadında immunitetin olmaması hamiləlik dövründə yoluxma və infeksiya dölə keçirmə riskini artırır.
1969-cu ildə vaksinasya tətbiq edilməyə başladı və xəstlənmə sıxlığı nisbətən azaldı .Məxmərək vaksini immunitet qazanmamış hər qadına (xüsusilə hamiləlik planlaşdırılırsa 2-3 ay əvvəl) vurulmalıdır. Ümumiyyətlə hamiləlikdən əvvəl antitellər təyin olunmalıdır ki, qadında əgər antitellər yoxdursa, vaksinasiya üçün zamanı olsun . Vaksinasiya 2-3 ay sonra qadın rahat şəkildə hamilə qala bilər. Antitel – virusa qarşı orqanizmin immun cavabı nəticəsində əmələ gəlmiş immunqlobulinlərdir. IgM antiteli məxmərək infeksiyasının markeri hesab olunur – yoluxmanın ilk günlərindən əmələ gəlir , 1-2 aya miqdarı maksimuma çatır. Ig M-in yüksək titri kəskin infeksiyanı göstərir. Əgər Ig M aşkar olunmuşsa bu onu göstərir ki,ya qadında Rubella yoxdur , ya da uzun zaman öncə bu xəstəliyi keçirib. IgG antitellərin aşkar olunması o deməkdir ki, rubellaya qarşı immunitet var. (yəni nə vaxtsa bu infeksiyanı keçirdib). Nə Ig G,nə IgM aşkar olunmaması onu göstərir ki, bu infeksiyanı heç vaxt keçirməyib və immuniteti yoxdur.
Simptomlar : Müxtəlif simptomlarla və ya ümumiyyətlə simptomsuz keçə bilir. İnkubasiya dövründən sonra 11-23 gün davam adir,səpkilər əmələ gəlir. Nadir hallarda səpkilərdən əvvəl baş ağrıları,yorğunluq ,iştahanın azalması müşahidə olunur. Tempratur adətən yüksəlmir, səpkilərdən 2-3 gün sonra 38,5-390 C qalxır. Səpkidən başqa qulaq arxası, boyun limfa düyünlərinin böyüməsi ola bilir. Səpkilər solğun çəhrayi, oval və dairəvi formalı (2-5mm diametr) olur. Səpkilər üzdən və boyundan başlayır, bir neçə saat ərzində sürətlə bütün bədənə yayılır.1-3 gün qalır, solğunlaşır və itir. Böyüklərdə uşaqlara nisbətən ağır keçir (8-10 dəfə) astenovegatativ sindrom , halsızlıq , baş ağrısı , qızdırma , əzələ və oynaqların boşalması müşahidə olunur. Tez-tez burun axması , boğazda ağrı , öskürək və gözün sulanması olur. Uşaqlarda səpkilər aydın seçildiyi halda böyüklərdə eritematoz sahə kimi qızartı olur. Bu halda səpki 5 gün və daha çox qalır.
HAMİLƏLİK VƏ MƏXMƏRƏK
Nə qədər təhlükəsiz kimi görünsə də hamilələrdə məxmərək ağır təhlükə deməkdir. Ana qanında olan virus plasenta vasitəsi ilə rüşeymə keçir,onun toxumalarını zədələyir. Hamiləliyin ilk trimestrində dölün zədələnməsi dölün inkişafına ağır təsirini göstərir. İlk Trimestr ona görə təhlükəlidir ki dölün bütün orqan və sistemləri formalaşır və bu dövrdə virus bütün inkişaf dağıdıcı təsir göstərir. Qadın özünü yaxşı hiss etdiyinə görə, bu proseslərdən xəbərsiz ola bilər. İnfeksiya uşaqlaşmaya,ölü doğulmaya və ağır qüsurlarla doğumasına səbəb ola bilir.
Qadın məxmərəklə ;
3-4 cü həftələrdə yoluxursa – döldə 60 % halda anadan gəlmə eybəcərliyə səbəb olur
10-22-ci həftədə yoluxursa – döldə 15% halda anadangəlmə eybəcərliyə səbəb olur
13-16 cı həftələrdə yoluxursa – döldə 7% halda anadan gəlmə eybəcərliyə səbəb olur.
