Mikroplastiklər həzm sistemi vasitəsilə qana qarışır, sümüklərdə yığılır - həyəcan təbili

Mikroplastiklər həzm sistemi vasitəsilə qana qarışır, sümüklərdə yığılır - həyəcan təbiliDünyada mikroplastiklərin təsiri getdikcə daha çox narahatlıq doğurur. Yeni elmi araşdırma göstərib ki, bu xırda plastik hissəciklər yalnız yediyimiz və içdiyimiz məhsullarda deyil, artıq qan dövranına daxil olaraq sümüklərin dərinliklərində də toplanır. Bu isə uzunmüddətli dövrdə sümük sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Mikroplastiklər (5 mm-dən kiçik plastik hissəciklər) qida, içki və hava vasitəsilə orqanizmə daxil olur. Araşdırmalara əsasən, bu hissəciklər həzm sistemindən keçərək qana qarışır və zamanla sümük toxumalarında yığılır.
Onlar insan orqanizmində təkcə bağırsaq və ağciyərlərdə deyil, həm də plasenta, beyin və reproduktiv orqanlarda da aşkarlanıb.
Osteoporosis International jurnalında dərc edilən tədqiqatda 62 fərqli elmi iş təhlil edilib. Nəticələr göstərir ki, mikroplastik və nanoplastiklər sümüklərin quruluşuna və inkişafına mənfi təsir göstərir.
Braziliyalı tədqiqatçı Rodrigo Bueno de Oliveira bildirib ki:
"Mikroplastiklərin sümük iliyi kimi dərin toxumalara çataraq maddələr mübadiləsini poza biləcəyinə dair güclü elmi dəlillər var."
Heyvanlar üzərində aparılan təcrübələrdə:
Mikroplastiklərin sümük böyüməsini ləngitdiyi,
Sümük bərpası və inkişafında rol oynayan hüceyrələrə (osteoklastlara) zərər verdiyi,
Sümüklərin zəifləməsinə, deformasiyaya və kövrəkləşməsinə səbəb olduğu müşahidə edilib.
Osteoporoz (sümük əriməsi) ilə əlaqəsi ola bilərmi?
Laboratoriya araşdırmaları göstərib ki, mikroplastiklər:
Hüceyrələrin qocalma prosesini sürətləndirir,
Hüceyrə fərqlənməsini pozur,
Bədəndə iltihabi reaksiyaları artırır.
Mütəxəssislər bu təsirlərin insan orqanizmində tam sübut olunmadığını desələr də, dünya üzrə artan sümük əriməsi hallarının mikroplastik təsiri ilə əlaqəli ola biləcəyini vurğulayırlar.
Science Alert-in məlumatına görə, dünyada hər il ən azı 400 milyon ton plastik istehsal olunur. Bu da 1,8 milyard ton istixana qazı emissiyasına səbəb olur. Alimlər bu "gözardı edilən təhlükənin" daha yaxşı başa düşülməsi üçün təcili yeni araşdırmalara ehtiyac olduğunu deyirlər.
Mikroplastiklərdən necə qorunmaq olar?
Mikroplastik təsirini azaltmaq üçün:
İçməli suyu filtrləmək,
Plastik şüşələrdən mümkün qədər uzaq durmaq,
Sintetik parçalardan hazırlanmış geyimləri azaltmaq tövsiyə olunur.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1336   Tarix: 01 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

turlar.az

qis geyimləri 2026 hamiləlik kosmetik vasiteler mastopatiya haqqinda geyim seçimi etiraflar qadın sağlamlığı kosmetika ariqlamaq novruz dovsan arıqla novruza aid hakışda