Kritik period sinir sistemi üçün 3-11 həftələr, gözlər və ürək üçün 4-7 ci həftələr hesab olunur. Hamiləliyin ilk müddətində yoluxma daha ağır patologiyalara gətirib çıxarır. Ən riskli dövr 9-12 həftələr hesab olunur. Bu dovrdə yoluxmanın nəticəsi Qret triadası – katarakta,ürək qüsuru və karlıq olur. Ürək qüsurları 98% hallarda , görmə üzvünün zədələnməsi – daha çox katarakta 84,5 % , karlıq , vestibulyar aparatn qüsuru 21,9% ehtimallıdır. Bundan əlavə skeletin qaraciyərin , dalağın , sidik cinsiyyət üzvlərnin qüsurları ola blər. 71,5% yeni doğulmuşlarda sinir sisteminin və baş beyinin zədələnməsi ola bilər. Mikrosefaliya və hidrosefaliya da rast gəlinir. Yenidoğulma dövründə körpələr əzələ tonusu , hərəkətin pozulması, yorğunluq , hiperkinez, qıcolma və iflicdən əziyyət çəkir. 13-20 həftələrdə risk azalır , lakin eşitmə orqanın zədələnməsi riski 16-cı həftəyə qədər yüksək qalır. 20-ci həftədən sonra II trimestrdə isə zədələnmə riski azalır , lakin gələcək uşağın xroniki infeksiya ilə doğulması , mərkəzi sinir sistemi və digər orqanların zədələnməsi ola bilər.
Dölün patologiyasından əlavə , doğuş fəaliyyətinin pozulması , qanaxma , sepsis ola bilər . 16 cı həftəyə qədər yoluxma hamiləliyin süni dayandırlmasına göstərişdir. Hətta simptomsuz keçsə belə , infeksiya dölü zədələyir. 16-cı həftədən sonra yoluxduqda isə 28-ci həftəyə qədər hamləlik pozumladır. 28-ci həftədən sonra yoluxmada isə qadın artıq yüksək risk qrupuna daxildir. Bu halda həkim plasentar çatışmamazlığın qarşısını almalı , müalicə etməli , dölün müdafiəsini gücləndirməlidir.
Diaqnoz :Qanda antitellər – İmmmunqlobulinlər təyin olunur .İg M kəskin rubellanın , İgG isə keçirilmiş rubellanın göstəricisidir.
Müalicə : Uşaqlarda və ağırlaşma halı olmayan yetkinlərdə müalcəsi çətin deyil. Səpmə zamanı yataq rejimi kifayətdir. Heç bir müalicəvi preparata ehtiyac yoxdur. Yuksək keyfiyyətli qida, təmiz içkilər və rahatlıq vacibdir. Ağırlaşma halında qospitalizasiya vacibdir.
PROFİLAKTİKA .Vaksinasiya : hamiləlikdən əvvəl rubbellaya qarşı immunitetin olub olmaması, varsa nə dərəcədə güclü olmasını təyin etmək üçün Rubellaya qarşı antitellər qanda yoxlanmalıdır.Əgər antitellər aşkar olunmazsa hamiləlik zamanı məxmərəkli xəstələrdən uzaq olması lazımdır. Bu əsasən uşaq baxçasında işləyənlərə , həkimlərə , xəstə uşaqlara qulluq edənlərə aiddir. Məsələ burasındadır ki , infeksiyaya yoluxma riski inkubasiya dövründə çoxdur , bu zaman isə simptomlar olmur. Buna gorə də hamilə qadınlar hiss etmədən yoluxa bilərlər. Rubella qarşı immuniteti olmayanlara vaksinasiya olumamalıdır .Vaksinin etibarlığı 100%-dir.15-20 il immunitet saxlanılır. Əks göstəriş : immun defisitli xəstələr , uzun müddət sitostatiklər , hormonal preparat qəbul edənlər , radiasion terapiya alanlar ,neomisinə qarsi allergiyası olanlar kəskin respirator infeksiyon xəstəlikləri olanlar. Əsas əks gostərişlərdən biri də hamiləlikdir . Çünki vurus dölü zədələyə bilir. Amma əgər vaksinasiyadan 2-3 ay sonra hamiləlik baş tutubsa və ya səhvən hamiləliyin başladığı dövrdə vaksinasiya olunubsa , bu hamiləliyin süni dayandırılmasına göstəriş deyil . Nəzəri olaraq bu zaman dölün zədələnmə riski 2% -dən yüksək deyil . Əgər qadının hamiləlik dövründə youxma riski böyükdürsə ,məsələn, epidemiya təhlükəsi , bu zaman hamiləlik başlansa da vaksinasiya edilməlidir .Çünki bu halda dölün zədələnmə riski youxma halındakı riskdən cox azdir Hazirda Rusiya dövlətində rubellaya qarşı vaksinasiya usaqlar üçün vacib peyvəndlərdən biridir. İlk peyvənd qızlarda 12-18 aylıqda, revaksinasiya isə 6-14 yaşlarda edilir. Hamiləlikdən 2-3 ay əvvəl vaksinasiya edilir .Əgər edilməzsə , onda doğuşdan sonra edilməlidir. Bu südlə antitelləri körpəyə ötürməmək üçündür. Qeyd etmək lazımdır ki,hətta canlı vaksin belə südlə əmizdirməyə pis təsir etmir.
f Paylaş